Şöbə müdiri Qəhrəmanov Nizami Əmir oğlu

Əlaqə tel: +(994) 12 492-87-64

 

İnsan resursları şöbəsi haqqında

Ali məktəbin mövcud olduğu bütün dövrlərdə Kadrlar şöbəsi kimi fəaliyyət göstərmiş, 06.06.2014-cü il tarixdən isə İnsan resursları şöbəsi adlandırılmışdır.

Şöbənin fəaliyyətinin əsas məqsədi universitetdə insan resursları siyasətinə müvafiq olaraq universiteti vəzifəyə uyğun, layiqli və peşəkar kadrlarla təmin etmək, əməkdaşların peşə hazırlığı səviyyəsinin, nəzəri biliklərinin və bacarıqlarının inkişafı məqsədilə onların təhsilini təşkil etmək, universitetdə daim komanda ruhunun saxlanılmasına, maddi, mənəvi və sosial tələbatların ödənilməsi yolu ilə əməkdaşların motivasiyasının yaxşılaşdırılmasına, onların məhsuldarlığının artırılmasına və universitetə bağlılığına nail olmaqdır. Şöbə insan resurslarının idarə edilməsində 3«R» (right time, right position, right person) prinsipi, yəni, əməkdaşın zamanında uyğun vəzifəyə münasibliyi əsas götürülür.

Şöbənin fəaliyyətindəki əsas xüsusiyyətlər: Azərbayjan Dövlət İqtisad Universitetinin strateji məqsədlərinə və dəyərlərinə uyğun gələn, habelə universitetdə çalışan hər bir kəsdən tələb olunan münasibətlər aşağıdakılardır:

Dürüstlük, Keyfiyyət, Bilik, İnsanpərvərlik, Davamlı inkişaf.

*

AZƏRBAYCAN DÖVLƏT İQTİSAD UNİVERSİTETİNİN İNSAN RESURSLARI ŞÖBƏSİNİN (İRŞ) ƏSASNAMƏSİ

I. ÜMUMİ MÜDDƏALAR

 1.1. İnsan resursları şöbəsi (bundan sonra “Şöbə” adlanacaq) Azərbaycan Dövlət İqtisad Universitetinin (bundan sonra “Universitet” adlanacaq) struktur bölməsidir və vəzifə bölgüsünə görə universitetin rektoruna  tabedir.

1.2. Ali təhsil müəssisəsinin fəaliyyətə başladığı dövrdən şöbə Kadrlar şöbəsi kimi  yaradılmışdır.

1.3. Şöbə öz fəaliyyətində Azərbayjan Respublikasının Əmək Məjəlləsini, Azərbaycan Respublikasının müvafiq qanunlarını və normativ-hüquqi aktlarını, Universitetin Nizamnaməsini və onun fəaliyyətini tənzimləyən digər normativ-hüquqi aktlarını, habelə bu Əsasnaməni rəhbər tutur.

1.4. Şöbə bu Əsasnamə ilə müəyyən olunmuş funksiyaların yerinə yetirilməsi prosesində universitetin digər struktur bölmələri ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.

1.5. Şöbə öz funksiyalarını həyata keçirmək üçün müvafiq ştamp və möhürə malikdir.

II. ŞÖBƏNİN ƏSAS MƏQSƏDİ

2.1. Şöbənin fəaliyyətinin əsas məqsədi universitetdə insan resursları siyasətinə müvafiq olaraq universiteti vaxtında, vəzifəyə uyğun, layiqli və peşəkar kadrlarla təmin etmək, əməkdaşların peşə hazırlığı səviyyəsinin, nəzəri biliklərinin və bajarıqlarının inkişafı məqsədilə onların təhsilini təşkil etmək, universitetdə daim komanda ruhunun saxlanılmasına, maddi, mənəvi və sosial tələbatların ödənilməsi yolu ilə əməkdaşların motivasiyasının yaxşılaşdırılmasına, onların məhsuldarlığının artırılmasına və universitetə bağlılığına nail olmaqdır.

2.2. Şöbə insan resurslarının idarə edilməsində 3 «R» (right time, right position, right person) prinsipi, yəni, əməkdaşın zamanında uyğun vəzifəyə münasibliyi əsas götürülür.

