Karyera Mərkəzi təqdim edir: “Müsahibə keçmək təcrübəsi”

27 MAY 2016 | VIEWS:
5295

UNEC-in Karyera Mərkəzi Sizə karyera qurmaqda və şəxsi inkişafınızda kömək göstərəcək silsilə yazıların yayımına başlayır. Məqsədimiz sizin imkanlarınızı daha yaxşı harada reallaşdırmağınızı müəyyən etməkdə yol göstərmək və arzuladığınız karyeranı qurmaq üçün əsas məsləhətlərin verilməsi olacaq. Yazıların hazırlanmasında bu sahədə gözəl tədqiqat işi olan Ceff Qraut və Sara Perrinin “İdeal karyeranı necə qurmalı” kitabına istinad edilib.

Tərcümə: Fuad Əliyev, Aygün Abdulova 

Giriş

Fəsil 1. Şəxsi imkanlarınızın dəyərləndirilməsi

Fəsil 2. İşə götürənin anlayış göstərməsi

Fəsil 3. Effektiv iş axtarışının planlaşdırılması

Fəsil 4. Müsbət yanaşma

Fəsil 5. Effektiv hazırlıq

Fəsil 6. Sizin marketinq materiallarınızın hazırlanması

Fəsil 7. Top menecerlərin məsləhətləri

Fəsil 8. Elan edilmiş vakansiyalar

Fəsil 9. Ardı var

Fəsil 10. İşədüzəltmə agentliklərindən maksimum faydanın əldə edilməsi

Fəsil 11. Özünüzə imkanların yaradılması

Fəsil 12. Təşəbbüs müraciəti

III HİSSƏ 

SIX ƏLAQƏDƏN MÜQAVİLƏNİN İMZALANMASINADƏK

Fəsil 13. Müsahibə keçmək təcrübəsi

Müsahibə iş axtaranları qorxudur və bu başa düşüləndir. Siz tanımadığınız məkanda, tanımadığınız insanların bir sıra suallarına cavab verməlisiniz. Müsahibə götürən sizin zəif tərəflərinizi və xarakterinizdəki çatışmamazlıqları müəyyən etməyə çalışacaq.

Əlbəttə ki, bu işin yalnız bir tərəfədir.

Digər tərəfdən müsahibə sizin bacarıqlarınızı, şəxsi keyfiyyətlərinizi və təklif edilən işə uyğunluğunuzu nümayiş etdirmək imkanıdır. Sizin tərcümeyi-halınız, anketiniz və təşəbbüs müraciətiniz sizə şans təmin etmiş olur. Müsahibə sizə ünsiyyət zamanı “bazar” səviyyənizi müəyyən edir. Müsahibə mərhələsindəki nailiyyətiniz  “ideal” işə doğru əhəmiyyətli addımdır.

Müsahibə götürənin ümidləri

Müsahibədən əvvəl müsahibə götürənin sizdən gözlədikləri haqqında düşünün. O zaman görüşünüzün nəticəsi olacaqdır.

  • Namizəd danışmalıdır

Müsahibə götürənin çəkindiyi şey sizin susmağınızdır. Namizəddən sözləri kəlbətinlə çıxarmaq müsahibə götürən üçün qorxunc yuxuya bənzəyir. Çünki susan adamı necə qiymətləndirmək olar? Digər tərəfdən daim danışaraq bunu ifrat səviyyəsinə çatdırmaq da lazım deyil. Bacardığınız qədər mövzudan kənarlaşmadan suala aid olan məlumat xarakterli cavablar verməyə çalışın. Müsahibə götürən lazım olduğu təqdirdə sizdən daha çox informasiya tələb edəcəkdir. Nəzəri olaraq müsahibə götürən görüşə nəzarət edən şəxsdir və sizə bu nəzarəti aradan qaldırmağa ehtiyac yoxdur.

  • Namizədə özünü “satmaq” vacibdir

Heç də hər kəs özünü tərifləməyi bacarmır. Bununla belə müsahibə zamanı bunu etmək vacibdir. Siz müsahibə götürən şəxsdə lazım olan namizəd təəssüratı buraxmalısınız. Bunu etmək üçün siz öz keyfiyyətlərinizi “satmaq” lazım gələcəkdir. İnformasiyanı nümunələr gətirərək çatdırmaq lazımdır. Bununla əvvəlki iş yerində hansı faydaları verdiyinizi nümayiş etdirmiş olacaqsınız. Yekun attestasiya və tövsiyə məktublarına istinad edin.

  • Namizədlər fikir bildirməlidirlər

Test şəklində olan müsahibəni təsəvvür etmək çox asandır. Lakin bu yazılı deyil, şifahi test sayılır. Bu isə fikirlərin doğru cavabın üzərində cəmləşdirilməsi deməkdir. Lakin müsahibə götürənə əsasən sizin texniki bilikləriniz haqqındakı fikirləriniz daha maraqlıdır. Siz yönələn suallara rahatlıqla cavab verməli və niyə belə düşündüyünüzü izah etməlsiniz. Həqiqətdə isə doğru və ya doğru olmayan cavablar mövcud olmaya bilər və bununla belə siz fikirlərinizi müdafiə etməli və izah etməlisiniz.

  • Namizədlər müsahibə götürənlə qarşılıqlı anlaşmaya görə məsuliyyət daşıyırlar

Bu sizin üçün yenilik ola bilər. Lakin müsahibə götürənlər heç də sizdə ruh yüksəkliyi yaratmağa və ya qarşılıqlı anlaşmaya görə məsuliyyət daşıdıqlarını düşünmürlər.

Məsləhət

Müsahibə götürənlə qarşılıqlı anlaşma qurmağa görə məsuliyyət daşıyan şəxs məhz sizsiniz.

