Təhsili: 1995-1999-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq iqtisadi münasibətlər fakültəsinin bakalavr, 1999-2001-cü illərdə həmin universitetin Beynəlxalq iqtisadi münasibətlər ixtisası üzrə magistr pilləsini bitirmişdir.
2007-cu ildən iqtisadiyyat üzrə fəlsəfə elmləri doktorudur. 2013-cü ildən Bakı Dövlət Universitetinin Elmlər doktoru proqramı üzrə qiyabi təhsil alır.
İş təcrübəsi: Əmək fəaliyyətinə 1996-ci ildə “Radiasiya” elmi texniki şirkətədə kommersiya məsələləri üzrə prezident köməkçisi vəzifəsində başlamışdır. 1999-2005-cı illərədə Bakı və Beynəlxalq və Şəhələr arası Avtovağzal müəssisəsində mühasib vəzifəsində çalışıb. 2005-2009-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetininin Distant və əlavə təhsil mərkəzində İxitasdaartırma və yaşlıların təhsili şöbəsinin müdiri olub. 2009-2012-ci illərədə AR Vergilər Nazirliyində şöbə müdiri, baş vergi müfəttişi vəzfiələrində çalışıb. 2013-cü ildən UNEC-in DQƏTM-də Əlavə təhsil şöbəsinin müdiri vəzifəsində çalışır.
Pedaqoji fəaliyyət: 2006-2015-ci illərdə Bakı Dövlət Universitetinin “Dünya İqtisadiyyatı” kafedrasında, 2009-2013 -cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin “Vergilər və vergitutma” kafedrasında dərs demişdir. 2015-ci ildən “Beynəlxalq iqtiisadiyyat” kafedrasının dosenti olub. Hazırda UNEC-in “İqtisadiyyat” kafedrasının dosentidir.
Tədqiqat sahələri: Makroiqtisadiyyat, İnkişaf İqtisadiyyatı, İnstitusional İqtisadiyyat,Vergi işi və Fiskal Siyasət.
*
UNEC alimlərinin məqaləsi “Web of science”da (29.03.2018)
UNEC Azərbaycanın adını “Science Slam” dünya elm müsabiqəsinin tarixinə yazır (04.05.2017)
UNEC-də beynəlxalq elmi müsabiqə başladı (15.03.2017)
UNEC-də elmi seminar: “Müasir iqtisadi problemlər tələbələrin gözü ilə” (22.11.2016)
Emin Qəribli. “Müasir bilik iqtisadiyyatının Alma Materləri” (Diskurs.az – 09.03.2016)