Karyera Mərkəzi təqdim edir: “Şəxsi imkanlarınızın dəyərləndirilməsi”

26 FEVRAL 2016 | VIEWS:

UNEC-in Karyera Mərkəzi Sizə karyera qurmaqda və şəxsi inkişafınızda kömək göstərəcək silsilə yazıların yayımına başlayır. Məqsədimiz sizin imkanlarınızı daha yaxşı harada reallaşdırmağınızı müəyyən etməkdə yol göstərmək və arzuladığınız karyeranı qurmaq üçün əsas məsləhətlərin verilməsi olacaq. Yazıların hazırlanmasında bu sahədə gözəl tədqiqat işi olan Ceff Qraut və Sara Perrinin “İdeal karyeranı necə qurmalı” kitabına istinad edilib.

Tərcümə: Fuad Əliyev, Aygün Abdulova 

Giriş 

I HİSSƏ

BÜNÖVRƏNİN QOYULMASI 

Fəsil 1. Şəxsi imkanlarınızın dəyərləndirilməsi 

Müvəffəqiyyətli iş axtarışı effektiv satış və marketinq kampaniyasına bərabərdir: siz satışa çıxarılan bir məhsulu ifadə etməklə onu ən yaxşı yöndən təqdim etməyi arzu edirsiniz.

Məsləhət 

Hər hansı malın uğurlu satışı real və tam mənada bu məhsulun nə ifadə etdiyinə əsaslanır. Həqiqətdə siz özünüzü nə dərəcədə yaxşı tanıyırsınız?

Öz bacarıqlarınız haqqında heç ciddi düşündünüzmü? Son zamanlar məqsədlərinizi yenidən gözdən keçirdinizmi? Əminsiniz ki, beş il bundan əvvəl istədiyinizi hələ də istəyirsiniz? Əgər əmin deyilsinizsə o zaman sizin şəxsi marketinq kampaniyanız olaraq atacağınız ilk addım öz-özünü dürüst olaraq təhlil etmə mərhələsi olacaqdır. Karyera yolunuzu müəyyən və ya təsdiq edəcək şəkildə müəyyən sıralama ilə özünüzə bəzi diaqnostik suallar verməyiniz vacibdir.

Bu öz-özünü təhlil ümumi çizgilərlə aşağıdakı sulları əhatə etməlidir:

  • Şəxsiyyət olaraq mən kiməm?
  • Öz karyeramdan nə istəyirəm?
  • Hal-hazırda karyera yolumun hansı nöqtəsindəyəm?
  • Növbəti mərhələdə nə əldə etmək istərdim?
  • Nəticə olaraq özümü harada görürəm?

Arzulara meydan oxumaq: Sizcə karyeranız necə inkişaf etməlidir?

Heç kəs həyatdan istədiyinin hələ nə olduğunu bilmədən heç bir şey əldə edə bilməz. Səy göstərən namizədlər üçün oturub rezyume yazaraq göndərməyin mənası vardır. Əgər siz hansı işi əldə etmək istədiyinizdən əminsinizsə bununla indidən məşğul olun. Lakin həqiqətdə bundan nə dərəcədə əminsiniz?

Bir çox insanlar düşünürlər ki, onlar nə istədiklərini bilirlər. Lakin buna nail olduqda həqiqət məyusluqla əvəz olunur. Keçən il siz maliyyə direktoru olmaq istədiyinizdən əmin idiniz. Bəs bu il necə?

Karyeranızın indi, beş ildən, on ildən və işdən çıxana qədər necə qurulacağını götür-qoy etmək vaxtın boş yerə sərf edilməsi deyil. Hərəkət etmədən yalnız düşüncələrə qapılmaq sizi bir yerə çıxarmaz. Uğurlu karyera üçün atılacaq addımlar üçün konstruktiv düşünmək isə sizə bir neçə nöqteyi-nəzərdən yaxşı xidmət göstərəcəkdir. Buraya aşağıdakıları daxil etmək olar:

  • Hal-hazırda nə istədiyinizi açıq-aşkar müəyyən etmək;
  • əvvələr nəzərdən keçirilməmiş imkanların müəyyən edilməsi;
  • məqsədə çatmağa çalışmaq üçün motivasiyanın gücləndirilməsi.

