Karyera Mərkəzi təqdim edir: “Effektiv hazırlıq”

01 APREL 2016 | VIEWS:

UNEC-in Karyera Mərkəzi Sizə karyera qurmaqda və şəxsi inkişafınızda kömək göstərəcək silsilə yazıların yayımına başlayır. Məqsədimiz sizin imkanlarınızı daha yaxşı harada reallaşdırmağınızı müəyyən etməkdə yol göstərmək və arzuladığınız karyeranı qurmaq üçün əsas məsləhətlərin verilməsi olacaq. Yazıların hazırlanmasında bu sahədə gözəl tədqiqat işi olan Ceff Qraut və Sara Perrinin “İdeal karyeranı necə qurmalı” kitabına istinad edilib.

Tərcümə: Fuad Əliyev, Aygün Abdulova 

Giriş

Fəsil 1. Şəxsi imkanlarınızın dəyərləndirilməsi

Fəsil 2. İşə götürənin anlayış göstərməsi

Fəsil 3. Effektiv iş axtarışının planlaşdırılması

Fəsil 4. Müsbət yanaşma

Fəsil 5. Effektiv hazırlıq

 

Əgər siz fantasitk dərəcədə “bəxtli” və ya çox sayda əlaqələrə sahib şəxs deyilsinizsə, o zaman iş axtarışında çevik ola bilməyəcəksiniz. Karyerasına başlamış bir çox adi insanlar üçün əldə etdikləri təcrübə onların iş axtarışını istiqamətləndirməsinə təsir edir. Əvvəllər və indi etdikləriniz sizə gələcəkdə nə edəcəyinizi müəyyən etməyə kömək edir.

 

Lakin sizin iş istiqamətinizi dəyişməkdən və növbəti mərhələdə “ideal” iş əldə etmək istəyinizdən asılı olmayaraq əvvəlcədən hazırlıqlı olmaq müvəffəqiyyət üçün ən effektiv üsullardan sayılır.

 

Tədqiqatın dəyəri

 

Bir müvəffəqiyyət əldə edə bilməyən namizəd belə deyir: “Mən üç ayda şirkətlərə 200 məktub göndərdim və heç bir təklif almadım.”O elə təsəvvür edir ki, vakansiya tapmaq üçün çox çalışıb, lakin bütün cəhdləri boşa çıxıb. Daha dəqiq ifadə etsək, o cəhd göstərib, lakin onun problemi bu cəhdlərin bir yerə toplanmasının aşağı səviyyədə olmasıdır.

Məsləhət

Təsadüfi olaraq 200 məktub göndərməkdənsə, 20 məqsədyönlü məktubun göndərilməsi daha yaxşıdır. Məhz bazarın, potensial iş və işəgötürənlərdiqqətlə öyrənilməsi məqsədi ilə cəhdlərin bir yerə toplanması öz bəhrəsini verəcəkdir.

Əsaslı öyrənmə, iş axtarışı prosesinin hər bir mərhələsində müvəffəqiyyətin açarıdır. Bu daha çox cəmləşmiş iş axtarışına ilham verir ki, burada “seçmə” üsulundan istifadə edilmir. Yəni, anketlər və sorğular təsadüfi seçilmiş təşkilatlara göndərilmir. Əsaslı öyrənmə aşağıdakılara kömək edəcəkdir:

  • Bazarın vəd verici sahələrini müəyyən etmək;
  • Potensial iş imkanlarına hədəflənmək;
  • İlk mərhələdən müəyyən edilmiş işəgötürənin tələblərinə uyğunlaşmaq;
  • Tərcümeyi-halın relevantlığını artırmaq;
  • Müsahibədən keşmənin keyfiyyətini artırmaq.

Bazarın vəd verici sahələrini müəyyən etmək

İqtisadi həyatın mahiyyəti ondan ibarətdir ki, bir sahə çox sürətlə inkişaf etdiyi halda, başqa sahələrdə enmə baş verir. İnkişaf etməkdə olan sənaye sahələrinin müəyyən edilməsi böyük ehtimalla müsbət nəticələr verəcəkdir.