2.3. Şöbənin fəaliyyətindəki əsas xüsusiyyətlər: Azərbayjan Dövlət İqtisad Universitetinin strateci məqsədlərinə və dəyərlərinə uyğun gələn, habelə universitetdə çalışan hər bir kəsdən tələb olunan münasibətlər aşağıdakılardır:

  • Dürüstlük;
  • Keyfiyyət;
  • Bilik;
  • İnsanpərvərlik;
  • Davamlı inkişaf.

  III. ŞÖBƏNİN ƏSAS FUNKSİYALARI

 Şöbə aşağıdakı əsas funksiyaları həyata keçirir:

3.1. Universitetin məqsədlərinə və strateji inkişaf tələblərinə uyğun olaraq, insan resurslarının planlaşdırılmasını təmin edir;

3.2. Beynəlxalq standartlara uyğun olaraq, universitetə kadrların jəlb edilməsi, seçilməsi, işə qəbulu və işdən azad edilməsi üzrə prosedurları həyata keçirir;

3.3. Universitet əməkdaşlarının xidməti fəaliyyətinin qiymətləndirilməsi və onların motivasiyası prosedurlarını təşkil edir;

3.4. Universitetin strateji məqsədlərinə müvafiq adekvat insan kapitalını formalaşdırmaq və onların mütəmadi inkişafına nail olmaq məqsədilə müasir treninq və tədris  kurslarında iştirakını təmin edir;

3.5. Universitet əməkdaşlarının karyera planlaşdırılması üzrə prosedurları həyata keçirir;

3.6. Universitet əməkdaşlarının əməyinin ödənilməsi formalarının və məbləğinin müəyyənləşdirilməsinə dair təkliflər hazırlayır;

3.7. Tələb edilən meyarlar əsasında işçilər haqqında məlumat bazasını formalaşdırır və məlumat bazasının müvafiq elektron proqram vasitəsilə avtomatlaşdırılması üzrə fəaliyyətini həyata keçirir;

3.8. Universitetdə bütün mövcud vəzifələr üzrə vəzifə təlimatlarının işlənib hazırlanmasını təşkil edir;

3.9. İnsan resursları üzrə sənədləşmələri və kadr-uçot işlərini aparır;

3.10. Universitetin inkişaf strategiyasına uyğun olaraq şöbənin strateji və taktiki planlarını, habelə insan resurslarına dair müxtəlif normativ sənədləri, hesabat və məlumatları hazırlayır;

3.11. Universitetdə insan resurslarını beynəlxalq standartlara müvafiq təşkili və təkmilləşdirilməsi məqsədilə xarici ölkələrin universitetləri ilə bu sahədə əməkdaşlıq edərək lazımi informasiya mübadiləsini aparır;

3.12. Şöbənin səlahiyyətlərinə dair məsələlər üzrə universitetə daxil olan müraciətlərə baxır, hüquqi və fiziki şəxslərin məktublarına və sorğularına javablar hazırlayır;

3.13. Qanunvericilikdə nəzərdə tutulmuş digər funksiyaları yerinə yetirir.

IV. ŞÖBƏNİN VƏZİFƏLƏRİ

4.1. İnsan resursları şöbəsi aşağıdakı vəzifələri yerinə yetirir:

4.1.1. Universitetin insan resurslarının planlaşdırılması prosesinə dair zəruri daxili normativ-metodoloji sənədlərin işlənib hazırlanması, beynəlxalq təcrübəyə müvafiq olaraq onların təkmilləşdirilməsinin təmin edilməsi;

4.1.2. Universitetdə işə qəbul prosesinin müvafiq qaydalara və standartlara uyğun həyata keçirilməsi, mövjud vakant ştatların komplektləşdirilməsi, habelə universitetin zəruri sayda və keyfiyyətdə insan resursları ilə təmin edilməsi istiqamətində davamlı və operativ fəaliyyət;

4.1.3. Müəyyənləşdirilmiş işçi ehtiyaclarına uyğun olaraq əmək resursları bazarının araşdırılması və müvafiq kadrların cəlb edilməsi üzrə fəaliyyət;

4.1.4. İşə qəbul üzrə müsabiqələrin təşkili, ilkin seçim və müsahibələrin keçirilməsinin təmin edilməsi;

