1954-cü ilin yanvar ayının 26-da Azərbaycan Respublikasının Qazax rayonunun Göycəli kəndində anadan olmuşdur.
1971-ci ildə Azərbaycan Dövlət Universitetinin tətbiqi riyaziyyat fakultəsinə daxil olmuşdur.
1976-ci ildə həmin fakultəni bitirərək təyinatla Azərbaycan Milli Elimlər Akademiyasının Kibernetika İnstitutunda riyaziyyat-proqramist vəzifəsində çalışıb.
1979-cu ildə Kibernetika İnstitutunun məqsədli aspiranturasına qəbul edilmiş və Moskva şəhərində İdarəetmə İnstitutunun “Şəhər təsərrüfatının avtomatlaşdırılımış idarəetmə” kafedrasında aspirant olmuşdur.
*
1986-ci ildə Kibernetika İnstitutunun İxtisaslaşdırılmış Şurasında dissertasiya müdafiə edərək, iqtisad elmləri namizədi alimlik dərəcəsi almışdır.
1989-cu ildən 2017-ci ilin oktyabrına kimi Azərbaycan Dövlət İqtisad Universitetinin “İnformatika” kafedrasında müəllim, baş müəllim, dosent vəzifələrində işləmişdir.
2 elmi əsərin və 32-dən çox elmi məqalə, dərslik və proqram vəsaitlərinin müəllifidir.
Ailəlidir, iki övladı var.