 Hal-hazırda nə istədiyinizi açıq-aşkar müəyyən etmək

Vaxt keçdikcə bizim arzu və ehtiyaclarımız dəyişir. Karyeranıza diler olmaq arzusu ilə başlayanda bu indi nə istədiyinizin göstəricisi ola bilərmi? Siz əvvəlki kimi rəqiblərinizin uzun-uzadı təzyiqləri ilə barışmağa hazırsınızmı? Yəqin ki, indi sizi bək-ofisdə (back office) sakit bir vəzifə və ya əməkdaşların təlimi və idarə edilməsi fikirləri cəlb edir.

Yolda batıb qalmaq kimi risk mövcuddur. Əgər biz karyeramıza müəyyən bir yolla hərəkət edərək başlayırıqsa, bir qayda olaraq bizi əhatə edən mühit bizdən həmin yolu davam etməyimizi gözləyir və daxili səs bizə “bəlkə yolu dəyişək” dedikdə belə biz o yolla hələ də hərəkət etmiş oluruq. Nə işlə məşğul olmağınız üçün bir müddət sərf edərək düşünülmüş bir qərarın verilməsinin mənası vardır. Çünki bu daxili səsinizi daha aydın eşitməyə imkan verəcəkdir.

Keçmişdə əhəmiyyət verilməyən imkanların müəyyən edilməsi

Əgər siz işinizdən nə istədiyinizdən əmin deyilsinizsə, özünüzə sərbəstlik verin və fərz edin ki, siz müxtəlif məşğuliyyətləri özündə əks etdirən geniş bir dairəyə cəlb olunmusunuz. Kimi tanıdığınızı və kimin işi sizi maraqlandırdığını, bir sözlə hər bir şey haqqında düşünün. Sizə ilham verən keçmiş arzularınıza qayıda bilər və kolleci bitirdikdən sonra bilmədiyiniz və ya nəzərdən keçirmədiyiniz yeni bir iş variantını kəşf edə bilərsiniz.

Məqsədlərinə çatmaq üçün motivasiyanın gücləndirilməsi

Elə ola bilər ki, uğurlu karyera haqqında arzular bir növ sizin ilk olaraq seçdiyiniz karyera yolunun davamı ola bilər. Fərz edək ki, beş illik iş həyatınızdan sonra siz bir məhdud məsuliyyətli şirkətin kommersiya şöbəsinin rəhbəri, iki ildən sonra direktorlar şurasının üzvü, beş ildən sonra isə baş direktor oldunuz. O zaman sizdə əminlik meydana gələcəkdir ki, doğru yoldasınız və arzularınızın nə olduğunu bilirsiniz. Bunu dərk etmək işinizin yaxşı şəkildə yerinə yetirilməsi və motivasiyanın gücləndirilməsinə səbəb olacaqdır.

Əgər sizin arzunuz başqa yola istiqamətlənməkdirsə, o zaman özünüzü yeni iş yerində təsəvvür etməniz real dəyişikliklərə təkan vercəkdir. İstiqamətin dəyişdirilməsi heç də asan olmayacaqdır. Sizə başqalarını, hətta partnyorlarınızı və işəgötürəninizi əmin etmək lazım gələcəkdir ki, sizin fikirləriniz ciddidir. Əgər arzularınız sizə ilham verirsə, belə bir stimula sahib olmaqla onları reallaşdıra bilərsiniz.

