1960-cı il martın 4-də Azərbaycan Respublikasının Şuşa şəhərində anadan olmuşdur.
1981-ci ildə Azərbaycan Dövlət Universitetini (indiki Bakı Dövlət Universitetini) Fərqlənmə diplomu ilə bitirmişdir.
1981-1984-cü illərdə Azərbaycan Milli Elmlər Akademiyası Kibernetika İnstitutunun aspirantı olmuşdur.
1986-cı ildə həmin institutda namizədlik dissertasiyasını müdafiə etmişdir. İqtisad elmləri namizədidir.
1984-1991-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyası Kibernetika İnstitutunda elmi işçi;
1991-2004-cü illərdə Azərbaycan Dövlət Neft Akademiyasının dosenti olmuşdur.
*
2004-cü ildən Azərbaycan Respublikası Vergilər Nazirliyinin əməkdaşıdır.
2006-cı ildən Azərbaycan Dövlət İqtisad Universitetinin “Maliyyə və maliyyə institutları” kafedrasının dosenti (0,5) olub.
Hazırda UNEC-in “İqtisadiyyat və idarəetmə” kafedrasının dosentidir.
40-dan artıq elmi-metodiki əsərin müəllifidir.
Evlidir, iki övladı var.