İlkin görüləcək işlər

Zənn etməyin ki, sizdən müsahibə götürən özündən əmin və fikirlərini ifadə edən şəxs olacaqdır. O əsəbi, ləng və susmaqdan qorxan bir şəxs ola bilər. İnsan resursları üzrə mütəxəssislər peşəkar müsahibə götürənlərdir. Lakin bir çox təşkilatların orta səviyyəli menecerləri müsahibəni necə aparılması haqqında bacarıqları yoxdur. Siz müsahibə götürənə özünü sərbəst hiss etməsi üçün köməklik edə bilərsiniz. Bu sizə öz həyəcanınızı dəf etməyə və müsahibəni sakit tərzdə başlamasına imkan verəcəkdir.

Ünsiyyətin qurulması

Dərhal ünsiyyətin qurulması müsahibə zamanı müsbət atmosferin yaranması üçün vacibdir. Əgər ilk dəqiqələrin sizin xeyrinə işləməsinə nail olsanız bu müsbət impuls prosesin sonuna qədər davam edəcəkdir. Hindilərdə qarşılıqlı anlaşmanı göstərən bir kobud məsəl var: “Sən mənim mokasinimi(Şimali Amerika hindlilərinin maral dərisindən tikdikləri ayaqqabı) geyinə bilərsən?”. Siz bunu bacardığınızı göstərməlisiniz.

İlk təəssürat

Faktlar göstərir ki, ilk təəssürat həqiqətən də müsahibənin nəticəsinə təsir göstərir. İnstinktiv və ya dərk etmiş olaraq o əlinizi sıxdığı andan sizin haqqınızda mühakimə yürüdəcəkdir.

Müsahibə götürənlər ilk təəssürat altında eşitdiklərindən nə isə tutmağa çalışırlar. Sizin geyiminiz, ümumi xarici görüşünüz, əl sıxmağınız, gülüşünüz, gözlə müşahidələriniz, söhbəti aparmağınız, bir sözlə hər şeyiniz təhlil olunur.

Əgər ilk saniyələrdən müsbət təəssürat oyatdınızsa, müsahibə götürən bu qiymətləndirməni necə təsdiq edəcəyinizi gözləyəcək və cavablarınız müsbət aspektlərini diqqətlə dinləyəcəkdir.

Digər tərəfdən siz əvvəldən mənfi təsir bağışladınızsa müsahibə götürən ilk təəssürata bağlı olaraq işə uyğun olmadığınıza dair sübutlar axtarmağa çalışacaqdır.

Söhbət aparmaq bacarığı

Bir çox namizədlər müsahibənin başlanğıcında səyahət və hava kimi mövzulardan danışırlar. Bu müzakirə üçün təhlükəsiz mövzu olsa da sizə müsahibə götürənin diqqətini cəlb etmək və seçilməyinizə kömək etməyəcəkdir. Əgər siz küçədəki tıxaclardan bəhs edən beşinci namizəd olsanız o zaman müsahibə götürənin əsnəməsi sizi təəcübləndirməsin.

İlkin söhbətə səhər xəbərlərindən və ya hansısa idman nəticələrindən başlamaq maraqlı olardı. Sizə polemika yaratmaq lazım deyil. Sadəcə olaraq ümumi maraqları əhatə edəcək informasiya mübadiləsi etmək lazımdır.

Məsləhət

Yaxşı hazırlaşmış namizədlər müsahibə götürən haqqında əsas informasiyaya malik olmalıdırlar. Əgər işəgötürən şirkətin xidmətlərindən istifadə edirsinizsə, ola bilər ki, məsləhətçi müsahibə götürənin maraqları, üstünlük verdiyi xüsusiyyətlər və bəyənmədiyi şeylər haqqında qısa məlumat versin.

Əgər şirkətin xidmətindən istifadə etmirsinizsə, o zaman müsahibə götürənin köməkçisinə zəng etməli olacaqsınız. Bu təşkilat haqqında əlavə məlumatın alınması və ya yerinin öyrənilməsi kimi bəhanələrin vasitəsi ilə ola bilər. Əgər köməkçi dostcasına münasibət bəsləyəcəksə, söhbət əsnasında bunları deyə bilərsiniz: “Mən Con Robertslə (müsahibə götürən) əvvəllər görüşməmişəm. Onun haqqında mənə məlumat verə bilərsinizmi? O təşkilatınızda artıq neçə ildir ki, işləyir?”. Suallarınızı sadə və bezikdirici olmayan şəkildə versəniz, ola bilər ki, köməkçi öz rəhbərinin xasiyyəti haqqında kifayət qədər məlumat verə bilər. Məsələn, köməkçi sizə cənab Robertsin bu yaxınlarda ata olduğuna dair bir məlumat vermiş olsa, bu məlumatdan müsahibənin başlanğıcında buzları əritmək üçün istifadə edə bilərsiniz.

Belə söhbət tipindən səmərəli şəkildə istifadə etmək olar. Məsələn, müsahibə götürən sizi qarşılayaraq müsahibə otağına ötürə bilər. Əgər söhbət etməyə mövzu tapa bilməsəniz, liftdə getmək sizin üçün uzun gələ bilər.

Əgər sizi köməkçi qarşılayırsa, bu da sizə müəyyən məlumatların əldə edilməsi üçün imkan yaradacaqdır ki, bu məlumatı da müsahibə zamanı istifadə edə bilərsiniz. Soruşmaqdan çəkinməyin. Bu gün müsahibədən neçə şəxs keçib? Müsahibə bütün günü davam edirmi? Müsahibə götürən təşkilatda nə vaxtdan işləyir? O necə rəhbərdir?

Müsahibə keçmə bacarıqlarını təkmilləşdirmək üçün master-klass

Müsahibə keçmə ustalığına sahib olmaq üçün aşağıdakılar mənimsəmək vacibdir:

  • Hazırlıq;
  • Görkəm;
  • Şəxsi keyfiyyət (şəxsiyyət);
  • Müsbət əhval-ruhiyyə.

