5 iyul 1975-ci ildə Bakı şəhərində anadan olmuşdur.
1994-2000-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində təhsil alaraq Qida məhsullarının texnologiyası ixtisası üzrə magistr dərəcəsi almışdır.
2001-2009-cu illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin “İnformatika” kafedrasında baş laborant vəzifəsində işləmişdir.
2002-ci ildə universitetin “İnformatika” kafedrasına dissertant qəbul olmuşdur.
2008-ci ildə “İntensiv istifadə olunan ərazilərə aqrar bülmənin inkişafının problemləri” adlı mövzusunda dissertasiya işini müdafiə etmişdir. İqtisad üzrə fəlsəfə doktorudur.
2009-cu ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Distant və Əlavə Təhsil Mərkəzi tərəfindən təşkil olunmuş 8 aylıq təlim kurslarında iştirak edib, tyutor vəzifəsini tam mənimsəmişdir.
8 il İnformatika fənnindən saathesabı dərs demişdir.
*
4 dərs vasaiti, 25 elmi məqalə (2-si xaricdə), 4 proqramın müəllifidir.
2016-cı ilin dekabrında UNEC-dəki səmərəli elmi-pedaqoji və əmək fəaliyyəti nəzərə alınaraq təşəkkür elan edilmişdir.
2022-ci ilə kimi UNEC-in “Rəqəmsal texnologiyalar və tətbiqi informatika” kafedrasının baş müəllimi olub.
20.04.2022-ci il tarixdən həmin kafedranın dosenti vəzifəsinə keçirilib.
Ailəlidir. İki övladı var.