Arzu edilən gələcəyi xəyal edərkən bunu konstruktiv şəkildə etmək lazımdır. Bu işdə sizə aşağıdakı məsləhətlər kömək edə bilər:

  • Yanlış fikirlərdən azad olun

Öz leksikonunuzdan “bacarmaram”, “mümkün deyil” və “heç vaxt” kimi sözləri kənarlaşdırın. Real məhdudiyyətləri siz daha sonra əlavə edə bilərsiniz. Başlanğıc olaraq nə istədiyinizi müəyyən etmək lazımdır.

  • Özünüzə vaxt verin

Sizə arzu və ideyalarınızı tələsmədən götür-qoy etmək üçün vaxt lazımdır.

  • Sizə maneçilik törədilməsi ehtimalı olan vəziyyətlərdən uzaqlaşın

Elə bir vaxt seçin ki, sizi işinizdən yayındırmasınlar. Əgər sizə maneçilik törədiləcəyi haqqında düşünsəniz fikirlərinizi toplaya bilməyəcəksiniz.

  • Hazır olun

Məhsuldar ideyaları qeyd etmək üçün kağız və qələm hazırlayın. Karyeranı düşünmək prosesi beynin bir dəfəlik məşqi mənasına gəlməməlidir. Fikirlərinizin mütəmadi olaraq tələblərinizin üzərində cəmləşdirilməsi hara getməkdə və istiqaməti dəyişməkdə faydalı məşğələ olacaqdır.

Praktiki dəyərləndirmə – karyeranın auditi

İdeal iş və ya arzuladığınız karyeranı düşünərkən siz özünüzü motivə etmiş olursunuz. Bununla belə siz öz bacarıq və potensialınızı sağlam düşüncə ilə dəyərləndirməniz lazım gələcəkdir. Arzularınızın yerinə yetməsi üçün onlar kifayət edirmi?

Daha doğrusu ideal karyeranın qurulmasında növbəti vacib addım sizin mövcud güclü və zəif tərəflərinizin dəyərləndirilməsidir. Bu dəyərləndirmə yalnız arzularınıza çatmaq şansınızın olub-olmadığını başa düşmək üçün deyildir. Bu həmçinin sizə arzularınızın reallığa çevrilməsi üçün bəzi bacarıqlarınızın müəyyən edilməsinə kömək edəcəkdir.

Güclü tərəflərinizin müəyyən edilməsi

Sizin məqsədiniz bacardığınız qədər bütün şəxsi keyfiyyətlərinizi üzə çıxarmaq olacaqdır. Siz həmçinin praktiki olaraq öz güclü tərəflərinizi təsvir etməlisiniz. Məsələn: “insanlarla ünsiyyətdə bacarıqlı” və ya “ünsiyyətdə bacarıqlı” kimi çeynənmiş sözlər özü-özlüyündə bir şeyi ifadə etmir.

Özünüzə izah edin ki, bu sözləri ifadə edərkən nə başa düşürsünüz. İnsanlarla ünsiyyətdə bacarıqlı olmaq sizin komanda ruhunun yaxşılaşdırılması sahəsində ekspert olduğunuza dəlalət edirmi? Yoxsa siz işlədiyiniz insanlarda inam hissi yaradan diqqətli dinləyicisiniz?

Əgər ünsiyyətdə bacarıqlı insansınızsa, bu sizin çətin proseslərin yeni işçilərə sadə sözlərlə izah edilməsini bacarmağınız mənasına gəlirmi? Yoxsa sizin şöbənin işini aylıq hesabatların nəticələrinə görə tərifləyirlər?

Güclü və zəif tərəflərinizi müəyyən edən bu proses yalnız sizin üçündür. Sizin məqsədiniz bacardığınız qədər mükəmməl siyahı hazırlamaqdır. Siz daha sonralar hansı keyfiyyətinizin seçilən karyera yolu ilə əlaqədar olduğunu müəyyən edə biləcəksiniz.