Siz biznes nəşrləri gözdən keçirən və ya qiymətli kağızlar bazarında ən yüksək qiymətlərə sahib şirkətlərin səhmlərini nəzarətdə saxlayan şəxslərin faydalı təcrübəsindən istifadə edə bilərsiniz. Əgər müəyyən sahədə fəaliyyət göstərən şirkətin səhmlərinin qiyməti artırsa bu çox yaxşı işarədir və maliyyə təhlilçiləri və inverstorlar bunun inkişafından əmin olacaqlar.

Əlbəttə işlərin indi yaxşı getməsi onun daim belə olacağını göstərməz. 2000-ci ildə dot.com şirkətinin iflasa uğraması buna nümunə ola bilər. Çünki, Londonun maliyyə dairələrinin investorları üçün qızıl mənbəyi sayılan şirkət, səhmdarlara olan etibarın itməsi ilə anında iflasa uğrayır. Bununla belə gələcəklə əlaqədar əlverişli proqnozların müəyyən edilməsinə cəhdlər göstərmək özü də bir faydalı məşğuliyyətdir.

Orta və uzunmüddətli demoqrafik inkişaf tendensiyaları da nəzərə alınmalıdır. Məsələn, Böyük Britaniya əhalisinin qocalma faktı “ağsaçlı funtlar”  baxımından əhəmiyyət kəsb edəcəkdir. Daha doğrusu böyük yaş qrupları üçün nəzərdə tutulan xidmətlər get-gedə istehlak bazasının genişlənməsinə səbəb olacaqdır.

Potensial iş imkanlarına hədəflənmək

Əgər sizi cəzb edən maraqlı bir sahə varsa, sizin imkanlarınızın nə olduğunu bilmək üçün onu daha diqqətlə incələmək lazım gələcəkdir. Məsələn, sizi informasiya texnologiyaları sahəsi maraqlandırır. Bu anlayış adı altında bir çox alt sahələr mövcuddur: proqram təminatının inkişafı, avadanlıq, veb-dizayn, məsləhət təkilfləri və s.

Sizin seçəcəyiniz sahə bacarıqlarınızla müəyyən edilə bilər. Əgər siz proqramçısınızsa fəaliyyətinizi bu istiqamətdə davam etməyə şad olarsınız. Sizin axtarışlarınız isə daha çox proqram təminatının inkişafı üzərində cəmləşəcəkdir. Lakin siz marketinq sahəsində peşəkarsınızsa seçiminiz daha çox olacaqdır. İnformasiya texnologiyaları sənayesinin alt sahələrinin hər hansı biri digərlərinə nisbətən müvəffəqiyyət qazana bilirmi? Hansı şirkətlər yeni istiqamətləri inkişaf etdirərək böyüyür və yeni işçilərə tələbatı yaranır? Bunlar perspektivli işəgötürənlər olmaqla sizdə də potensial maraq oyada bilər.

Müəyyən edilmiş işəgötürənin tələblərinə uyğunlaşmaq

Seçdiyiniz sahəni tədqiq etdikdən sonra bir neçə potensial işəgötürəni müəyyən etməlisiniz. Sizin tədqiqatınız ilkin müraciətinizin konsepsiyasını müəyyən edə bilər. Bu mövzuya 12-ci bölmədə ətraflı baxılacaqdır.

Əgər siz elan edilmiş vakansiyaya münasibətinizi bildirirsinizsə, bu şirkətin effektiv olaraq öyrənilməsi, sizə müşaiyət məktubunda bu şirkət haqqında əldə etdiyiniz informasiyadan faydalı şəkildə istifadə edə bilərsiniz. Bu ən son satınalmalar, sövdələşmələr və yeni buraxılan məhsul haqqında informasiya ola bilər.

Tərcümeyi-halın cəlb edici olmasını artırmaq

Vacibdir ki, sizin tərcümeyi-halınız konkret bir təşkilatı maraqlandırsın. Təşkilat haqqında nə qədər çox məlumata sahib olsanız, diqqəti cəlb etmək üçün daha yaxşı tərcümeyi-hal hazırlayacaqsınız.

Məsləhət

Tutaq ki, siz nəzərədə tutduğunuz şirkətin sonuncu illik iclasında iki pilləli yenidən qurma işləri görüləcəkdir. Əgər bunu əvvəlki iş yerində həyata keçirmisinizsə bu sizin üçün ideal bir andır. Bu sizin tərcümeyi-halınızda tam olaraq öz əksini tapmalıdır.

