*
Fransanın Montpellier Universiteti ilə ikili diplom proqramı
*
Proqrama I kursu bitirən tələbələr müraciət edə bilər.
İxtisas
‒ Beynəlxalq Biznes və Menecment
Proqramın modeli
Proqramda UNEC-in Dünya iqtisadiyyatı, Maliyyə, Mühasibat, İqtisadiyyat, Biznesin idarəolunması ixtisaslarını uğurla bitirən ikinci tələbələri iştirak edə bilər. Tələbələrə 2 variant üzrə təhsillərini davam etdirmək imkanı verilir.
I variant
UNEC-in II kursunu bitirən tələbələr III kursda təhsillərini Montpellier Universitetində davam edirlər. Kursun sonunda tələb olunan 60 kreditləri qazandıqdan sonra tələbələr UNEC-ə geri dönürlər və təhsillərini 4-cü kursdan davam edirlər.
II variant
UNEC-in II kursunu bitirən tələbələr III kurs təhsilini də UNEC-də davam etdirir. Bu zaman tələbələr bəzi fənlər üzrə Montpellier Universitetindən dəvət olunan professorların dərslərində iştirak etməklə həm UNEC, həm də Montpellier Universitetinin tələb olunan kreditlərini qazanırlar.
*
ALİ İQTİSAD MƏKTƏBİ, Rusiya
Proqram haqqında
UNEC ilə Rusiya Ali İqtisadiyyat Məktəbi arasında imzalanan ikili diplom müqaviləsinə əsasən “Maliyyə”, “Mühasibat uçotu və audit”, “İqtisadiyyat”, “Marketinq” və “Menecment” ixtisaslarının bakalavrları proqramda iştirak edə biləcəklər. Tələbələr ikili diplom proqramına I kursun ikinci semestrindən qoşulacaqlar. Proqramı uğurla bitirərək UNEC-dən məzun olan bakalavrlar 4 ilə hər iki universitetin diplomunu əldə edəcəklər. Müqavilədə müəllim və tələbələrin akademik mübadilədə iştirakı da nəzərdə tutulub.
İXTİSASLAR: “Maliyyə”, “Mühasibat uçotu və audit”, “İqtisadiyyat”, “Marketinq” və “Menecment”
Qəbul şərtləri
- Minimum orta bal (ÜÖMG) 71
- Rus dili biliyinə sahib olmaq
Proqrama I kursun tələbələri müraciət edə bilər.
Tələb olunan sənədlər
- Akademik transkript
- Ərizə
Tədris dili – Rus
Təhsil müddəti – 3.5 il
Ali İqtisad Məktəbi haqqında
Rusiyanın Ali İqtisad Məktəbi 2018-ci ildə Rusiyanın ən məşhur 3 universitetləri sırasında yer almışdır. Universitetdə 40 mindən çox tələbə və aspirant təhsil alır, 6 minə yaxın müəllim və tədqiqatçı çalışır. İqtisadiyyat və sosial elmlər sahəsində ixtisaslaşmış universitet riyaziyyat, informatika, fizika, biologiya, media rabitəsi, dilçilik və dizayn kimi sahələr üzrə də tədris planlarını genişləndirmişdir. Rusiyanın ən gənc, ən böyük və qabaqcıl universitetlərindən biri olaraq 2019-cu ildə Times Higher Education dünyası universitetləri reytinqində Rusiyada 3-cü, QS dünya universitetləri reytinqində isə Rusiyada 8-ci yerdədir.