4.1.5. İşə qəbul prosesinə dair sənədləşmələrin aparılması;

4.1.6. İnsan resurslarının planlaşdırılması və işə qəbul üzrə proqram və layihələrin həyata keçirilməsinin təmin edilməsi;

4.1.7. Şöbənin fəaliyyətinə və taktiki planının icrasına dair müxtəlif hesabatların hazırlanması, digər cari işlərin yerinə yetirilməsi;

4.1.8. Təhsilin təşkili məqsədilə yerli və beynəlxalq treninq proqramlarının

araşdırılması və seçilməsi;

4.1.9. Əməkdaşların universitetdaxili və universitetdənkənar formalarda təhsili və inkişafı prosesinin təşkili;

4.1.10. Əməkdaşların təhsili üzrə təşkilatı tədbirlərin və müvafiq sənədləşmələrin aparılması;

4.1.11. Əməkdaşların karyera planlaşması prosesinin təşkili və aparılması;

4.1.12. Universitet əməkdaşlarının əməkhaqqı hədlərinin təhsil sistemində əməyin ödənişi səviyyəsinə uyğunlaşdırılması və bu sahədə rəqabətliliyin təmin edilməsi istiqamətində təkliflərin hazırlanması;

4.1.13. Universitet əməkdaşlarının fəaliyyət səmərəliliyinə təsir edəcək amillərin müəyyənləşdirilməsi məqsədilə struktur bölmə rəhbərləri ilə mütəmadi məlumat mübadiləsinin və bütün heyət üzrə anket sorğularının aparılması, bu sahədə müvafiq təkliflərin verilməsi;

4.1.14. Universitet əməkdaşlarının sosial təminatının gücləndirilməsi istiqamətində təkliflərin hazırlanması;

4.1.15. Universitetdə əməkhaqqı və motivasiya prosedurlarının beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində onların daha da təkmilləşdirilməsinə dair təkliflər hazırlanması;

 

*

4.1.16. Şöbənin fəaliyyətinə və taktiki planının icrasına dair müxtəlif hesabatların hazırlanması, digər jari işlərin yerinə yetirilməsi;

4.1.17. Universitet əməkdaşlarının şəxsi işlərinin və kadr-uçot formalarının aparılması;

4.1.18. Universitet əməkdaşlarının əmək müqavilələrinin hazırlanması, onlara əlavə və dəyişikliklərin edilməsi, işçilərin motivasiyası və intizam tənbehlərinə dair tədbirlərin tətbiqi üzrə sənədləşmə işlərinin aparılması;

4.1.19. Universitetin bütün strukturlarının ştat vahidləri üçün həmin strukturların rəhbərləri tərəfindən və universitet rəhbərliyi ilə əlaqəli şəkildə əsasnamə və vəzifə təlimatlarının hazırlanmasını təmin etmək və onların məzmun və formaja İSO keyfiyyət standartlarına uyğun olmasına nəzarət etmək;

4.1.20. Əmək müqaviləsi daxil olmaqla, işə qəbul olunma haqda əmrlərin rəsmiləşdirilməsi və işçilərin müəyyən edilmiş əmək funksiyalarının yerinə yetirilməsinin təmin edilməsi;

4.1.21. Struktur bölmələr daxilində işçilərin universitetin məqsədləri uğrunda səmərəli istifadəsinə və inkişaf etdirilməsinə nəzarət edilməsi, habelə işçilərin hüquqlarının və imtiyazlarının təmin edilməsi;

4.1.22. Qanunverijiliyə müvafiq olaraq işə qəbulu və işçilərin başqa işə keçirilməsi, işdən azad edilmələrinin rəsmiləşdirilməsi və həyata keçirilməsi.