Özünüzü dəyərləndirmədə nələri unutmadığınızı yoxlamaq üçün aşağıdakı suallara cavab verməyə çalışın:

  • Sizin sonuncu attestasiyanın nəticələri necədir?
  • Son vaxtlar həmkarlarınız sizi nəyə görə tərifləyiblər?
  • Son vaxtlar işinizdə sizə daha çox nə məmnunluq gətirmişdir?
  • Bu məmnuniyyət hissi sizdə niyə görə yaranmışdır?
  • Sizi məktəbdə, kollecdə rəhbərləriniz, müəllimləriniz nəyə görə tərifləmişdilər?
  • Yaxşı bir iş gördüyünüz zaman dostlarınız sizə xoş sözlər deyirlərmi?

Müxtəlif sahələr üzrə aşağıdakı öz bacarıq və keyfiyyətləriniz haqqında düşünməyə çalışın:

  • Ünsiyyət: yazılı vı şifahi;
  • Riyazi bacarıqlar;
  • İnformasiya texnologiyaları sahəsindəki bacarıqlar (İT);
  • İT, maliyyə və digər sahələrdə–texniki biliklər;
  • Qərarların qəbul edilməsi;
  • Düşüncələrdə, sözlərdə, təsəvvürlərdə, planlaşdırmada – kreativlik;
  • Liderlik – başqalarını sizdən nümunə götürməyə məcbur etmək;
  • Personalın idarə edilıməsi – siz yaxşı rəhbərsinizmi;
  • Təhsil – ideya və ya proseslərin başqalarına izah edilməsi;
  • Etibarlılıq – dəqiqlik, səliqəlilik;
  • Yaxşı fiziki təlim görmə;
  • Münasibət – müsbət yanaşma, əzmkarlıq.

Sizdə olan müsbət keyfiyyətləri qeyd edin. Hər birinin qarşısında onu təcrübədə necə tətbiq etdiyinizə dair nümunələr göstərin. Bu nümunələrin sizin işinizlə bağlı olması vacib deyil. Bu hansısa ailə konfliktinin həlli, bir kollece (ali məktəbə) layihənin təqdim olunması, yerli futbol klubuna pul toplanması və ya dostlarınıza dəstək olmaq kimi situasiyalar ola bilər.

Məsləhət 

Sizin bilik və bacarıqlarınızı müsbət əks etdirən halları ən yaxşısı qeyd etməkdir. Mümkündür ki, gələcəkdə bu nümunələrdən tərcümeyi-halınızı yazarkən və ya müsahibə zamanı istifadə edəsiniz.

Digər halda sizin qeydləriniz iş axtararkən, karyera pilləsində səyahət edərkən özünüz haqqında müsbət fikirləri yaratmaqda köməklik edəcəkdir.

Əlbəttə ki, özünüzün zəif tərəflərinizi də müəyyən etmək vacibdir. Onların arasında elələri ola bilər ki, iş axtarmaqda sizə maneçilik törədə bilər. Belə olduğu halda işə götürən qarşısında  sizin cəlb ediciliyinizi artırmaq üçün hazırlıq kursları və əlavə iş təcrübəsi haqqında düşünmək lazım gələcəkdir.

Mövcud işinizlə əlaqədar suallar

Özünü təhlil prosesi vasitəsi ilə siz köhnə iş yerinizdə əldə etdiyiniz bacarıqlar və tələbləriniz haqqında doğru təsəvvürlər əldə edəcəksiniz. Əgər siz hal-hazırda işləyirsinizsə, düşünün, bu iş nə dərəcədə sizin tələblərə cavab verir.

Özünüzə aşağıdakı sualları verin:

  • Sizin işinizdə əsas vəzifələriniz hansılardır?
  • İşinizin hansı aspektləri sizin daha çox xoşunuza gəlir?
  • İşinizin hansı aspektləri sizin daha az xoşunuza gəlir?
  • Əvvəlki işinizdə elə bir şey olub ki, siz onun üçün darıxırsınız?
  • Hal-hazırdakı işinizin hansı sahələrində daha müvəffəqiyyətlisiniz?
  • Hal-hazırkı işə götürənin hansı cəhətləri sizin xoşunuza gəlir?
  • İşə götürənlə sizin aranızda hər hansı bir problem varmı?
  • Siz niyə işinizi dəyişmək fikrinə düşmüsünüz?

