İxtisaslaşmanın məqsədi:
İnsan resurslarının idarəedilməsi ixtisaslaşmasırəqabətə əsaslanan qlobal bazarda idarəetmə və iqtisadi prinsiplərin insan kapitalına tətbiqini tədris edir. Bu ixtisas məhsul və xidmət sahələri üzrə insan kapitalından optimal istifadə imkanlarını ön plana çəkir. Magistrantlar əmək bazarında tələb və təklif, bu sahədə dünya iqtisadiyyatının hazırkı durumu, əməyə çəkiləcək gələcək xərcləri, əməyin əvəzediciləri və digər konsepsiyaları mənimsəməklə idarəetmədə səmərəli qərarların qəbul edilməsi sahəsindəki biliklərə yiyələnəcəklər. Məhsuldar işçilərin mükafatlandırılması və işinyerinə yetirilməsinin rasional yolları müzakirə edilir. İxtisaslaşma həmçinin, idarəetmə və istehsal çərçivəsində informasiya axınının yarandığı andan maneəsiz və gecikdirilmədən, adekvat şəkildə müəssisə rəhbərinə və menecerlərə çatdırılması ilə məhsuldarlığın artırılması arasındakı bağlılığı izah edir.
MBA proqramının müddəti və ünvanı:
İnsan resurslarınınidarəedilməsiixtisaslaşması üzrə təhsil Avropa Kredit Transfer Sistemi uyğun olaraq 4 semestr (2 il) ərzində 10 ümumi fənn üzrə 60 kredit, 4 seçmə (ixtisas) fənn üzrə 24 kredit və buraxılış layihəsi üzrə 12 kredit olmaqla, cəmi 96 kreditlə tamamlanır.
Bu ixtisas üzrə kreditlər ABŞ Kredit Sisteminə ekvivalent olaraq hesablandıqda isə təhsil 4 semestr (2 il) ərzində 10 ümumi fənn üzrə30 kredit, 4 seçmə (ixtisas) fənn üzrə 12 kredit və buraxılış layihəsi üzrə 6 kredit olmaqla, cəmi 48 kreditlə tamamlanır.
Dərslər payız, yaz və yay semestrlərində həftədə iki dəfə olmaqla, Bakı şəhəri, İstiqlaliyyət küçəsi 6, AZ1001 ünvanında keçirilir.Əlaqə: e-mail: [email protected], tel/fax +99412 4976267
MBA proqramına qəbul şərtləri:
Əsas təhsili iqtisadiyyat sahəsinə aid olan və olmayan ixtisaslar üzrə bakalavr dərəcəsi almış namizədlər DİM (Dövlət İmtahan Mərkəzi) qəbul imtahanından uğurla keçməklə MBA proqramına qəbul olunurlar.
MBA proqramında tədris metodlarının üstünlükləri:
Bu proqram ali təhsilli ixtisaslı mütəxəssislərə öz rəhbərlik keyfiyyətinin yüksəldilməsinə, sistemli bilik, bacarıq və işgüzar idarəetmə vərdişlərinin mənimsənilməsinə və peşəkarlıq səviyyəsinin davamlı olaraq artırılmasınıa müasir biznes informasiyasının araşdırılmasına, analitik düşünmə və qərarvermə qabiliyyətinın inkişafına, biznes etikası, təqdimat qabiliyyəti, vaxtın idarəedilməsi və sahibkarlıq məntiqinin formalaşdırılmasına şərait yaradır. Proqram magistrantları cəmiyyət, müəssisə və təşkilatların idarə olunmasında məsul vəzifələr tutmağa hazırlayır. Nəzəri və praktik məlumatlarla yanaşı, proqramda nümunə kimi konkret biznes halları (case study) müzakirə edilir, rol oynama, biznes oyunu, müxtəlif ssenarialarıntəqdimatları, qrup və layihə çalışmaları həyata keçirilir və bu zaman müasir tədris metod və texnologiyalarından istifadə edilir. Proqram ictimai əhəmiyyətli qeyri-hökumət, qeyri-dövlət və kommersiya yönümlü təşkilatlarda struktur və fəaliyyət sahəsinə təsir edəcək dəyişikliklərin çevik idarəedilməsi, qanunvericilikdə və biznes mühitində yeni meyillərin öncədən (proaktiv) araşdırılması vərdişlərini aşılayır. Magistrantın fənni mənimsəməsi həftəlik və yarım semestrlik testlər (quiz), dərsdə iştirak səviyyəsi, ev tapşırıqları və kumulativ (semestr imtahanı) imtahan əsasında (test və yazılı formada açıq suallardan ibarət olmaqla) qiymətləndirilir.
MBA proqramında tədris kadrları:
Proqram UNEC-in müəllimləri ilə yanaşı, digər ali təhsil müəssisələrinin professor-müəllim heyəti, ölkədə fəaliyyət göstərən yerli və xarici təşkilatlarda məsul vəzifədə çalışan rəhbər şəxslər, peşəkar menecerlər və müqavilə əsasında dünyanın aparıcı təhsil müəssisələrindən dəvət edilmiş professor-müəllim heyətinin elmi bilik və praktik potensialından faydalanır.
Diplom:
Təhsilini tamamlamış magistr öz ixtisası üzrə magistr elmi-ixtisas dərəcəsi və diplomu ilə təltif olunur və ona bu dərəcəyə uyğun olan hüquq və imtiyazlar verilir.
İnsan resurslarınınidarəedilməsi ixtisası üzrə keçirilən fənlər:
Birinci semestr:
SMO 652 Liderlik və təşkilati davranış
MGTSC 501 Biznes statistikası
ECON 503 Menecment iqtisadiyyatı
ACCTG 503 Maliyyə uçotu(F3)
İkinci semestr:
SMO 502 Strategiya, təşkilat və innovasiya
FIN 502 Korporativ maliyyə
MARK 502 Marketinq strategiyası
ACCTG 502 İdarəetmə uçotu(F2)
Üçüncü semestr:
OM 502 Əməliyyatlar menecmenti
BLAW 642 Biznes hüququ(F4)
Dördüncü semestr – 4 əsas seçmə fənn
HRM 600 İş və fəaliyyət
HRM 620 Personalın işə qəbulu, seçilməsi və işlə tanışlıq
HRM 632 Təlim və inkişaf
HRM 601 İş fəaliyyətinin (performansının) idarəedilməsi
HRM 642 Mükafatlandırmanın idarəedilməsi
HRM 605 İnsan Resurslarının idarə edilməsi
HRM 603 İnsan Resurslarının idarə edilməsində tədqiqat metodları
SMO 634 Texnologiya və qlobal rəqabət
RES 620 Qərarqəbuletmədə tədqiqat metodları
MIS 521 İdarəetmənin informasiya sistemləri
HRM 602 Beynəlxalq biznes etikası və korporativ idarəetmə
BLAW 631 Menecmentin hüquqi aspektləri
Buraxılış layihəsi (Capstone paper) – ixtisas sahəsinə aid olan aktual məsələlər üzrə