4.1.23. İnsan resursları üzrə sənədləşmə və kadr uçotu işlərinin aparılması;

4.1.24. İnsan rə resursları üzrə informasiya bazasının formalaşdırılması, idarə edilməsi və onun avtomatlaşdırılmasına dair təkliflərin hazırlanması;

4.1.25. İnsan resursları üzrə avtomatlaşdırılmış informasiya sisteminin yaradılmasına dair proqram və layihələrin həyata keçirilməsinin təmin edilməsi;

4.1.26. Universitetdə çalışan işçilərin hərəkəti haqda aylıq, rüblük və illik məlumatların hazırlanması;

4.1.27. Şöbənin fəaliyyətinə dair müxtəlif hesabat, məlumatların hazırlanması və  digər jari işlərin yerinə yetirilməsi;

4.1.28. Universitet əməkdaşlarının əməkhaqqı, əmək qabiliyyətlərinin itirilməsi, ezamiyyətləri, əmək və digər məzuniyyətləri üzrə məlumatların sistemə daxil edilməsi;

4.1.29. Öz səlahiyyətləri daxilində universitet əməkdaşlarına müvafiq arayışların verilməsi;

4.1.30. Universitetin ştat jədvəlinə uyğun struktur vahidləri üzrə kadr ehtiyajının müəyyən edilməsi və bu ehtiyaca əsaslanaraq tələb olunan peşə və ixtisasa malik işçi heyət ilə təmin edilməsi;

4.1.31. Kadrların axtarılması, seçilməsi və işə götürülməsi, habelə vəzifəsinin dəyişdirilməsi qaydalarının və prosedurlarının təsbit edilməsi və icrasına nəzarət edilməsi;

4.1.32. İşçinin öz struktur bölmə rəhbəri və digər əməkdaşlarla yarana biləjək konfliktlərin həll edilməsi, onların qarşısının alınması, habelə işçi məmnuniyyətinin artırılması məqsədi ilə profilaktik işlərin aparılması və preventiv tədbirlər hazırlanaraq icra edilməsi;

4.1.33. Qanunverijiliyə və əmək müqaviləsinə uyğun olaraq aşkar edilmiş nöqsanların aradan qaldırılması;

4.1.34. Rəhbərlik tərəfindən aparılan rəsmi işçi performansının qiymətləndirilməsi əsasında işçilərin peşəkar və ixtisas dərəjələrinin uyğunluğunu rəsmiləşdirmək, habelə zəruri hallarda işçilərin attestasiyasının keçirilməsinin təşkil edilməsi və bu sahədə universitetdə yaradılajaq komissiyaların işində iştirak  edilməsi;

4.1.35. Kadrların say və keyfiyyət tərkibinin, habelə illik hərəkətinin təhlili və bu sahədə rəhbərlik qarşısında təkliflərin hazırlanması;

4.1.36. İşçilərin mükafatlandırılması, habelə maddi və intizam məsuliyyətinə cəlb olunması üçün materialların hazırlanması.

4.1.37. Pensiyaya dair müvafiq sənədlərin hazırlanması və onların sosial təminat orqanlarına təqdim edilməsi;

4.1.38. Tabel uçotu və əmək məzuniyyətinə çıxma qrafikinin hazırlanması, təsdiq edilmiş qrafikə  uyğun olaraq növbəti və əlavə məzuniyyətlərin rəsmiləşdirilməsi;

4.1.39.  Seçkili vəzifələri tutmaq üçün seçki qrafikinin hazırlanması;

4.1.40. Struktur bölmələri üzrə əmək intizamının vəziyyətinə və işçilər tərəfindən daxili nizam qaydalarının riayət edilməsinə nəzarət edilməsi;

4.1.41. Şöbəyə daxil olan işə qəbul, başqa vəzifəyə keçirilmə, azad olunma və əmək qanunverijiliyinin pozulması ilə əlaqədar olan ərizə və şikayətlərə baxılması və qoyulan məsələlərin vəzifə səlahiyyətləri çərçivəsində həll edilməsi;

4.1.42. Əmək stacının hesablanması və kadrlar üçün müəyyən edilmiş sənədlərin aparılması, habelə işçilərin əmək fəaliyyətlərinə dair arayışların verilməsi;

4.1.43. Əmək kitabçalarının qəbulu, doldurulması, saxlanılması və yeni əmək kitabçalarının açılması;

4.1.44. Şəxsi heyətin uçotu, işçilərin şəxsi işlərinin hazırlanması və aparılması, əmək fəaliyyətləri ilə bağlı dəyişikliklərin edilməsi;

4.1.45.  Öz fəaliyyətinə aid sənədlərin arxivləşdirilməsinin təşkil edilməsi.

