raqif_foto29

UNEC-in Zaqatala filialının direktoru, UNEC-in Rəqəmsallaşma üzrə prorektoru dos. Qasımov Raqif Xanbala oğlu

raqif.qasimov@unec.edu.az

1983-cü il avqust ayının 11-də Bakı şəhərində anadan olmuşdur.  2000-ci ildə Binəqədi rayonu 246 saylı məktəb-litseyi bitirib və həmin il Nazirlər Kabineti nəznində Xalq Təsərrüfatı  İdarəetmə İnstitutuna daxil olmuşdur. Adı keçən İnstitutun 2002-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinə birləşdirilməsi  ilə əlaqədar olaraq 2004-cü ildə Azərbaycan Dövlət İqtisad  Universitetinin Türk Dünyası İşlətmə Fakültəsinin məzunu olmuşdur.

Daha sonra təhsilini davam etdirərək  2004-ci ilin oktyabr ayından Türkiyə Respublikası  Niğde Universitetində “İdarəetmə və Təşkilatlandırma”  ixtisası üzrə magistr təhsili almışdır. 2006-cı ildə magistr təhsilini bitirdikdən sonra, Türkiyə Respublikası Sakarya Universitetində “İdarəetme ve Təşkilatlandırma”  ixtisası üzrə doktorantura  təhsili almağa haqq qazanmışdır. 2011-ci ildə “Azərbaycandakı müəssisələrdə insan resurslarının idarəedilməsi” mövzusundakı doktorluq dissertasiyasını müdafiə edərək iqtisad elmləri üzrə fəlsəfə doktoru ünvanı qazanmışdır.

2008-ci ildən  UNEC Türk Dünyası İşlətmə Fakültəsində Tələbə İşləri Departamentində  mütəxəssis,  idarə heyətinin üzvi vəzifəsində çalışmış, eyni zamanda  “İnsan Resurslarının İdarəedilməsi”, “Stratejik İdarəetmə“, “Keyfiyyətin İdarəedilməsi”, “Biznesin İdarəedilməsi” və “Müasir İdarəetmə Nəzəriyyələri” fənnlərini  tədris etmişdir. Bir çox yerli və xarici konfransda  məruzə ilə çıxış etmiş və 15-dən çox məqaləsi dərc olunmuşdur. 2010-cu ildən Türk Dünyası İşlətmə Fakültəsində Tələbə İşləri Departamentində  müdir vəzifəsini icra etmişdir. 2012-ci ildən  UNEC-də “Mevlana Programının”  koordinatoru, 2014-cü il aprelindən oktyabr 1-nə kimi  Magistratura Mərkəzində  direktor müavini vəzifəsində çalışmışdır.

1 oktyabr 2014-cü il tarixindən 2021-ci ilin avqustuna kimi Tədrisin Keyfiyyətinin Qiymətləndirilməsi və İdarəedilməsi Mərkəzinin direktoru vəzifəsini yerinə yetirib.

2021-ci ilin avqustunda UNEC-in Rəqəmsallaşma üzrə prorektoru təyin edilib.

2023-cü ildən UNEC-in Zaqatala filialının direktorudur.

i.ü.f.d. R.Qasımov UNEC NEWS-da

“UNEC imtahan” verilişində müzakirə: “Qış imtahan sesssiyası – yeniliklər, dəyişikliklər” (27.12.2017)
UNEC tələbələri beynəlxalq layihələrdə Azərbaycanı layiqincə təmsil edir (21.11.2017)
İmtahanlarla bağlı bütün suallar RadioUNEC-də cavablandırılacaq (26.05.2017)
“UNEC imtahan” verilişində tələbələrin sualları cavablandırılıb (29.12.2016)
UNEC müəlimlərinin dissertasiyaları Siegen universitetinin doktorantlar şurasında müzakirəyə çıxarılıb (15.12.2016)

DSC_0146DSC_6788raqif22raqifqasimov2-1024x1024DSC_3069

UNEC regionun iqtisadyönümlü 4-cü universitetidir – VİDEO (11.07.2016)

*

UNEC keyfiyyət təminatında Finlandiya və Estoniya təcrübəsindən faydalanacaq (13.06.2016)
UNEC Milli İnsan Resursları Forumunda təmsil olunub (21.12.2015)

raqif_9654???????????????????????????????raqifc263e655???????????????????????????????unec (3)raqif_0154raqifb5d73e74349080118af

13881 4
WordPress SEO - eskort - buy tiktok followers - youtube izlenme satın al - twitch viewer bot - betrupi - deneme bonusu veren siteler - takipçi - instagram story viewer - postegro - buy instagram followers - buy instagram followers - antalya airport transfer - istanbul escort - mecidiyeköy escort - bakırköy escort - ip stresser - istanbul escort - Baywin - deneme bonusu veren siteler - deneme bonusu veren siteler - deneme bonusu - sahabet - onwin - ip stresser