İslahatlar ölkəmizdə iqtisadi inkişafa təkan vermişdir

02 FEVRAL 2018 | VIEWS:

???????????????????????????????“Xalq qəzeti”

“Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunan konfransda son 14 ildə ölkəmizdə davamlı iqtisadi inkişafın qiymətləndirilməsi ilə yanaşı, post-neft dövründə iqtisadiyyatın diversifikasiyası ilə bağlı prioritetlər müəyyənləşdirildi.

Sözügedən dövrdə regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarının icra edilməsi paytaxt ilə regionlar arasındakı fərqin azalmasına xidmət etməklə yanaşı, balanslı iqtisadi inkişafın əldə olunmasına gətirib çıxarmışdır. Azərbaycan Prezidentinin siyasi iradəsi nəticəsində reallaşan islahatlar ölkəmizi regionunun lider ölkəsinə çevirməklə yanaşı, inklüziv və dayanıqlı iqtisadi inkişaf formalaşdırmışdır.

Post-neft dövründə neftdən asılılığın aradan qaldırılması istiqamətində aparılan sürətli islahatlar regionların ixrac qabiliyyətinin güclənməsinə səbəb olmuşdur. Milli iqtisadiyyat və əsas sektorlar üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin fərmanı inkişaf ilə bağlı yeni strateji yanaşmanını ortaya qoydu. Strateji yol xəritələri post-neft dövrünün yeni çağrışlarına uyğun olaraq hazırlanıb, təsdiq edilmişdir. İqtisadiyyatın diversifikasiya istiqamətində həyata keçirilən islahatlar eyni zamanda yeni strateji baxış tələb edirdi ki, məhz starteji yol xəritəsi də buna imkan yaratdı.

Qeyd etmək lazımdır ki, strateji yol xəritəsi milli iqtisadi perspektivi və fərqli iqtisadi  sektorlara dair yol xəritəsini özündə birləşdirən sənəd olmaqla hər bir aparıcı sektor üzrə strategiyanın müəyyənləşdirilməsinə şərait formalaşdırdı. Yeni iqtisadi model Azərbaycanda investisiya mühitinin daha da yaxşılaşdırılması, rəqabətin müdafiəsi, iqtisadi liberallaşma tədbirlərinin davam etdirilməsi və eləcə də kiçik və orta sahibkarlığın inkişafı kimi strateji hədəflərə malikdir.

2017-ci ildə Azərbaycanın qeyri-neft ixracatı 24 faiz artaraq 1,5 milyard dollardan çox olmuşdur. Qeyri-neft ixracatının 60 faizi regionların payına düşür. Bu isə regional dövlət proqramlarının icrası nəticəsində idxaldan asılılığının aradan qaldırılmasında, qeyri-neft ixracatının artmasına, balanslı iqtisadiyyatın güclənməsinə səbəb olmuşdur. İcra edilən dövlət proqramları regionlarda infrastrukturun formalaşmasına, bazara çıxış imkanlarının güclənməsinə, nəqliyyat və logistik xidmətlərə əlçatanlığın artmasına  və eləcə də daha əlverişli biznes mühitinin yaranmasına səbəb olmuşdur.

2004-cü ildə ilk proqram qəbul ediləndə Azərbaycanın valyuta ehtiyatları 1,8 milyard dollar idi və maliyyə imkanları məhdud idi. Aparılan səmərəli və düşünülmüş siyasət nəticəsində dövlət ehtiyatı 42 milyard dollaradək artmışdır. Bü müddətdə Azərbaycan iqtisadiyyatına 231 milyard dollar sərmayə cəlb edilmişdir ki, bunun da yarısı xarici investisiyaların payına düşür. Cəlb edilən investisiyalar eyni zamanda regionların inkişafı üçün real bazar formalaşdırmışdır.

Azərbaycan Prezidentinin yanvarın 29-da “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunan konfransda çıxışı ölkəmizin gələcək inkişaf meyillərinin müəyyənləşdirilməsinə imkan verir. Cənab Prezidentin çıxışı bir daha təsdiq edir ki, ölkəmizdə iqtisadi islahatlar doğru istiqamətdə aparılır və davamlıdır. Strateji yol xəritələrinin hazırlanması və təsdiq edilməsi məhz Azərbaycan iqtisadiyyatının strateji hədəflərinin müəyyənləşdirilməsinə imkan vermişdir. Azərbaycanda həyata keçirilən islahatlar iqtisadiyyatın diversifikasiyasına şərait yaratmaqla yanaşı regionlarda sahibkarlığın inkişafını birbaşa stimullaşdırır.

Göründüyü kimi, Azərbaycan Prezidentinin rəhbərliyi ilə aparılan islahatlar iqtisadiyyatın şaxələnməsinə imkan yaratmaqla yanaşı regionların iqtisadi uğurlarımızda payının artırılmasına səbəb olmuşdur. Bütün bunlar növbəti illərdə də ölkəmizdə sürətli iqtisadi artımın davam edəcəyindən xəbər verir.

Mirağa Əhmədov,
UNEC-in Biznes və menecment fakültəsinin dekanı, dosent 

Mersin eskort - buy tiktok followers - takipcimx - twitch viewer bot - deneme bonusu veren siteler - instagram story viewer - postegro - buy instagram followers - buy instagram followers - antalya airport transfer - deneme bonusu - sahabet - onwin - Aviator oyna - Cinsel sohbet - instagram takipçi satın al -

anlaşmalı boşanma

-

loodgieter den haag

- toscanello satın al - Postegro - Yeraltı kablo döşeme ürünleri - instagram gizli hesap görme - Twitch view bot - Betnano - tipobet - matadorbet - casino - Venusbet - likit - Vbet - Fixbet - Starzbet - eta saat - Hipercasino - Twitch viewer bot - sweet bonanza oyna - vozol - Betosfer - instagram video downloader - aviator oyna