*
https://www.hse.ru/ |
Qəbul şərtləri:
‒ I və II kurslardan 120 kredit (60+60) toplamaq
‒ Minimum orta bal (ÜÖMG) – 81 bal
‒ İngilis dili biliyi – B1
Tələb olunan sənədlər:
‒ Akademik transkript
‒ Ərizə
Tədris dili – İngilis
Xaricdə təhsil müddəti – 1 il
Montpellier Universiteti haqqında
Əsası XII əsrdən qoyulan Montpellier 1 və Montpellier 2 Universitetlərinin birləşməsi olan Montpellier Universiteti elm, texnika və tibb, hüquq və iqtisadiyyat üzrə beynəlxalq səviyyədə təhsil xidmətləri təqdim etməkdədir. Bu mənada Universitet Şanxay Akademik Reytinqi və QS reytinqində yer tutmaqdadır. Həcminə görə Montpellier Universiteti Fransada 6-cı yerdədir. Burada 41000 tələbə (16% əcnəbi tələbələr olmaqla) o cümlədən 1700 doktorant təhsil alır və 4500 elmi tədqiqatçı müxtəlif sahələr üzrə çalışır.
https://www.umontpellier.fr/
*
*
MOSKVA DÖVLƏT HUMANİTAR İQTİSAD UNİVERSİTETİ
PROQRAMIN MODELİ
Proqramda UNEC-in Rus İqtisad Məktəbinin (RESH) tələbələri və rus dilini bilən UNEC-in digər fakültələrinin tələbələri iştirak edə bilər.
Tələbələr birinci və ikinci tədris ilində UNEC-də təhsil alır, sonra üçüncü tədris ilində MDHİU-da təhsillərini davam etdirirlər. Dördüncü tədris ilində tələbələr UNEC-ə qayıdıb təhsillərini başa vururlar. Akademik tələblərini yerinə yetirən tələbələrə Rusiyanın təhsil və kvalifikasiya sənədi – bakalavr diplomu və UNEC diplomu veriləcəkdir.
İXTİSAS – MÜHASİBAT UÇOTU VƏ AUDİT
Qəbul şərtləri
- Minimum orta bal (ÜÖMG) 71
- Rus dili biliyinə sahib olmaq
Proqrama I kursu bitirən tələbələr müraciət edə bilər.
Tələb olunan sənədlər
- Akademik transkript
- Ərizə
Tədris dili – Rus
Xaricdə təhsil müddəti – 1 il
Sənəd Qəbulu – 01-30 May
Ödəniş – 155.000 Rubl
MDHİU haqqında
Rusiya Federasiyasının “Moskva Dövlət Humanitar və İqtisad Universiteti” Nazirlər Sovetinin “Moskva Əlillər üçün İnternat İnstitutunun təşkili haqqında” 11.10.1990-cı il tarixli 1011 saylı qərarı ilə təsis edilmişdir. Universitetdə 8 fakultə və 39 ixtisas fəaliyyət göstərir.
http://www.mggeu.ru/ |
ICD Beynəlxalq Biznes Məktəbi FransaProqram haqqındaUNEC ilə Fransanın ICD Universiteti arasında imzalanan ikili diplom müqaviləsinə əsasən Maliyyə, Mühasibat, İqtisadiyyat, Biznesin idarə olunması ixtisaslarının ikinci kursunu uğurla bitirən tələbələri iştirak edə bilər. Tələbələrə 2 variant üzrə təhsillərini davam etdirmək imkanı verilir. Proqramı uğurla bitirərək UNEC-dən məzun olan bakalavrlar 4 ilə hər iki universitetin diplomunu əldə edəcəklər.
İXTİSASLAR: “Dünya iqtisadiyyatı”, “Maliyyə”, “Mühasibat”, “İqtisadiyyat”, “Biznesin idarəolunması”
Qəbul şərtləri
– I və II kurslardan 120 ECTS kredit toplamaq
– Minimum orta bal (ÜOMG)- 81 bal
– İngilis dili -B2 (IELTS 6,5 /TOEFL 550)
Proqramın modeli
I variant
UNEC-in II kursunu bitirən tələbələr III kursda təhsillərini ICD-də dəvam etdirir. Kursun sonunda tələb olnan 60 kreditləri qazandıqdan sonra tələbələr UNEC-ə geri dönürlər və təhsillərini 4-cü kursdan dəvam edirlər.
II variant
UNEC-in II kursunu bitirən tələbələr III kurs təhsilini də UNEC-də davam etdirir. Bu zaman tələbələr bəzi fənlər üzrə ICD-dən dəvət olunan professorların dərslərində iştirak etməklə həm UNEC, ICD-nin tələb olunan kreditlərini qazanırlar.