Siz işlədiyiniz sahəni dəyişdirməyə çalışsanız belə öz bilik və bacarıqlarınızı yeni bir sahədə tətbiqini mümkün hesab edə bilərsiniz. Siz peşəkar hüquqşünas olaraq vəkillik xidməti göstərən şirkətdən, konsaltinq şirkətinə korporativ hüquqşünas vəzifəsinə keçmək istəyirsiniz. Siz bu sahibkarın bir neçə gün əvvəl bir fransız törəmə şirkətini aldığı haqda məlumat almısınız. Tərcümeyi-halınızda nəinki frsansız dilinin öyrənilməsinə dair dərəcənizin olmasına, hətta kommersiya mövzularında sərbəst danışma bacarıqlarınıza dair məlumatlarda yer almalıdır.

Müsahibədən keçmənin keyfiyyətini artırmaq

Müsahibə mərhələsinə çatdıqda, bundan əvvəl öyrəndikləriniz sizə digər namizədlərlə müqayisədə üstün olmağınıza səbəb olacaqdır. Əgər nəzərdə tutulan söhbətin mövzusuna (işəgötürən, sahə və sizin bacarıqlarınız) yaxşı bələd olsanız, müsahibə keçmək üçün otağa daxil olanda daha az həyəcan keçirəcəksiniz. Müsahibə götürənlərə o namizəd xoş təsir bağışlayır ki, şirkətin sahibi və fəaliyyəti haqqında məlumatlar əldə etmiş olsun. Siz həmçinin çox az ehtimalla bilmədiyiniz mövzularla qarşılaşmayacaqsınız.

Bütün mənbələrin işə salınması

Müxtəlif məlumat mənbələri mövcuddur. Bunlar:

  • Milli qəzetlər

Müxtəlif sahələrin dinamika səviyyələrinin öyrənilməsində (hansı şirkət inkişaf edir, hansı aşağı enir) əvəzolunmaz mənbə olmaqla, ən effektiv işəgötürənlər haqqında təsəvvürün yaranmasına səbəb olur.

  • Yerli qəzetlər

Sahibkarların özləri haqqında məlumat vermələri üçün yaxşı mənbə sayıla bilər.

  • Radio və televiziya xəbərləri

Mətbuatda olduğu kimi, iri şirkətlərdə gedən genişlənmə və ştatların ixtisar planı bu məlumatlarda öz əksini tapacaqdır.

  • Peşəkar jurnallar və sahə nəşrləri

Bir çox sənaye sahələri və biznes strukturlarının öz nəşrləri vardır ki, orada fəaliyyət göstərdikləri sahələrə aid zəngin məlumatlar yer alır.

  • İnternet məlumatları

Sənaye müəssisələri get-gedə daha intensiv olaraq İnternetdə fəaliyyət göstərdikləri sahələr üzrə məlumat göndərən mərkəzlərin xidmətindən istifadə edirlər.

  • Sənaye, ticarət və peşəkar təşkilatlar

Bu təşkilatlar onlara üzv olan şirkətlər haqqında məlumatlar təqdim edə bilərlər. Bəzilərində isə potensial vakansiyalara istiqamətlənməkdə kömək edəcək karyera üzrə məsləhətçilər də fəaliyyət göstərir.

  • Yerli biznes təşkilatlar

Ticarət palataları və dövlət tərəfindən dəstəklənən digər yerli təşkilatlarda genişlənməkdə olan müəssisələr haqqında məlumatlar yer alır.

  • Konfranslar haqqında informasiya

Müxtəlif biznes sferalarında və bir çox sənaye sahələrində mütəmadi olaraq konfranslar keçirilir ki, burada cari aktual məsələlər müzakirə olunur. Bu sahədə vəziyyətin gərgin olub-olmadığını öyrənmək üçün orada iştirak etməyiniz vacib deyil. Jurnallarda bu hadisələr haqqında reklam xarakterli məlumatlar yer alır.

  • Vakansiya yarmarkalar

Bu yarmarkalar özlərinə kiçik idarəetmə vəzifələri axtaran insanlar üçün faydalı ola bilər. Adətən belə yarmarkalarda özlərinə işçi axtaran çoxlu şirkətlər iştirak edir.