Hazırlıq

Siz bacardıqca yaxşı hazırlaşmalısınız ki, aşağıdakıları nümayiş etdirə biləsiniz:

  • Təşkilatın mal və xidmətləri haqqında məlumata sahib olmaq;
  • Rəqiblər və bazarın vəziyyəti haqqında məlumatlı olmaq;
  • Funksional vəzifənizin dəyəri haqqında məlumatlı olmaq;
  • Şirkətin perspektivləri və biznesin genişləndirilməsini görmə qabiliyyətinə sahib olmaq;
  • Müsahibə götürənə verilən suallarda intellektli olmaq;

Hazırlıq prosesinə aşağıdakılar daxil ola bilər:

  • Anket və tərcümeyi-halınıza yenidən baxmaq;
  • Müsahibədə verilməsi ehtimal olunan suallara cavabların verilməsi təcrübəsinə baxmaq;
  • Müsahibənin götürüldüyü yerin və vaxtın dəqiqləşdirilməsi;

Sizin heç vaxt  müsahibəyə mükəmməl şəkildə hazırlıqlı olmağınız mümkün deyil. Siz vakansiyaya uyğunluğunuzu nümayiş etdirməlisiniz. Əgər siz təşkilatı diqqətlə tədqiq etməmisinizsə uyğun olduğunuzu necə göstərə bilərsiniz?

  • Mal və xidmətlər

Tədqiqatımız zamanı sorğu apardığımız mütəxəssislər müsahibəyə gələn şəxsin hazırlığının ən vacib tərəfinin təşkilatın mal və xidmətlərinin öyrənilməsi olduğunu bildirmişlər. Müsahibə götürən sizdən təşkilatdakı vəziyyət və onun missiya və strategiyası haqqında məlumatlı olduğunuzu ümid edəcəkdir.

  • Rəqiblər və bazarın vəziyyəti

Sorğu apardığımız şəxslər həmçinin sahə haqqında dərin biliklərə malik olmanın xüsusi ilə vacib olduğunu hesab edirlər. Siz rəqiblərinizin fəaliyyətdə olduqları sahəyə təzyiqləri, gücü və imkanları haqqında məlumatınızın olmağı əhəmiyyətlidir. Bu o deməkdir ki, siz mətbuatı izləməli, təşkilatların broşuralarını oxumalı və başqa əlverişli məlumat mənbələri ilə (illik hesabat və maliyyə sənədləri kimi) tanış olmalısınız.

  • Vəzifənizin dəyəri

Yəqin ki, sizə konkret vəzifəyə uyğun olaraq bacarıqlarınızı nümayiş etdirmək lazım gələcəkdir. Elə isə siz bu təşkilata necə fayda verəcəksiniz? Əgər siz mühasib vəzifəsi üçün müraciət etmisinizsə o zaman mühasibat sahəsindəki son yenilikləri müzakirə etməyi bacarmalısınız. Əgər informasiya texnologiyaları sahəsində işləyən mütəxəssissinizsə o zaman  internet şəbəkəsinin təhlükəsizlik sistemindəki son nöqsanlar barədə fikirlərinizi soruşa bilərlər.

  • Şirkətin perspektivləri və ya biznesin genişləndirilməsi

Biznes sahəsindəki zəngin biliklər müraciət etdiyiniz vəzifədən asılı olmayaraq çox əhəmiyyətlidir. Maliyyə mütəxəssislərinə birjadakı qiymət səviyyəsinin saxlanılmasına dair biliklərini, marketinq mütəxəssislərinə brend və marketinq siyasəti sahəsində biliklərinivə insan resursları mütəxəssisi isə kadr siyasəti və şirkətin imicini saxlanılması sahəsində biliklərini nümayiş etdirmək vacibdir. Bütün bunları geniş formatda müzakirə etmək lazımdır.

  • Ağıllı suallar

Bəzi faktların əzbərlənməsi sizə müsahibə götürənin suallarına cavab verməyinizdə çətinliyin olmamasına zəmanətdir. Bu həmçinin sizə müsahibə götürənə müəyyən suallar fikirləşmək üçün köməklik edəcəkdir. İş axtaran bir müvəffəqiyyətli xanım bu üsuldan (sual hazırlamaq) uğurla istifadə edir. Vəzifəsi mühasib olan bu xanım müsahibəyə gedən zaman müsahibə götürənlər üçün bir-iki çətin və ya maraqlı suallar fikirləşir və bunu şirkətin maliyyə hesabatlarından götürür. Məsələn, o şirkətlərin birləşməsinin mühasibat hesabatlarında əks olunması bölməsini seçərək bunun arxasındakı məntiqi əsaslandırması haqqında sual verir. Belə taktiki gediş ona öz texniki biliklərini nümayiş etdirməyə imkan verir və seçdiyi şirkəti diqqətlə öyrəndiyini sübut edir.

  • Anket və tərcümeyi-halınıza yenidən baxmaq

Müraciət etdiyiniz vakansiya ilə əlaqədarolaraq müsahibəyə hazırlaşarkən öz anket və ya tərcümeyi-halınızı təkrar nəzərdən keçirmək əhəmiyyətlidir. Bu xüsusi ilə bir neçə vəzifə üçün müraciət etdiyiniz zaman sizin orada bir neçə variantda tərcümeyi-halınız mövcud ola bilər. Çalışmaq lazımdır ki, müsahibə götürənlərin toxuna biləcəyi bütün sahələr əhatə olunsun.

  • Ehtimal olunan suallara cavab vermə təcrübəsi

Sizin bazarı və şirkəti tanıdığınıza dair ehtimal oluna biləcək sualları qeyd edin. Daha sonra onları cavablandırmağa çalışın. Növbəti bölmədə biz müsahibədə tez-tez soruşulan suallara verilən cavabları nəzərdən keçirəcəyik.

  • Müsahibənin götürüldüyü yerin və vaxtın dəqiqləşdirilməsi

Sizin müsahibəyə hazırlığınızın ən adi, lakin vacib hissəsi müsahibənin harada və nə vaxt olacağını dəqiq bilməkdir. Siz görüşə vaxtında gəlməlisiniz. Əgər azacağınızdan ehtiyat edirsinizsə, o zaman şəhərin xəritəsini götürməyi unutmayın. Bundan başqa ofisin yerləşdiyi yerə bir neçə gün əvvəl gəlmək lazımdır ki, oraya neçə dəqiqəyə çatmağınızı dəqiq biləsiniz. Ən yaxşı taktika isə müsahibədən qabaq yaxınlıqdakı kafelərin birində nə isə içmək və əllərinizi yumaq olardı.