V. ŞÖBƏNİN HÜQUQLARI

Şöbənin və şöbə əməkdaşlarının hüquqlarına aşağıdakılar aiddir:

5.1. Şöbənin bu Əsasnamədə nəzərdə tutulan fəaliyyət sahəsi ilə bağlı məsələlərin işlənib hazırlanması üçün aşağıda sadalananlar da daxil olmaqla lazım olan məlumat və materialları struktur bölmələrindən almaq:işçilərə olan tələbat haqqında məlumat;

* işçilərin ixtisaslarının artırılmasına olan tələbat haqqında sifariş;

* mükafatlandırılmaya təqdim edilən, maddi və intizam məsuliyyətinə jəlb olunan işçilər haqqında təqdimat;

* əmək və icra intizamı qaydalarını pozan işçilərdən izahat;

* məzuniyyət qrafikinin tərtibi haqqında təkliflər.

5.2. Struktur bölmələrindən onların üzərinə düşən vəzifələrin yerinə yetirilməsi üçün zəruri məlumatları almaq;

5.3. Struktur bölmələrə şöbənin səlahiyyətinə daxil olan kadr və sosial məsələlər üzrə yazılı tövsiyə və göstərişlər vermək;

5.4. Struktur bölmələrdə əmək intizamının vəziyyətinə və işçilər tərəfindən daxili əmək qaydalarının riayət edilməsinə nəzarət etmək;

 VI. ŞÖBƏNİN FƏALİYYƏTİNİN TƏŞKİLİ

6.1. Şöbənin strukturu və ştat vahidləri Universitetin rektoru tərəfindən təsdiq edilir.

6.2. Şöbəyə universitetin rektoru tərəfindən vəzifəyə təyin edilən və vəzifədən azad olunan şöbə müdiri rəhbərlik edir. Şöbə müdiri öz fəaliyyətini universitetin rektoru tərəfindən təsdiq olunmuş vəzifə təlimatına əsasən həyata keçirir.

6.3. Şöbədə işçilər arasında vəzifə bölgüsü şöbə müdiri tərəfindən vəzifə təlimatları əsasında aparılır.

6.4. Şöbə əməkdaşlarının vəzifə və məsuliyyətləri onların vəzifə təlimatları ilə müəyyən edilir.

6.5. Əsasnamədə nəzərdə tutulmuş vəzifələrin yerinə yetirilməsinə görə birbaşa məsuliyyəti şöbə müdiri daşıyır.

6.6.  Şöbə müdiri, şöbə əməkdaşlarının seçilməsi, yerləşdirilməsi, fəaliyyəti və əmək intizamı qaydalarına riayət etməsinə görə, habelə şöbədə olan əmlakın qorunmasının təmini və yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsinə görə məsuliyyət daşıyır.

6.7. Şöbə müdiri olmadıqda, onun səlahiyyətlərini rektorun göstərişi əsasında şöbə əməkdaşlarından biri həyata keçirir.

 Qeyd: Azərbaycan Dövlət İqtisad Universitetinin rektorunun 06.06.2014-cü il tarixli 53/3 nömrəli əmri ilə təsdiq edilmişdir.  

Mersin eskort - buy tiktok followers - takipcimx - twitch viewer bot - deneme bonusu veren siteler - instagram story viewer - postegro - buy instagram followers - buy instagram followers - antalya airport transfer - deneme bonusu - sahabet - onwin - Aviator oyna - Cinsel sohbet - onwin güncel giriş -

anlaşmalı boşanma

-

loodgieter den haag

- toscanello satın al - instagram takipçi satın al - Yeraltı kablo döşeme ürünleri - Twitch view bot - tipobet - casino - Venusbet - likit - Vbet - Fixbet - Starzbet - onwin - Betosfer -

starzbet

- aviator oyna - ton sniper bot - omegle -

Venusbet

-

Loodgieter Den Haag

-

sahabet

- onwin güncel giriş - tiktok takipçi satın al - SOL sniper bot -

onwin

-

onwin

-

gizli hesap görme

- pump fun sniper bot - marsbahis - grandpashabet güncel giriş - grandpashabet - grandpashabet giriş - grandpasha - grandpashabet girişi - grandpashabet resmi giriş - grandpashabet gir - grandpashabet üyelik - Grandpasha bet - porno izle