Tələb olunan sənədlər
- Akademik transkript
- Ərizə
Tədris dili – İngilis
Xaricdə təhsil müddəti – 1 il
Fransanın ICD Beynəlxalq Biznes Məktəbi haqqında
Paris şəhərində yerləşən ICD, marketinq, ticarət və biznesin inkişafı sahəsində ixtisaslaşmış beynəlxalq biznes məktəbidir. Biznes, Kompüter Elmləri, İnsan Resursları və Maliyyə sahələrində 140 proqram təqdim edən və 66.000-dən çox tələbə məzunu verən aparıcı təhsil qurumlarından birisidir. ICD halhazırda 85 universitet və 15 ölkə ilə ikili diplom proqramı üzrə əməkdaşlıq qurmaqdadır. Həmçinin ICD-nin Dublin və Şanghai şəhərlərində filialları yerləşməkdə və İngilis dilində tədris aparılmaqdadır.
https://www.icd-bs.com/ |
|
Litvanın Mikolas Romeris Universiteti (MRU) ilə ikili diplom proqramı
Proqrama I kursu bitirən magistrlar müraciət edə bilər.
Proqramın modeli
I semestr – UNEC-də, dərslər – 45 kredit
II semestr – MRU-də, dərslər – 45 kredit
III semestr – UNEC – təcrübə və tədqiqat
IV semestr – UNEC/MRU – tədqiqat və diplom müdafiəsi
Qəbul şərtləri
‒ “Maliyyə bazarları”, “Maliyyə menecmenti” və “Maliyyə nəzarəti və audit” ixtisası üzrə təhsil alan birinci kurs tələbəsi olmaq
‒ Minimum orta bal (ÜÖMG) – 70-dən yuxarı
‒ İngilis dili biliyi – B2
Tələb olunan sənədlər
‒ Bakalavr diplomu və diploma əlavə
‒ Magistr təhsili haqqında arayış
Xaricdə təhsil müddət – 1 il
Tədris dili – İngilis
Mikolas Romeris Universiteti (MRU) haqqında
Mikolas Romeris Universiteti (MRU) Litvanın Vilnus və Kaunas şəhərlərində yerləşən beynəlxalq universitetdir. Müasir, yaradıcı və sahibkarlıq akademik cəmiyyəti MRU-nun Litvada ictimai elmlər və fakültələrarası tədqiqat sahəsində aparıcı universitet səviyyəsinə yüksəldib. Universitet QS beynəlxalq reytinqində yer tutub.
Hazırda Mikolas Romeris-də 7500 tələbə, 600 beynəlxalq tələbə, o cümlədən 400- akademik heyət mövcuddur.
https://www.mruni.eu |
Montpellier Universiteti, Fransa
Proqram haqqında
UNEC ilə Fransanın Montpellier Universiteti arasında imzalanan ikili diplom müqaviləsinə əsasən “Biznesin idarə edilməsi”, “Marketinq”, “Menecment”, “Muhasibat uçotu”, “İnsan resurslarının idarə edilməsi”, “Biznes analtikası”, “Qiymətli kağızlar”, “Layihələrin idarə edilməsi” ixtisaslarının magistr tələbələri proqramda iştirak edə biləcəklər. Tələbələr ikili diplom proqramına II kursun ikinci semestrindən qoşulacaqlar. Proqramı uğurla bitirərək UNEC-dən məzun olan magistr 2 ilə hər iki universitetin diplomunu əldə edəcəklər.