Görkəm

Sizin geyiminiz və xarici görünüşünüz müsahibənin uğurlu keçməsində siz düşündüyünüzdən də vacib ola bilər. Tədqiqatlar göstərir ki, sizin geyiminiz və danışığınız (səsinizin xüsusiyyəti və səlis və qüsursuz olması) müsahibə götürənin sizin haqqınızda olan fikirlərinə təsir göstərə bilər. Hərçənd siz danışıq tərzinizi belə sürətli şəkildə dəyişməyə nail olmasanız belə, heç olmazsa təhqiredici və jarqon sözlərdən uzaqlaşmaq lazım gələcəkdir.

Geyim vasitəsi ilə özünüzü yaxşı yöndən göstərmək üçün aşağıdakıları etmək lazımdır:

  • rəsmi geyinmək;
  • tünd rəngləri seçmək;
  • müasir görünmək;
  • ağ corab geyinmək və qiymətli əşyalar taxmaq (əgər müsahibəyə gələn kişidirsə);
  • çox dəbdəbəli paltar geyinməmək, nəzərə çarpmayacaq dərəcədə makiyaj etmək (əgər müsahibəyə gələn qadındırsa), çantanızın geyiminizə uyğun olduğundan əmin olmaq.

Bunlardan hansısa sizin üçün az əhəmiyyətli ola bilər. Lakin bu belə deyil.

Təsəvvür edin ki, iki eyni səviyyəli namizəd müsahibəyə gəlib. Hər ikisinin tövsiyə məktubu və bacarıqları vardır. Onların arasında bir hal istisna olmaqla heç bir fərq yoxdur. Onlardan biri ciddi kostyum geyinib, digəri isə yox. Sizcə bunlardan hansını işə götürəcəklər? Özünüzü elə göstərməyin ki, belə vəziyyətdən narahat olmadınız.

  • Rəsmi geyinmək

Müsahibəni adi görüş kimi təsəvvür etməyin. Bu rəsmi hadisədir. Buna görə də diqqətli olmaq lazımdır. Hətta siz müraciət etdiyiniz şirkətdə sərbəst geyim təcrübəsi mövcud olsa belə yay şalvarında və yaxası açıq köynəkdə gəlməyin. Sizi hələlik ştata qəbul etməsələrdə, siz işgüzar görüşə gedənlər kimi geyinməlisiniz. Çünki sizin imiciniz sazişə təsir edəcək çox vacib elementdir. Həqiqətdə isə sizin etdiyiniz şey elə sazişin bağlanması deməkdir.

Hərçənd qadınlar iş yerində müxtəlif paltarlar geyinə bilərlər. Lakin bununla belə kostyum uğurlu müsahibədən keçmək üçün tövsiyə olunan geyim növüdür.

  • Tünd rənglərin seçilməsi

İşin formal tərəfini dərk etməklə diqqət edin ki, tünd rənglər açıq rənglərə nisbətən daha peşəkar imic xarakteri daşıyır. Hətta isti yay günlərində tünd kostyum geyinmiş olsanız böyük ehtimalla xoş təəssürat yaratmış olacaqsınız. Təbiidir ki, müxtəlif ölkə və qitələrdəki mədəniyyətlərlə əlaqədar olaraq başqa variantlar da tətbiq edilə bilər. Böyük Britaniya və Amerika Birləşmiş Ştatlarında işgüzar kostyum müsahibə zamanı yeganə ağıllı vasitə hesab edilir. Lakin Avropada (Britaniya adaları xaric), xüsusi ilə İtaliya və Belçikada şalvar və idman tipli jaket uyğun ola bilər. Əgər sizin hər hansı şübhəniz varsa, o zaman daha rəsmi olan geyimə üstünlük verin.

  • Müasir görünmək

Hansı geyimi seçməyinizdən asılı olmayaraq onun müasir görünüşlü olmağından əmin olun. Sizin sevimli kostyumunuzu artıq on ildir geyinir və bu nəzərə çarpırsa yenisini almağa tələsin.

  • Kişi üslubu

Kişilər ağ corab geyinməkdən çəkinməlidirlər. Boz tuflilər də bir o qədər cəlbedici görünmür. Bacardıqca qolbaq, zinət əşyaları nümayiş etdirməməyə çalışın və üzünüzü qırxdıqdan sonra losyondan çox istifadə etməyin.

  • Qadın üslubu

Müsahibə qadın gözəlliyinin nümayiş etdirildiyi yer deyil. Öz zərifliyinizi başqa günlərə saxlayın. Tədqiqatlar göstərir ki, nəzərə çarpmayacaq şəkildə makiyaj edən qadınlar bundan istifadə etməyənlərlə müqayisədə çox müvəffəqiyyətli olurlar. Lakin siz bundan ifrat dərəcədə istifadə edəcəyiniz təqdirdə bu, çox pis təəssürat yaradacaqdır.

  • Yalnız biznes-keyslər

Əlinizdəki əşyalara gəlincə onu bacardıqca minimuma endirmək lazımdır. Müsahibəyə plastik paketlərlə gəlmək qətiyyən yolverilməzdir. Əgər sizə nə isə götürmək vacibdirsə bunun çanta olmasına çalışın. Həmçinin bu işin sizin üçün nə qədər vacib olduğunu təsdiq edən sənədlər toplusunu nümayiş etdirməyə də ehtiyac yoxdur. Belə sənədlərə ehtiyac olarsa sizi onları təqdim etmək üçün ayrıca dəvət edəcəklər. Müsahibə götürənə bildirin ki, sizdə müəyyən sənədlər var, lakin onu o sənədlərə baxmağa məcbur etməyin.

