Şöbə müdiri: Elnarə Məmmədova

Ünvan:  Bakı, İstiqlaliyyət, 6 (I korpus, otaq 203, 204, 209)
Telefon: +(994) 12 492-60-43   +(994) 12 492-68-19
*            +(994) 12 492-59-03 (daxili: 11-59, 10-59, 11-89, 11-99)

Ümumi məlumat. Şöbə Universitetin fəaliyyətinin KİV-də işıqlandırılması, şəffaflığın təmin olunması məqsədilə universitetdə görülmüş işlər barədə məlumatların ictimaiyyətə çatdırılmasını təmin edir, press-relizlər, məlumat bülletenləri, bəyanatlar, müsahibələr, çıxışlar və s. hazırlayır. İctimaiyyətlə əlaqələr sahəsində normativ aktların və təşkilati sərəncamverici sənədlərin layihələrinin hazırlanmasında iştirak edir. Universitetin fəaliyyəti ilə bağlı KİV-də yayımlanan və həqiqətə uyğun olmayan məlumatlarla bağlı zəruri hallarda cavab hazırlamaq və təhrif  hallarının aradan qaldırlması üçün tədbirlər görmək də şöbənin fəaliyyətinə daxildir. Eyni zamanda şöbə universitet tədbirlərində KİV nümayəndələrinin iştirakını təşkil edir, universitetin fəaliyyəti ilə bağlı KİV-də yayımlanan materialların gündəlik monitorinqinin aparılmasını və bu barədə rəhbərliyə məlumat verilməsini təmin edir.

Şöbə fəaliyyət istiqamətləri üzrə vətəndaşlardan, dövlət orqanlarından, idarə, müəssisə və təşkilatlardan daxil olan müraciətlərə və sorğulara qanunvericiliyə uyğun olaraq baxılmasında iştirak edir. Şöbə universitetdə və digər dövlət qurumlarında yaradılmış komissiyalarda, işçi qruplarında, fəaliyyətinə aid məsələlər üzrə keçirilən müxtəlif səviyyəli yerli və beynəlxalq tədbirlərdə universiteti təmsil edir, onların işində iştirak edir.

Şöbə ali təhsil müəssisəsinin fəaliyyəti ilə bağlı KİV-lə əlaqələrin qurulması və ictimaiyyətin məlumatlandırılması sahəsində işlərin təşkilini və tənzimlənməsini həyata keçirir. Mətbuat konfransları, brifinqlər, qəbullar, mətbuatın fəaliyyətinin monitorinqinin aparılması, yerli və xarici medianın universitetin fəaliyyəti barədə dərc etdiyi və ya yaydığı informasiyalar barədə universitetin əməkdaşlarını məlumatlandırmaq, konfrans və simpoziumları təşkili şöbənin fəaliyyətinə daxildir. Mədəni tədbirlərin təşkili, universitetin nüfuzunun artırılması istiqamətində silsilə fəaliyyətlər də struktur bölmənin səlahiyyətinə daxildir. Şöbə həmçinin, universitetin rəsmi internet saytı üçün məlumatları hazırlayır.

Şöbə abituriyentlərə, şagirdlərə universitet və onun strukturları haqqında məlumatları çatdırmaq məqsədilə sərgilərdə iştirak edir, lisey, hazırlıq kurslarında görüşlər keçirir və ziyarət proqramları təşkil edir. Universitetin tədbirləri ilə bağlı ictimaiyyəti və əməkdaşları  məlumatlandırmaq məqsədilə bülletenlər, xəbərlərin elanlarını hazırlayır. Universitetin tanıdılmasında istifadə edilən kataloq, broşura və tanıtma çarxlarını hazırlayır, ölkə xaricindən universitetlə bağlı məlumat əldə etmək istəyən şəxslərə məsləhət xidməti göstərir və ziyarət məqsədi ilə gələn qonaqları universitetlə tanış edir.

“Qaynar xətt” xidməti. Azərbaycan Dövlət İqtisad Universitetinin “Qaynar Xətt”-i 2014-cü il may ayının 12-də fəaliyyətə başlayıb. “Qaynar xətt”in yaradılmasında əsas məqsəd təhsil prosesində şəffaflığı təmin etməkdir. “Qaynar Xətt”-lə əlaqə saxlamaq üçün 146-1-3 düyməsini yığmaqla (492-59-03) universitet haqqında olan sual, şikayət və təkliflərinizi bildirmək mümkündür. Daxil olan müraciətlər operativ şəkildə cavablandırılır, təhlil tələb edən müraciətlər isə araşdırılaraq, universitetin aidiyyatı  strukturlarına yönəldilir.

