“ISE Economic Talks” davam edir – “Kriptovalyutalar: qlobal çağırış və Azərbaycan”

26 FEVRAL 2018 | VIEWS:

Fevralın 27-də UNEC-in Beynəlxalq İqtisadiyyat Məktəbinin “ISE Economic Talks” layihəsinin 2017/2018-ci tədris ili üçün ilk müzakirəsi keçiriləcək.

UNEC-in tələbələrin populyar iqtisadi platforması olan “ISE Economic Talks”da “Kriptovalyutalar: qlobal çağırış və Azərbaycan” mövzusu müzakirə olunacaq. Mövzu barədə “Beynəlxalq İqtisadiyyat” (ingilisdilli) kafedrasının müəllimi Fəxri Məmmədov çıxış edəcək. F.Məmmədov UNEC-də bu mövzuda tədris etməklə yanaşı, həm də praktiki fəaliyyət göstərir. Müzakirədə gənc müəllim şəxsi təcrübəsini paylaşmaqla yanaşı, məsələyə qlobal səviyyədə də yanaşacaq. O, dünya iqtisadi və maliyyə sistemində baş verən institutsional dəyişikliklər çərçivəsində Azərbaycanın mövqeyini, kriptovalyutalara Azərbaycandakı yanaşamanı və gələcək perspektivləri təqdim edəcək.

“ISE Economic Talks”ın görüşü UNEC-in əsas tədris binasında yerləşən Karyera Mərkəzində (otaq 200), saat 14:15-də keçiriləcək. Müzakirəyə qatılmaq istəyənlər Facebook səhifəsində qeydiyyatdan keçə bilərlər.

Layihənin məqsədi UNEC-in müəllim, tədqiqatçı və tələbələrini vahid iqtisadi platformada toplamaq və onların müzakirələrini təşkil etməkdir. Layihə çərçivəsində, qlobal iqtisadiyyatın, eləcə də ölkənın ən aktual iqtisadi mövzu və problemləri müzakirə edilir. Eyni zamanda, dünya bestselleri olan iqtisadi kitabların “Müzakirə günü” təşkil olunur. Ayda iki dəfə təşkil olunan müzakirələrin mövzuları səsvermə yolu ilə seçilir. Təkliflərə əsasən, yeni müzakirə istiqamətləri müəyyənləşdirilir. Müzakirələr həmçinin UNEC-in virtual iqtisadi forumu olan Diskurs.az-da da yayımlanır.

“ISE Economic Talks” layihəsinin rəhbəri UNEC-in “Beynəlxalq İqtisadiyyat” kafedrasının müəllimi Təhmasib Əlizadədir.

VİDEO

eskort - buy tiktok followers - youtube izlenme satın al - twitch viewer bot - deneme bonusu veren siteler - takipçi - instagram story viewer - postegro - buy instagram followers - buy instagram followers - antalya airport transfer - istanbul escort - mecidiyeköy escort - bakırköy escort - ip stresser - istanbul escort - deneme bonusu - sahabet - onwin - ip stresser - Aviator oyna - porno - yabancı dizi izle - instagram report tool - Mersin evden eve nakliyat - Cinsel sohbet - instagram takipçi satın al -

anlaşmalı boşanma

-

niwo opleiding

-

loodgieter den haag

- buy starlink - toscanello satın al