21 iyul 1966-cı ildə Bakıda anadan olmuşdur.
Bakı şəhərində 80 saylı orta məktəbdə oxumuş (1973-1983), M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunun (indiki Azərbaycan Dövlət Neft Akademiyası) İstehsal proseslərinin avtomatlaşdırılması fakültəsində tətbiqi riyaziyyat ixtisası üzrə (1983-1988) təhsil almışdır.
1988-2005-ci illərdə müxtəlif təşkilatlarda proqramçı və digər aparıcı vəzifələrdə çalışıb.
2005-ci ildən 2014-cü ilin aprel ayına kimi AMEA Elmi innovasiyalar Mərkəzinin (EİM) direktorunun I müavini vəzifəsində işləmişdir. 2014-2016 cı illərdə AR İqtisadiyyat nazirliyinin İqtisadi İslahatlar ETİ-da İnnovasiya inkişafı şöbəsinin müdiri vəzifəsində çalışıb.
27 iyun 2007-ci ildə “Elmi problemlərin araşdırılmasının informasiya təminatı sistemi” mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək, AR Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə iqtisad elmləri namizədi alimlik dərəcəsi almışdır.
5 oktyabr 2010-cu ildə iqtisadiyyatın riyazi və instrumental üsulları ixtisası üzrə dosent adı verilmişdir.
2016-ci ildə “Azərbaycanda innovasiya potensialının idarə edilməsi mexanizminin təkmilləşdirilməsi” mövzusunda elmlər doktoru dissertasiyasını müdafiə etmiş, AR Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə 25 noyabrın 2016-cı il tarixində iqtisad elmləri doktoru alimlik dərəcəsi almışdır.
2009-2014-cü illərdə “Azərbaycan Respublikasında qabaqcıl texnologiya və innovasiya məlumat bazasının yaradılması və milli innovsiya sisteminin hazırlanması” proqramının rəhbəri, 2014-cü ildə “Azərbaycanın iqtisadi inkişafında mühüm əhəmiyyət kəsb edən texnoloji innovasiya məqsədli Texnopark və Kənd Təsərrüfatı Texnoparkının (AQROPARK) qurulması” büdcə layihəsində böyük ekspert, 2015-ci ildə “Azərbaycanda innovasiya aktivliyinin qiymətləndirilməsi və innovasiya fəaliyyətinin səmərəsinin artırılması üçün təklif və tövsiyyələrin hazırlanması” büdcə layihəsinin rəhbəri olub.
*
9 kitabın və 90-dan çox elmi məqalənin müəllifidir. Onlardan böyük hissəsi xaricdə nüfuzlu jurnallarda və konfrans materiallarında çap olunmuşdur. 3 müəlliflik şəhadətnaməsi var.
Moskva, Kiyev, Xmelinsk, Minsk, Daşkənd, Almatı, Samarada keçirilən beynəlxalq səviyyəli konfrans və seminarlarda məruzələrlə çıxış etmiş, tədbirin plenar iclasına sədr seçilmişdir.
1989-cu ildən pedaqoji fəaliyyətə başlamışdır. Azərbaycan Xalq Təsərrüfatını İdarəetmə İnstitutunda, Bakı “Atatürk” fakültəsində, Qərb Universitetində, Azərbaycan Dövlət İqtisad Universitetində, Milli Aviasiya Akademiyasında dərs demişdir.
Beynəlxalq təşkilatların qrantlarına layiq görülmüşdür: Kanada cəmiyyəti, Əfqanlarla “Kompüter bilikləri” kursu, lektor; “İqfotek” informasiya və telekomunikasiya texnologiyalarının inkişafı ictimai birliyi, Nazirliklərin kadr işçilərinə “İnformasiya texnologiyaları ilə tanışlıq” kursu, “MS EXCEL elektron cədvəli – işgüzar adamlar üçün”, IATP Məsafəli Təhsil Akademiyası; ABŞ hökuməti tərəfindən maliyyələşən Beynəlxalq Tədqiqatlar və Mübadilələr şurasının (İREX) distant təhsil üzrə məsləhətçi adına layiq görülmüşdür.
Hazırda UNEC-in “Rəqəmsal İqtisadiyyat və İKT” kafedrasının professorudur.
Ailəlidir, bir övladı var.
“Thomson Reuters”in nümayəndəsi İqtisadiyyat fakültəsində (08.02.2017)
UNEC-də “Strateji Yol Xəritəsi” müzakirə edilib (27.01.2017)