  • Sizin şəxsi əlaqələriniz

Məxfi informasiyalar olan, şirkətin genişlənməsi və ya kiçilməsi, işçi çatışmamazlığı və azad olmalar haqqında şaiyələr sizə lazımi anda, lazımi işəgötürənlərlə əlaqə qurmaqda köməkli edəcəkdir.

İnternet resursları

Yuxarıda qeyd edilən mənbələr çoxdan mövcud olmaqla iş axtaran insanlara tanışdır. Lakin müasir namizədlər, on il bundan əvvəl iş axtaranlarla müqayisədə çox üstündürlər. İnternet resurslarının genişlənməsi faktiki olaraq istənilən mövzuda əlçatan informasiyanın əldə edilməsi deməkdir.

Əgər evinizdə İnternetə çıxış varsa bu vaxt baxımından mümkün işəgötürənlər haqqında əlavə informasiya əldə etmək üçün müsbət haldır.

İnternet resurslarına aşağıdakılar daxildir:

  • Xəbərlər xidməti və on-line qəzetlər

Konkret bir sahəyə həsr olunmuş on-line qəzetlərdə iri təşkilatlarla əlaqədar son hadisələr haqqında məlumatlar verilir. Bundan başqa ənənəvi milli qəzetlər tez-tez öz məqalələrini veb-səhifələrdə yerləşdirirlər. Bəziləri isə faydalı axtarış imkanları da təklif edir. Siz aşağıdakı saytlara baxa bilərsiniz:

 

www.ft.com                           Rusiyada:        www.rdu.ru

www.guardian.co.uk                                     www.job.ru

www.telegraf.co.uk                                       www.headhunter.ru

www.thetimes.co.uk                                     www.resume.ru

 

  • Şirkətlərin veb-səhifələri

Hal-hazırda kiçik və orta şirkətlərin belə veb-səhifələri mövcuddur. Onlarrın təklif etdiyi informasiya çox müxtəlifdir. Bəziləri yalnız öz ünvan və əlaqə nömrələrini qeyd edir. Digərləri isə öz məhsul və xidmətləri haqqında məlumatları, illik hesabat, korporativ prinsiplər və əvvəlki illərə aid press-relizləri yerləşdirir. Çox vaxt şirkət rəhbərlərinin tərcümeyi-halları da verilir. Lakin ən əsası odur ki, orada cari vakansiyalar haqqında on-line məlumatlar ola bilər.

  • İş haqqında İnternet səhifələri

Bu İnternet səhifələri nəinki mümkün vakansiyaları təqdim edir, hətta hal-hazırda hansı sahədə daha intensiv işə qəbul prosesi baş verdiyini də müəyyən edir. Buna 8-ci bölmə olan “Elan edilmiş vakansiyalar”da yenidən baxılacaqdır.

  • İş və ya ümumi xarakterli digər veb-səhifələr

Səlahiyyətli orqanlara aid peşəkar təşkilatlar öz üzvlərinin veb-səhifələrinə olan istinadları yerləşdirməklə müəyyən imkanlar yaradırlar. Şirkətlər haqqında məlumatları özündə əks etdirən digər İnternet-səhifələri də geniş axtarış imkanları üçün faydalı ola bilər.

İşəgötürənin öyrənilməsi

İşəgötürən müəyyən edilərkən bəzi şeylər var ki, onlara diqqət yetirmək lazımdır. Bunlar:

  • Maliyyə fəaliyyətinin son nəticələri

Təşkilat böyümə mərhələsindədirmi və ya gəlirinin azalma təhlükəsi mövcuddur?

  • Son kommersiya hadisələri

Şirkətin rəqibləri varmı?

  • Təşkilatla əlaqədar digər hadisələr

Struktur dəyişiklikləri və ya idarəetmədə “yer dəyişmə” baş vermişdirmi? Təcrübənizdə sizi maraqlandıran şirkətin rəhbərliyi ilə sizin aranızda olan istənilən məlumatı axtarıb tapmağa çalışın. Məsələn: maliyyə direktorunun sizin keçmiş mühasibat şirkəti ilə hər hansı bir əlaqəsi olubmu?