  • Hər təfərrüatın nəzərə alınması

Imageworks şirkətinin imic üzrə məşhur məsləhətçisi və “Branding yourself” kitabının müəllifi Meri Spillans aşağıdakı məsləhəti verir:

Hər bir təfərrüata diqqət yetirin. Ünsiyyət qurarkən əllərimizdən (əl-qol hərəkətləri etməklə) istifadə edirik. Buna görə də əgər əllərinizə qulluq etməmisinizsə biz onu görməyəcəyik. Ayaqqabılarınızın vəziyyətinə fikir verin. Qadınlar isə corablarının keyfiyyətli olmasına diqqət yetirməlidir. Özünüzə qulluq etməyə gəlincə, təmiz olmaq heç də kifayət deyil. Əgər sizin sızanağınız varsa və o sizi narahat edirsə çalışın o sizə problem yaratmasın. Yaşı otuzu ötmüş və gözlərinin altı qara olan kişilər üçün xüsusi kremlər möcüzə törədir.

Şəxsi keyfiyyətlər (şəxsiyyət)

Müsahibəyə dəvət almısınızsa bu sizin hələ kağız üzərində vəzifəyə uyğun olan şəxs olduğunuzu göstərir. Müsahibə zamanı sizin uyğunluğunuzu müəyyən edərkən müsahibə götürənlər şəxsi keyfiyyətləriniz haqqında təsəvvürə malik olmaq istəyəcəklər.

Bir namizəd olaraq siz şəxsi keyfiyyətlərinizi gizlətməməsiniz. Siz olduğunuz kimi qalmalı, müsbət və peşəkar keyfiyyətlərinizi üzə çıxarmalısınız. Bu baxımdan siz şəxsiyyətiniz haqqında müsbət təsəvvür oyatmaq üçün bir neçə iş görməlisiniz. Bunlar aşağıdakılardır:

  • gözlə ünsiyyətin saxlanılması;
  • təbəssüm;
  • müsahibə götürənin mimika və əl-qol hərəkətlərini izləmək;
  • müsahibə götürənin öz üslubunda cavabların verilməsi;
  • möhkəm əl sıxma.

Bütün bunları təbii olaraq etsəniz, bir o qədər sakit, əmin və peşəkar təsir bağışlayacaqsınız.

  • Gözlə ünsiyyətin saxlanılması

Bəzi insanlar əsəbləşdikləri zaman gözlə ünsiyyət qurmaqları çətinləşir. Əgər siz gözlərinizi müsahibə götürənə deyil, ayaqqabılarınıza, masaya və ya pəncərəyə zilləyəcəksinizsə təəssüf ki, müsahibə uğurla nəticələnməyəcəkdir. Zillənmiş baxışlarla müsahibə götürəni pərt etmək lazım deyil. Lakin görüş zamanı sizin baxışlarınız görüşməsə elə təsəvvür oyana bilər ki, siz ya hiyləgərsiniz, əsəbləşirsiniz və ya siz darıxırsınız.

Məsləhət

Müsahibə götürənin gözləri qiymətli bir informasiya mənbəyidir. Onun vasitəsi ilə müsahibənin necə getdiyini bilmək olar. Yəni, bununla sizin çox və ya az danışdığınızı bilmək olar.

Əgər uzunmüddət gözlə ünsiyyət qura bilmirsinizsə, alternativ olaraq müsahibə götürənin dodaqlarına diqqətinizi yönəldin. Unutmayın ki, xüsusi ilə dövlət sektorunda işlə əlaqədar müraciət edirsinizsə, müsahibədə bir neçə nəfər şəxs iştirak edə bilər. Hərçənd, siz cavabınızı sual verən şəxsə verməli olsanız belə müzakirəyə qrupun digər üzvlərini də göz ünsiyyəti vasitəsi ilə daxil edə bilərsiniz.

  • Gülümsəyin

Müsbət atmosfer yaratmaq üçün gülümsəmənin yerini heç nə verə bilməz. Əgər siz həyata nikbin baxırsınızsa, bu çox yaxşı haldır. Söhbət zamanı yumor hissinizin oyanması sizin üçün üstünlük yarada bilər. Lakin bu söhbətin axarı ilə təbii olaraq baş verməlidir. Zarafat etməyə başlamağa ehtiyac yoxdur (müsahibə götürən sizdən bunu xahiş etməzsə).

  • Müsahibə götürənin əl-qol hərəkətlərinə və mimikasına fikir verin

Müsahibə götürənin əl-qol hərəkətləri və mimikasını müşahidə etməklə onun haqqında fikrin yaranmasına və onun sizin haqqında reaksiyasını müəyyən etmək olar. Ola bilər ki, müsahibə götürənin sizinlə göz əlaqəsinə girməsi üçün çətinlikləri olsun. Bu onun təcrübəsizliyindən irəli gələ bilər və o həyəcanlana bilər. Bu halda siz ona kömək etməli və qarşılıqlı anlaşmanın əldə edilməsinə çalışmalısınız. Göz əlaqəsinin azlığı müsahibə götürənin sizə olan marağının azalması mənasına gələ bilər. Bu halda söhbəti kəsməli və müsahibə götürənin danışmasına imkan verməli və ya ona sual verin.

  • Müsahibə götürənin öz üslubunda cavab verin

Görüş zamanı siz müsahibə götürənin üslubuna uyğun köklənə bilərsiniz. Sizin uca səsiniz və çoxlu mülahizələriniz ola bilər. Müsahibə götürən isə sakit və təmkinli ola bilər. Əgər siz bu insanın əksi olduğunuzu müəyyən etmisinizsə, o zaman təbii emosiyalarınızı yumşaltmalı və müsahibə götürənə uyğun olmalısınız. Bu sizin necə bir insan olduğunuza dair yalan demək deyildir. Sadəcə olaraq siz əhatə olduğunuz mühitə reaksiya verməklə, müsahibə götürən şəxsə uyğun olduğunuzu nümayiş etdirirsiniz.

  • Möhkəm əl sıxma

Nəhayət, siz etibarlı bir şəxsiyyət olduğunuz haqqında təsəvvür oyatmaq üçün gələrkən və gedərkən möhkəm əl sıxmağı (oynaqlara ziyan vurmadan) unutmayın. Əgər sizin ovuclarınız həyəcanlı olduğunuz zaman tərləyirsə, müsahibə götürənlə görüşməzdən əvvəl erkən gələrək əllərinizi yumalısınız.

