3 dekabr 1952-ci ildə Azərbaycan Respublikasının Tovuz rayonunun Qədirli kəndində anadan olmuşdur.
1975-ci ildə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu bitirmiş və təyinatla Azərbaycan Dövlət Pedoqoji İnstitutuna müəllim təyin olunmuşdur.
1979-1983-cü illərdə Bakı Dövlət Universitetinin aspirantı olmuşdur.
1987-ci ildə namizədlik dissertasiyasını müdafiə etmişdir. İqtisad elmləri namizədidir.
2001-ci ilin avqust ayından Azərbaycan Dğvlət İqtisad Universitetinin “Vergilər və vergiqoyma” kafedrasının dosenti vəzifəsində çalışıb.
UNEC-in “Maliyyə və maliyyə institutları” kafedrasının dosenti olub.
*
Bir dərsliyin, bir neçə metodik vəsaitin, 50-dən çox elmi məqalənin müəllifidir.
2008-ci ildən Azərbaycan Milli Elmlər Akademiyasının doktorantıdır.
Evlidir, iki övladı və üç nəvəsi var.
2018-ci ilin sentyabr ayında vefat edib.
*
UNEC alimləri beynəlxalq elmi konfransda (29.06.2017)