Daha sonra yeni işinizin mövcud işinizdən nə ilə fərqləndiyi üzərində düşünün:

  • Yeni vəzifənizdən nə gözləyirsiniz?
  • Yeni işinizdə imkan dairəsində nələrdən qaçmaq istərdiniz? Niyə görə?
  • Yeni işə götürəndə hansı keyfiyyətləri axtarırsınız?

Müvafiq suallar sizin yeni işinizdən nə gözlədiyinizi dəqiq surətdə müəyyən etməyinizə köməklik edəcəkdir.

Praktiki planlaşdırma – gələcəyə körpüdür

Məsləhət 

Bu ana qədər siz artıq bilməlisiniz: 

  • Nə cür işə sahib olmağı təsəvvür etməyi;
  • Potensialınızı qiymətlənditməyi – sizin güclü və zəif tərəflərinizi bilməyi;
  • Mövcud və ya keçmişdəki işlərinizin hansı tərəfinin sizin tələblərinizə cavab verdiyini məntiqi olaraq qiymətləndirməyi.

 

İndi isə sizin gələcək karyera planlarınızı müəyyən etmək üçün bu informasiyanın işlənməsi lazımdır. Əgər siz bunu indi başlayırsınızsa, hansı təşkilatda, hansı vəzifəni tutmaq mövzusunda qərar verməlisiniz. Bu ciddi bir qərar olmaqla sizə əlverişli olan karyera mütəxəssislərinin məsləhətləri ilə müşaiyiət olunmalıdır. Sizi cəlb edəcək sferada işləyən hər hansı bir tanışınızla məsləhətləşin.

Əgər siz artıq işləyirsinizsə vəziyyət daha da sadədir. Bir çox insanlar özünü təhlil sayəsində seçdikləri işdən məmnun qalırlar. Lakin sizin daha çox variantları sınaqdan keçirmək, özünü inkişaf etdirmək üçün yeni imkanların açılması, əmək haqqının artırılması və ya şərtlərin yaxşılaşdırılması xatirinə işin dəyişdirilməsi də mümkündür.

Sizə həmçinin yeni işə keçməyi diqqətlə planlaşdırmaq da vacibdir. Planlaşdırmadakı çatışmazlıqların nəticə etibarı ilə sizi məyus etməsi və karyeraya dair planlarınızı dağıtması mümkündür. Bir sıra planlaşdırılmamış işdən işə keçmələr sizin tərcümeyi-halınızı sistemsiz hala gətirər və arzu edilən işi əldə etməkdə çətinlik yaradar.

Sizi həmçinin yeni işə götürənin məhz sizdən nə gözlədiyini bilmək vacibdir. Bu məsələni geniş olaraq növbəti bölmədə nəzərdən keçirəcəyik.

Məsləhət

Potensial işə götürəni cəlb etmək üçün əsas amil sizin sübut olunmuş bacarıqlarınızdır və ya başqa sözlə əvvəl etdiklərinizdir. Beləliklə sizin köhnə işinizə daha yaxın iş təklifi almaq şansınız daha çox olacaqdır.

Nəticə olaraq uğurlu iş axtarışı sizinlə işə götürənin ehtiyacları arasında bəzi güzəştlərə getməyə məcbur edə bilər. Sizə əvvəlki işinizdə əldə etdiyiniz bir çox bacarıqlarınızı və bəzi yeni aspektləri özündə əks etdirən işin təklif edilməsi mümkündür.