Müsbət əhval-ruhiyyə

Tədqiqat zamanı biz sorğu aparılan şəxslərdən namizəd haqqında qərara təsir göstərən ən vacib amilləri saymağı xahiş etdik. Sorğu aparılan şəxslərin 81%-i ruh yüksəkliyinin ən vacib amil olduğu qeyd edilmişdir.

Müsbət əhval-ruhiyyə müsahibə keçən şəxs üçün arzu olunan hal hesab olunur. Bu əhval-ruhiyyəni nümayiş etdirmək üçün aşağıdakıları etmək vacibdir:

  • Bu işi həqiqətən də istədiyinizi göstərin;
  • Müsahibənin sonuna qədər bu işi istədiyiniz haqqında fikirləşməmək;
  • Yadda saxlayın ki, müsbət əhval-ruhiyyəli namizədlər daha çox iş təklifi alırlar;
  • Müsahibənin sonuna qədər müsbət əhval-ruhiyyəni qoruyub saxlamaq.

Müsahibədə nələrin baş verməsindən asılı olmayaraq sizdən yalnız müsbət enerji gəlməlidir.

  • Elə hərəkət edin ki, sanki bu işi həqiqətən də istəyirsiniz

Yadda saxlayın: müsahibə vaxtı sizin məqsədiniz işi əldə etmək deyil, sizin məqsədiniz sadəcə olaraq iş təklifi almaqdır. Sizin müsahibədə olmağınız heç də işi əldə etmək mənasına gəlmir. Lakin siz elə hərəkət etməlisiniz ki, sanki bunu doğurdanda istəyirsiniz. Hətta sizdə bu işin sizə uyğun olmadığına dair müəyyən şübhələriniz ola bilər. Lakin bunu qətiyyən biruzə verməyin.

  • Müsahibənin sonuna qədər bu işi istədiyinizi heç düşünməyin

Müsahibəyə gələrkən ümumiyyətlə ola bilər ki, təşkilatdan heç qarşınıza çıxmasın və təşkilatın mədəniyyəti haqqında hər hansı bir təəssürat oyanmasın. Siz məlumatları müsahibə zamanı da əldə edə bilərsiniz. İşi isə siz evdə dəyərləndirə bilərsiniz.

  • Ruh yüksəkliyi və müsbət əhval-ruhiyyəsi olan namizədlər daha çox iş təklifi alırlar

Müsahibə zamanı siz ən yaxşı keyfiyyətlərinizi nümayiş etdirərək 100%-lik müsbət əhval-ruhiyyədə olmalısınız.

Bunu müsahibə götürənin nöqteyi-nəzərindən fikirləşmək lazımdır. Bu insanlar siyahıda olan yeganə namizədi seçməklə məsuliyyət daşıyırlar. Onlar qərar qəbul etdikdən sonra əmin olmaq istəyirlər ki, onların seçdikləri şəxs iş təklifini qəbul edəcəkdir. Onlar namizədin işdən imtina etməsinə görə boş vaxt itirmək və ya həmkarlarının qarşısında pis vəziyyətdə qalmaq istəməzlər.

Təsəvvür edin ki, iki namizədlə əlaqədar qərar qəbul edilimişdir. Birinci namizəd bu vəzifə üçün tam ixtisaslaşmış, müvafiq bacarıqlara və şəxsi keyfiyyətlərə sahibdir. İkinci namizəd (qız) həmçinin bacarıqlıdır, lakin bu sahə üzrə təcrübəsi yoxdur. Bir fakt olmasaydı birinci namizədin seçilməsi baş tutardı. O “niyə görə bu işi istəyirsiniz?” sualına çox tərəddüdlə cavab verərək bir neçə belə vakansiya üçün müraciət etdiyini söyləmişdir. Qız isə ruh yüksəkliyi ilə bu şöbənin işi ilə maraqlandığını söyləmiş və müsbət baxışlarını nümayiş etdirmişdir. Əlavə olaraq öz zəif tərəflərini də yaxşılaşdırmaq arzusunu da dilə gətirmişdir.

Müsahibə götürən olaraq bu vəzifəni tezliklə kiminsə tutmasını istəyirsiniz. Siz tam əminsiniz ki, ikinci namizəd bu işi yerinə yetirə bilər və ona bu vəzifə təklif ediləcəyi təqdirdə qəbul edəcəkdir. Siz düşünürsünüz ki, birinci namizəd bu vəzifədən imtina edə bilər. O zaman siz nə edəcəksiniz?

Böyük ehtimalla siz iş təklifini ikinci namizədə təklif edəcəksiniz.

Məsləhət

Sübut olunmuşdur ki, son təhlillər aparıldıqdan sonra iş təklifi böyük ehtimalla onu qəbul edəcək namizədə edilir.

  • Müsahibənin sonuna qədər müsbət əhval-ruhiyyədə qalın

Siz müsahibənin keçirildiyi məkanı tərk edənə qədər müsbət əhval-ruhiyyəni saxlamalısınız. Əgər siz müsahibə götürənlə söhbət edərək çıxışa doğru yönəldiyiniz zaman diqqətli olmaq lazımdır. “Bu gün nə edəcəksiniz?” sualına “dəhşətli komanda ilə görüşmək” üçün getdiyinizi söyləsəniz bu müsahibə götürənin əsəblərinə toxuna bilər. Çünki, bir az əvvəl həmkarlarınızla yola getdiyinizi və komandanın bir üzvü olmağınızın ən güclü keyfiyyətlərinizdən olduğunu qeyd etmişdiniz. 

Pul haqqında söhbətlər

“Müqavilənin ən yaxşı şərtləri haqqında”olan 16-cı bölmədə biz ödəmə və ya güzəştlər baxımından ən yaxşı şərtlərin müqaviləyə daxil edilməsindən bəhs edəcəyik.

Məsləhət

Qeyd etmək lazımdır ki, imkan dairəsində müsahibə zamanı bu işə görə veriləcək əmək haqqı haqqında söhbətlərdən uzaq durun.