  • Şirkətin coğrafi mövqeyi

Şirkətin sizə üstünlük verəcək regional mərkəzi varmı? Şirkətin hər hansı xarici ölkələrlə əlaqəsi varmı ki, siz onu öz xeyrinizə istifadə edə biləsiniz?

  • Yüksək texnologiya məsələləri

İşəgötürən, sizin təcrübənizə, bilik və bacarıqlarınıza uyğun olan texnoloji sistemin tətbiq edilməsinə dair hər hansı bir məlumat vermişdirmi?

  • Korporativ mədəniyyət

Şirkət özünü necə qəbul edir? Bu “böyük”, “əcayib” şirkətdir yoxsa uzunmüddət fəaliyyət göstərən korporativ cəmiyyətin  üzvüdür? Sahə ekspertləri şirkəti necə qiymətləndirir? Onun mədəniyyəti sizin dəyərlərinizə cavab verirmi?

  • Mətbuatda şirkət haqqında mənfi rəylər

Təşkilat əməkdaşlarla pis rəftar etdiyinə və ya aşağı keyfiyyətli məhsul və xidmətlər istehsal etdiyinə görə mətbuat tərəfindən tənqid edilibmi?

Bu cür informasiyalar sizə zəif perspektivli şirkətlərdən uzaqlaşdıraraq, əməkdaşlarına yüksək qiymət verən şirkətlərə doğru yönəldəcəkdir. Bu nəinki vaxtınıza qənaət etməyə, hətta təşəbbüs göstərməyinizə də kömək edəcəkdir.

Kiçik və orta müəssisələrin vacibliyi

Bir çoxlarımız iri şirkətlərin adlarını bilirik. Biz onları mətbuatda, televiziyada və aldığımız malların reklam olunduğu plakatlarda görürük. Təbii olaraq bir çox iş axtaran insanlar axtarışlarını bildikləri şirkət adları ilə məhdudlaşdırırlar. Lakin özünüzü bu qədər məhdudlaşdırmağa dəyməz.

FTSE-100 kateqoriyasına aid olan şirkətlərin (“Financial Times” qəzeti tərəfindən 100 aparıcı səhmin kursu əsasında dərc olunan indeks) sədrlərinə, icraçı direktorlarına və ya insan resursları şöbəsinin rəhbərlərinə məktublar göndərməklə böyük ehtimalla boş vaxt və əmək sərf etmiş olacaqsınız. Hər hansı əsaslı səbəb olmadan niyə görə şirkət və ya onun rəhbərliyi məhz sizin namizədliyinizə baxmalıdır? Problem ondadır ki, bu cür böyük təşkilatlar diqqət mərkəzində olduğu üçün onlara birbaşa müraciət edənlərin sayı da çoxdur.

Lakin müdrik namizədlər nəhəng korporasiyaların xaricində olan, zəngin peşəkar imkanlar təmin edən kiçik və orta müəssisələrə üstünlük verirlər. Ticarət və sənaye nazirliyinin (Böyük Britaniya) məlumatına əsasən bu cür şirkətlər Böyük Britaniya əhalisinin 55%-nin məşğulluğunu təmin edir. Böyük Britaniyanın mövcud 3,7 milyon şirkətin 99,2%-nii kiçik kateqoriyalı (50 işçisi olan), 0,8%-nii orta kateqoriyalı (50-dən 249-a qədər qədər işçisi olan) və yalnız 0,2%-ni (7000-ə yaxın şirkət) təşkil edir (500-dən yuxarı işçisi olan).

Məsləhət

Nəzərə alsaq ki, dinamik inkişaf edən kiçik və orta şirkətlər sürətli artım nümayiş etdirirlər, faktiki olaraq əmək bazarında iş yerlərini yaradan da elə  təşkilatlardır. Onlar yalnız çıxıb gedən işçilərin əvəzlənməsi ilə deyil, hətta öz fəaliyyətlərini genişləndirdikləri üçün ştat vahidlərinin də artırılmasına çalışırlar.

Namizədlərə yaxşı işəgötürəni tapmaq çətin olduğu kimi, kiçik və orta şirkətlər də özlərinə yaxşı menecer və işçi tapmaqda çətinlik çəkirlər. Lakin siz lazım olan sahə üzrə bilik və bacarıqlara sahib olsanız, kiçik və ya orta şirkət sizin namizədliyinizə baxmağa yalnız şad ola bilər.