İXTİSASLAR: “Biznesin idarə edilməsi”, “Marketinq”, “Menecment”, “Muhasibat uçotu”, “İnsan resurslarının idarə edilməsi”, “Biznes analtikası”, “Qiymətli kağızlar”, “Layihələrin idarə edilməsi”
Qəbul şərtləri
-UNEC MBA və ya magistr tələbəsi olmaq
-Minimum orta bal (ÜOMG) 70-dən yuxarı olmalı
-İngilis dili biliyi-B2 (TOEFL, IELTS arzu olunandır)
-UNEC magistrantları ali təhsilin 240 kreditini təsdiq etməlidirlər
Proqramın modeli
– I, II, III semestr UNEC-də
-IV semestr UM-də
Tələb olunan sənədlər
- Bakalvr diplomu və əlavəsi
- Akademik transkript
- Ərizə
Tədris dili – İngilis
Təhsil müddəti – 1 il
Fransanın Montpellier Universiteti haqqında
Əsası XII əsrdən qoyulan Montpellier 1 və Montpellier 2 universitetlərinin birləşməsi olan Montpellier Universiteti elm, texnika və tibb, hüquq və iqtisadiyyat üzrə beynəlxalq səviyyədə təhsil xidmətləri təqdim etməkdədir. Universitet QS reytinq sıralamasında ilk 500 universitet arasındadır. Tələbə sayına görə Montpellier Universiteti Fransada 6-cı yerdədir.
https://www.umontpellier.fr/en/* |
*
*
İsveçrənin UBİS (University of Business and International Studies) Biznes və Beynəlxalq Tədqiqatlar Universiteti (BBTU) ilə ikili diplom proqramı
Proqramın modeli
UNEC-BBTU ikili magistr dərəcə proqramı cəmi 15 fənn (48 ABŞ kreditinə ekvivalent), o cümlədən UBİS-də 10 fənn, BBTU tərəfindən 5 fənn (15 ABŞ kreditinə ekvivalent) və 1 tədqiqat işindən (3 ABŞ kreditinə ekvivalent) ibarətdir. BBTU tərəfindən keçiriləcək beş fənnin dördü Bakıda (hər fənn 1-2 həftəlik formatda), biri isə Cenevrədə (1 həftəlik intensiv formatda) təşkil edilir.
İxtisaslar
‒ Biznesin idarə edilməsi üzrə magistr (BBTU MBA);
‒ Beynəlxalq əlaqələr üzrə magistr (MAIR);
‒ Bank işi və maliyyə üzrə magistr (MSBF).
UBİS haqqında
İsveçrənin Cenevrə şəhərində yerləşən Biznes və Biznes və Beynəlxalq Araşdırmalar Universiteti (UBIS) İsveçrənin Boutique Universitetidir. UBİS ABŞ-da yerləşən butik universitetlər konsorsiumu olan Linden Təhsil Qrupunun bir hissəsidir.
UBİS-də dünyanın 40 ölkəsinin tələbələri təhsil alır. Dərslər ingilis dilində tədris olunur. UBİS tələblərə Cenevrə ilə yanaşı, 20 ortaq kampusda təhsil almaq seçimi verir.
https://www.ubis-geneva.ch/
|
*
ABŞ-ın Linkoln Universiteti ilə ikili diplom proqramı
Proqramın modeli
UNEC-lə ABŞ-ın Linkoln Universiteti arasında ikili diplom proqramına dair müqavilə imzalanıb. Müqaviləyə əsasən, UNEC tələbələri öz seçimlərinə uyğun olaraq, 1 və ya 2 il ABŞ-da oxumaqla, yaxud ABŞ-dan gələn professorların tədris etdiyi 9-12 fənni Bakıda UNEC-də dinləyib uğurla imtahan verdikdən sonra UNEC diplomu ilə yanaşı, həm də ABŞ Linkoln Universitetinin diplomunu əldə edə biləcəklər. Müqavilənin üstünlüyü həm də ondadır ki, ikili diplom proqramından həm bakalavr, həm də magistrlar yararlana biləcək.
İxtisaslar
‒ Umumi MBA
‒ Beynəlxalq Biznes
Linkoln Universiteti haqqında
Linkoln Universiteti 1919-cu ildə yaradılıb. “San Francisco Business Times” reytinqinə əsasən, University of Californiya, Berkeley/Haas School of Business və Stanford Graduate School of Business-dən sonra “MBA Proqrams in the Greater Bay Area” da ən yaxşı MBA təhsili verən universitetdir.*
http://www.lincolnuca.edu/
*
*
* |