Burada ehtiyatlı olmaq xüsusiyyətinin tətbiq etmək lazımdır. Əgər sizdən nə qədər əmək haqqı istədiyinizi birbaşa soruşurlarsa bunun cavabını əvvəlcədən fikirləşmək lazım gələcəkdir. Çalışmaq lazımdır ki, işə qarşı olan ruh yüksəkliyinizi və onun cəlbediciliyini ön plana çəkin.

Əgər əmək haqqı məsələsini təkidlə soruşurlarsa, birbaşa cavabdan qaçmaqla hal-hazırda aldığınız əmək haqqına istinad edə bilərsiniz. Bununla belə bu işdən çox şey gözlədiyinizə dair fikirlərdən uzaq durun. Əgər müsahibə götürən əl çəkmirsə siz iş elanına və ya işəgötürmə üzrə mütəxəssisin sizə söylədiyi hansısa rəqəmləri xatırlaya bilərsiniz. Siz asan şəkildə bu haqda danışıqların uyğun olduğunu müəyyən edə bilərsiniz. Bununla belə hal-hazırki mərhələdə əmək haqqının sizin üçün əsas məsələ olmadığını dönə-dönə təkrar edin. Sizin işə başlayacağınız təqdirdə başqa növ mükafatlandırmada maraqlı olduğunuzu qeyd edin.

Səhvlər

Biz insan resursları üzrə mütəxəssislər arasında sorğu apardığımız zaman namizədlərin müsahibə zamanı ən çox buraxdıqları səhvləri müəyyən etdik. Bunlar aşağıdakılardır:

Müsahibəyə ümumi yanaşma

  • Müsahibə prosesinə yetərsiz olaraq hazırlaşmaq;
  • Müsahibəni idarə etməyə cəhd göstərmək;
  • Namizəddə sualların olmaması;
  • İşin mahiyyətini başa düşməmək;
  • İşin və işə götürənin kifayət qədər öyrənilməməsi.

Ruh yüksəkliyi və əminlik

  • Ruh yüksəkliyinin və maraqların kifayət qədər nümayiş etdirilməməsi;
  • İşi nəyin bahasına olursa-olsun əldə etmək;
  • Özündən razılıq və həddindən artıq lovğalıq;
  • Təkəbbürlü olmaq;
  • Əminlik hissinin az olması və utancaqlıq;
  • Öz nailiyyətlərini nümayiş etdirə bilməmək;
  • Həddindən artıq qərarsız və yelbeyin olmaq;
  • Tənbəllik və ya cansıxıcılıq.

Cavabların keyfiyyəti

  • Yalan və ya uydurmağa cəhdlər etmək;
  • Böyük ölçüdə boş-boş danışmaq;
  • Qısa cavablar vermək;
  • Suallara qarşı diqqətli olmamaq;
  • Verilən suallara cavabların olmaması;
  • Anlaşılmayan cavablar;
  • Namizədin öz rəyini bildirmək yerinə, işə götürənin guya eşitmək istədiyi cavabları vermək.

Öz-özünü təqdimetmə

  • İfadə edilməyən bədən dili, göz ünsiyyətinin qurulmaması;
  • Qaraqabaq olmaq;
  • Səliqəsizlik və ya uyğun olmayan xarici görünüş;
  • Uyğun olmayan danışıqlardan istifadə edilməsi (məsələn, irqçilik və qadınlara qarşı düşmənçiliyin nümayiş etdirilməsi, zəhlətökən yaltaqlıq)
  • İşə qarşı pis münasibət;
  • Stress vəziyyətində ruh düşkünlüyünə meyilli olmaq.

Əsas ədəb-ərkan qaydalarının pozulması

  • Gecikmə;
  • Mobil telefona gələn zənglərə cavab vermək;
  • Kobudluq;
  • Aqressivlik.

Digər çatışmazlıqlar

  • Pula olan marağın həddindən artıq nümayiş etdirilməsi və ya çox erkən mərhələlərdə maaş haqqında söhbətlərin aparılmasına çalışmaq;
  • Fikirlərin iş üzərində deyil, perspektiv karyera inkişafı üzərində cəmləşdirilməsi;
  • Hal-hazırki işdən və ya işə götürəndən uzaqlaşmaq arzusu;
  • İş saatlarının həcmi, bayramlar və ya şəxsi tələbatlarla əlaqədar sualların verilməsi.

Araşdırma zamanı əldə edilən bu cavablar namizədlərin toxunmamalı olduğu incə məqamlara aiddir. Məsələn, müsahibə götürənlər sizdən kömək gözləyirlər. Daha doğrusu onlar sizin tərəfdən idarə olunmaqlarını deyil, fəal olmağınızı istəyirlər. Onlar həmçinin lovğalığı sevmədikləri kimi, sizin özünüzdən əmin olmamağınız da onlarda xoş təəssürat yaratmayacaqdır. Onlar nailiyyətlərinizi nümayiş etdirmənizi istəyir, lakin lovğalığı da artıq hesab edirlər.

Sizin istifadə edəcəyiniz ən yaxşı şey sağlam düşüncəyə sahib olmaq, ifrata qapılmamaq və müsahibə götürən tərəfindən edilən bütün siqnallara reaksiya verməkdir.

Adi kobudluq

Kobudluğa gəlincə siz düşünməyin ki, yalnız müsahibə götürənə qarşı xoş münasibət göstərməli və müsahibəyə qədər və sonra insanlarda buraxdığınız təəssüratları unutmalısınız. Siz katibə və ya köməkçi ilə danışarkən kobud və təkəbbürlü olsanız işi itirə bilərsiniz. Təsəvvür edin ki, siz namizədi qapıya qədər ötürən müsahibə götürən şəxssiniz. Siz dəvət edilən şəxsin əlini sıxaraq gülümsəyir və uzaqlaşırsınız. Namizəd özünü hər tərəfli yaxşı tərəfdən göstərmiş və hələlik sizin seçim üstünlüyü verdiyiniz şəxsdir. Bundan sonra katibə sizə deyir: “Mən ümid edirəm siz ona iş təklif etməyəcəksiniz”.