İnkişaf etməsi vacib olan ambisiyalı kiçik və orta şirkətlər hər şeydən əvvəl öz işçilərinə vəzifə yüksəlişi və yeni perspektivlər təmin edə bilər. Siz bu təşkilata düşdükdən sonra kiçik dəryada böyük balıq olduğunuzu bildikdən sonra daha adlı-sanlı milli şirkədə işləməməyinizə görə narahatlıq keçirməyəcəksiniz. Bir çox insanlar öz əhəmiyyətlərini güclü dərk etmələri üçün kiçik və orta şirkətlərdəki şəraitə üstünlük verirlər. 

Nəticələr

  • Effektiv və təfsilatlı tədqiqat müvəffəqiyyətli iş axtarışının vacib elementidir.
  • İş axtarışının “mərkəzini” müəyyən etmək üçün əldə etdiyiniz informasiyadan istifadə edin: təsadüfi göndərilmiş 200 məktubdansa, məqsədyönlü yazılmış 20 məktubun göndərilməsi daha yaxşıdır.
  • İnkişaf edən sahələrdə fəaliyyət göstərən perspektiv işəgötürənlərə hədəflənin.
  • Təşkilatın xüsusiyyətinə dair əldə etdiyiniz məlumat, vakansiya üçün təşəbbüs müraciəti etmək üçün gözəl imkan olacaqdır.
  • Potensial işəgötürəni nə qədər çox tanıyırsınızsa, tərcümeyi-halınızı bir o qədər effektiv olaraq hazırlaya biləcəksiniz.
  • Məlumatı nə qədər təfsilatı ilə təhlil etsəniz, müsahibə də bir o qədər uğurlu keçəcəkdir.
  • Xəbərlər buraxılışı, İnternet xəbərlər xidməti, sənaye, ticarət və ixtisaslaşmış orqanlar, yerli müəssisələr, konfranslar haqqında məlumatlar, mətbuat (milli, regional, sahə) və şəxsi əlaqələriniz daxil olmaqla mümkün olan bütün mənbələrdən istifadə edin.
  • İnternet iş axtaran insanlar üçün fövqəladə faydalı alətdir. Mümkün olan iş axtarışları üçün on-layn xəbərlər, şirkətlərin veb-saytları və iş axtarma saytları kimi mənbələrdən istifadə edin.
  • Maliyyə hesabatları haqqında məlumatlar, sizi maraqlandıran bazarlar, təşkilati dəyişikliklər və informasiya texnologiyaları sahəsindəki planlar haqqında istət müsbət, istərsə də mənfi məlumatları toplamağa çalışın.
  • Fikirlərinizi yalnız iri şirkətlərin üzərində cəmləşdirməyin. Unutmayın ki, kiçik və orta şirkətlər böyüdükləri və inkişaf etdikləri üçün daha cəzbedici imkanlar təklif edə bilər.

 

Mersin eskort - buy tiktok followers - takipcimx - twitch viewer bot - deneme bonusu veren siteler - instagram story viewer - postegro - buy instagram followers - buy instagram followers - antalya airport transfer - deneme bonusu - sahabet - onwin - Aviator oyna - Cinsel sohbet - onwin güncel giriş -

anlaşmalı boşanma

-

loodgieter den haag

- toscanello satın al - instagram takipçi satın al - Yeraltı kablo döşeme ürünleri - Twitch view bot - tipobet - casino - Venusbet - likit - Vbet - Fixbet - Starzbet - onwin - Betosfer -

starzbet

- aviator oyna - ton sniper bot - omegle -

Venusbet

-

Loodgieter Den Haag

-

sahabet

- onwin güncel giriş - tiktok takipçi satın al - SOL sniper bot -

onwin

-

onwin

-

gizli hesap görme

- pump fun sniper bot - marsbahis - grandpashabet güncel giriş - grandpashabet - grandpashabet giriş - grandpasha - grandpashabet girişi - grandpashabet resmi giriş - grandpashabet gir - grandpashabet üyelik - Grandpasha bet - porno izle - pump fun sniper bot - marsbahis - marsbahis - marsbahis