İctimaiyyətlə Əlaqələr şöbəsi və Rəqəmsal Media bölməsi əvvəllər 2014-cü ildə yaradılan Marketinq və Kommunikasiya departamentinin tərkibində olub. 2023-cü ilin dekabrından Rəqəmsal Media bölməsi ilə birləşdirilərək müstəqil şöbə kimi fəaliyyət göstərir.

UNEC-in rəsmi saytı. 2015-ci ilin mayında Azərbaycan Dövlət İqtisad Universitetində innovasiyanın tətbiqi istiqamətində növbəti yeniliklər reallaşdırılaraq universitetin yeni rəsmi saytının – unec.edu.az saytının təqdimatı olub. 2015-ci ilin mayında Azərbaycan Dövlət İqtisad Universitetində universitetin yeni rəsmi saytının – unec.edu.az saytının təqdimatı olmuşdur. Sayt müasir tələblərə cavab verən, təkmilləşdirilmiş, yeni imkanlarla zənginləşdirilmiş format əsasında hazırlanmışdır. Saytda istifadəçilərin lazımı informasiyanın tez bir zamanda əldə etməsi üçün müasir veb-dizayn komponentlərindən istifadə olunmuşdur. Rebrendinq çərçivəsində universitetin müasir tələblərə cavab verən, təkmilləşdirilmiş, yeni imkanlarla zənginləşdirilmiş rəsmi veb saytının təqdimatı keçirilib. UNEC (University of Economy) saytın domain adında da öz əksini tapıb. İstifadəçilərin unec.edu.az saytında lazımı informasiyanın tez bir zamanda əldə etməsi üçün müasir veb-dizayn komponentlərindən istifadə olunub. Üç dildə təqdim olunan saytda texniki və proqram təminatı cəhətdən ən müasir yeniliklər tətbiq edilib. 2016-cı ildə saytın əlavəsi kimi iOS və Android platformaları üçün mobil tətbiqetmə də istifadəçilərə təqdim olunub.

2018-ci ildən əsasən xəbərlər və elanlar bölməsini təşkil edən news.unec.edu.az saytı yaradılmışdır.

2018-ci ilin sentyabrına kimi şöbənin müdiri  Vüsalə Məmmədova  olub.
2018-ci ilin sentyabrından 2019-cu ilin mayına kimi şöbəyə Cavid Xəlilov rəhbərlik edib.
Hazırda şöbəyə Elnarə Məmmədova rəhbərlik edir.

*

Şöbənin əməkdaşları

Məmmədova Elnarə Yusif

Şöbə müdiri

Nağıyev Amin Allahverdi Baş mütəxəssis
(ictimai rəyin araşdırılması üzrə)
Şirinova Səmayə Elçin Mütəxəssis (mətbuatla iş üzrə)
Həsənova İlahəxanım Aydın Mütəxəssis
Abdulova Təranə Əzbər Kontent menecer
Rzayeva Sevinc Ağa Kontent menecer
Həsənova İlahə Yaşar Kontent menecer
Hüseynova Zeynəb Ağa Həsən Tərcüməçi (rus dili)
Qasımova Lətifə Etibar Tərcüməçi (ingilis dili) (0,5)
Əsədova Zeynab Arəstun Müxbir (0,5)
İsmayılzadə Samir Zəki Sosial media marketoloqu (0,5)

*

İctimaiyyətlə Əlaqələr şöbəsinin xəbərləri UNEC NEWS-da (2016-2023)

İctimaiyyətlə Əlaqələr şöbəsinin xəbərləri UNEC NEWS-da (2023-  )

İctimaiyyətlə Əlaqələr şöbəsinin tədbirləri

Mersin eskort - buy tiktok followers - takipcimx - twitch viewer bot - deneme bonusu veren siteler - instagram story viewer - postegro - buy instagram followers - buy instagram followers - antalya airport transfer - deneme bonusu - sahabet - onwin - Aviator oyna - Cinsel sohbet - instagram takipçi satın al -

anlaşmalı boşanma

-

loodgieter den haag

- toscanello satın al - Postegro - Yeraltı kablo döşeme ürünleri - instagram gizli hesap görme - Twitch view bot - Betnano - tipobet - matadorbet - casino - Venusbet - likit - Betmarko - Fixbet - Starzbet - eta saat - Hipercasino - Twitch viewer bot - sweet bonanza oyna - vozol