Siz şokdasınız. “Niyə görəsən?”. Katibə bir az əvvəl gələn namizədin kobud olduğunu, avtomobilini saxlamaq üçün boş yerin olmadığı və qəbul otağında 20 dəqiqə gözlədiyi üçün özündən çıxdığını bildirir. Müsahibə götürən olaraq sizin müsbət təəssüratlarınız yoxa çıxacaq və siz o adamın burada adi tamaşa oynadığını düşünəcəksiniz.

İşə götürmə üzrə mütəxəssislərin ən əsas məsləhətləri

Araşdırma apararkən biz insan resursları üzrə mütəxəssislərdən müsahibəyə hazırlaşan namizədlərə vacib məsləhətlərini vermələrini xahiş etdik. Onların məsləhətləri bu bölmədə olanların təkrarı olsa da çox gözəl ümumiləşdirmədir.

Onların əsas məsləhətləri aşağıdakılardır:

  • Yaxşı hazırlıqlı olmaq üçün şirkəti təfsilatı ilə öyrənin.
  • Müsahibədən əvvəl təcrübə keçin və rol oynamağa çalışın.
  • Gülümsəməyə çalışmalı və sakit olmalısınız.
  • Səmimi olmalı və yalandan uzaq durmalısınız.
  • Ehtiyatınızda əvvəlcədən hazırlanmış verə biləcəyiniz müvafiq suallarınız olsun.
  • İşin mahiyyətini başa düşün.
  • İş üçün niyə görə müraciət etdiyinizi açıq şəkildə izah edin.
  • Bu təşkilata nə verə biləcəyinizi bilin.
  • Özünüz haqda danışmağa qorxmayın və özünüzü “satmağı” bacarın.
  • Ruh yüksəkliyi nümayiş etdirin.
  • Biznesdə maraqlı olduğunuzu nümayiş etdirin.
  • Müsbət əhval-ruhiyyədə olun.
  • Dostcasına münasibət göstərin.
  • Öz bacarıqlarınızdan əmin olun.
  • Nailiyyətlərinizdən danışmağa hazır olun.
  • Qəşəng geyinərək müvafiq tərzdə görünməyə çalışın.
  • Verilən hər sualı diqqətlə dinləyin.
  • Cavab verərkən cavabla əlaqədar olan informasiyanı geniş olaraq verməyə çalışın.
  • Dürüst olun.

Yuxarıda qeyd olunanlar heç də fövqəltəbii hallar deyil. Lakin, qəribəsi budur ki, insanlar əsas səhvləri mütəmadi olaraq buraxırlar. Əgər siz bu məsləhətlərdən müsahibə zamanı müvəffəqiyyətlə istifadə edə bilsəniz, özünüzü yaxşı tərəfdən göstərməklə bir çox namizədləri üstələyə bilərsiniz.

Əgər hər şeyi etdiyiniz düşünürsünüzsə, o zaman sizə nəticənin elan edilməsini gözləmək qalır.

Bütün bunlara baxmayaraq bəzi namizədlər təəssürat altında qalaraq məktub vasitəsi ilə son ştrixləri əlavə etmək istəyirlər. Belə ki, onlar müsahibədən sonra məktub göndərərək o vəzifədə maraqlı olduqlarını qeyd edirlər. Lakin, buna boş yerə vaxt sərf etdiklərini ağıllarına belə gətirmirlər. Sorğu apardığımız mütəxəssislərin böyük bir hissəsi bu cür məktubun göndərilməsinin heç bir mənası olmadığını bildirmişlər. 

Nəticələr

  • Müsahibənin aparıldığı yerin və vaxtını dəqiqləşdirin.
  • Əvvəlcədən öz anketinizi nəzərdən keçirin.
  • Müsahibə zamanı verilə biləcək mümkün suallara hazırlaşın.
  • İlk təəssüratın əhəmiyyətini unutmayın! Gülümsəyin və möhkəm əl sıxın.
  • Müsahibə götürənlə qarşılıqlı əlaqə qurmağa görə məsuliyyət daşıyın.
  • İlkin söhbət üçün hər hansı bir mövzu seçin.
  • Müsahibə zamanı özünüzü “satmağa” hazırlaşın və fikir bildirməyə çalışın.
  • Müsahibədən müvəffəqiyyətlə keçmək üçün hazırlıq böyük əhəmiyyət kəsb edir.
  • Siz təşkilatın mal və xidmətləri haqqında bilik nümayiş etdirməlisiniz.
  • Bazarın vəziyyəti və rəqiblər haqqında biliklərinizi nümayiş etdirin.
  • Funksional vəzifənizin dəyərini nümayiş etdirin.
  • Biznesi və təşkilatın perspektivlərini geniş gördüyünüzü göstərin.
  • Sizin təşkilat haqqında biliklərinizə əsasən müsahibə götürən üçün suallar hazırlayın.
  • Özünüzü təqdim etməyiniz, nə söyləməyinizdən daha əhəmiyyətli ola bilər.
  • Siz səliqəli geyinməli, tünd rənglər seçməli, müasir görünməli və zövqsüz olmaqdan qaçmalısınız.
  • Çantanızın (portfelinizin) uyğun göründüyündən əmin olun.
  • Gözlə ünsiyyət qurun, gülümsəyin, müsahibə götürənin bədən hərəkətlərini müşahidə edin və onun üslubunda cavab verin.
  • Müsbət əhval-ruhiyyə və ruh yüksəkliyi həddindən artıq vacibdir.
  • Əldə etmək istədiyiniz əmək haqqı haqqında söhbətlərdən uzaq durun.

 

 

 

5296 3
WordPress SEO - eskort - buy tiktok followers - youtube izlenme satın al - twitch viewer bot - betrupi - deneme bonusu veren siteler - takipçi - instagram story viewer - postegro - buy instagram followers - buy instagram followers - antalya airport transfer - istanbul escort - mecidiyeköy escort - bakırköy escort - ip stresser - istanbul escort - Baywin - deneme bonusu veren siteler - deneme bonusu veren siteler - deneme bonusu - sahabet - onwin - ip stresser