UNEC-də elmi seminar: “Müasir iqtisadi problemlər tələbələrin gözü ilə”

22 NOYABR 2016 | VIEWS:

TEC fotoAzərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Tələbə Elmi Cəmiyyətinin (TEC) təşkilatçılığı ilə “Müasir iqtisadi problemlər tələbələrin gözü ilə” mövzusunda elmi seminar keçirilib.

Tədbirdə UNEC TEC-nin elmi rəhbəri, “Beynəlxalq iqtisadiyyat” kafedrasının dosenti Emin Qəribli bildirib ki, seminarın məqsədi tələbələrdə elmi-tədqiqat işinə maraq artırmaq, iqtisadiyyat sahəsindəki mövcud problemlərin həllində onların iştirakını təmin etmək və gəncləri elmi ictimai fəaliyyətə cəlb etməkdir: “Tələbələrin innovasiya fəaliyyətinə cəlb edilməsi gələcəkdə mütəxəssis kimi formalaşmalarında mühüm rol oynayacaq. Aktual problemlərin müzakirəsi tələbələrdə seçdikləri peşəyə sevgi aşılayacaq”.

UNEC TEC-nin sədri Əvəzağa Məlikov tələbələrdə müasir dünyada baş verən iqtisadi prosesləri təhlil etmək vərdişinin formalaşmasının vacibliyini vurğulayıb. TEC-in gələcəkdə tanınmış alimlərin master klass və seminarlarını da təşkil ediləcəyini qeyd edib.

UNEC TEC-in üzvü, IV kurs tələbəsi Şəmistan Qəhrəmanov “İxracın stimullaşdırılmasında EXİMbankların rolu” mövzusunda məruzə ilə çıxış edib. Natiq çıxışında ölkənin müasir inkişaf mərhələsində ixracatın stimullaşdırılması üçün Exinmbank-ın yaranmasının vacib şərt olduğunu bildirib. Dünya təcrübəsindən söz açaraq, Türkiyə, Almaniya, ABŞ nümunəsindən misal çəkib. TEC-in digər fəal üzvü Fidan Cahangirova isə “Qloballaşan dünyada biznes strategiyaları” mövzusunda çıxış edib. F.Cahangirova qlobal dünyada müəssisələrin rəqabətqabiliyyətinin artırılması üçün çevik strategiyaların hazırlanmasının mühüm əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb.

Diskusiyada dünyada və ölkədə baş verən digər iqtisadi proseslər müzakirə edilib. Aktual problemlər müəyyən edilərək, növbəti araşdırmaların mövzusu seçilib. Qərara alınıb ki, belə seminarlar ənənəvi olaraq digər universitetlərin nümayəndələri ilə də təşkil edilsin.

 

eskort - buy tiktok followers - youtube izlenme satın al - twitch viewer bot - deneme bonusu veren siteler - takipçi - instagram story viewer - postegro - buy instagram followers - buy instagram followers - antalya airport transfer - istanbul escort - mecidiyeköy escort - bakırköy escort - ip stresser - istanbul escort - deneme bonusu - sahabet - onwin - ip stresser - Aviator oyna - porno - yabancı dizi izle - instagram report tool - Mersin evden eve nakliyat - Cinsel sohbet - instagram takipçi satın al -

anlaşmalı boşanma

-

niwo opleiding

-

loodgieter den haag