Yeni işə keçərkən sizin güclü tərəflərinizin daha da artırılması baxımından münasib vaxtın seçilməsi üzərində düşünmək lazımdır. Sizin yeni işinizdən xoşunuz gəlmir, lakin siz bir ildir ki, burada işləyirsiniz. Elə isə daha 12 ay işləyərək maksimum təcrübə toplamaq və onu möhkəmlətməyin bir mənası varmı? Əgər söhbət sənaye sahələrindəki vəzifələrdən gedirsə və mövsümilik rol oynayırsa o zaman bu sualı müsbət cavablandırmaq olar. Əgər bu dövrü iki dəfə keçmisinizsə bu mexanizmi daha yaxşı biməyinizə dəlalət edir və bu yeni işə götürənə daha çox fayda verəcəyinizi göstərir.

Radikal dəyişikliklər 

Bəzi hallarda elə ola bilər ki, özünü təhlil prosesi sizi daha da radikal addımlar atmağa məcbur edə bilər. Tutaq ki, fəaliyyət sahənizi radikal olaraq dəyişdirmək qərarına gəldiniz. Belə olduğu təqdirdə sizin bunun real nəticələri haqqında yaxşı düşünməyiniz lazım gələcəkdir.

 

  • İxtisasınızı dəyişdirmək lazım gələcəkdir

Sizə işdən sərbəst vaxtlarda (yarım iş günü) və ya axşam saatlarında təlim kursları keçmək lazımdırmı? Siz vəsait toplaya biləcəksinizmi və ya gündüz oxuyaraq ixtisasınızı dəyişmək üçün qrant əldə edə biləcəksinizmi?

  • Karyeranızı dəyişməklə həmin işə götürənin yanında qala bilərsinizmi?

Əgər işə götürən sizi qiymətləndirirsə o zaman təşkilat daxilindəki təcrübənizi qorumaq məqsədi ilə yalnız şöbənin dəyişdirilməsi variantı mümkündür.

Məqsədlərin müəyyən edilməsi

Arzu edilən fəaliyyət sahəsi bir daha seçildikdən və ya müəyyən edildikdən sonra hara və nə vaxt keçməyinizə dair məqsədləri dərhal qeyd etmək lazımdır. Beş, on və on beş il sonra nə işlə məşğul olmaq istədiyinizi yazmağa çalışın.

Sizin məqsədləriniz mümkün olduğu qədər konkret olmalıdır. Aşağıdakılar haqqında fikirləşin:

  • Mən hansı vəzifəni/işi əldə etmək istəyirəm?
  • Tabeçiliyimdə neçə əməkdaşın olmasını istərdim?
  • Nə qədər qazanmaq istəyirəm?

Qeyd etdiyiniz məqsədləri elə bir yerə qoyun ki, gələcəkdə onları asanlıqla tapmaq olsun. Siz səylərinizin artması ilə məqsədlərinizi yeniləməyi və hər il nəzərdən keçirməyə adət etməlisiniz.Əgər hal-hazırda işləyirsinizsə məqsədlərinizin nəzərdən keçirilməsi üçün ən ideal vaxt sizin illik attestasiyadan (təcrübədə belə bir şey varsa) keçdiyiniz vaxtdır.

Dəyərlərə iki qat nəzarət

Məqsədlər müəyyən edildikdən sonra onların sizinlə və sizin daxili dəyərlərinizlə uyğun olub-olmadığını yoxlamaq lazım gələcəkdir. Yüksək peşəkarlıq məqsədlərinə nail olmaq yüksək fiziki gərginlik, şəxsi vaxtın məhdudluğu və mütəmadi səfərlər hesabına başa gələ bilər.

Məsələn, siz informasiya texnologiyaları sahəsində məsləhətçi olmaq istəyirsinizsə böyük ehtimalla evdən uzaqda günlərlə mehmanxanalarda gecələməli olacaqsınız.Əgər ailənizlə vaxt keçirmək sizin üçün birinci dərəcəli məsələdirsə, məsləhətçi yerinə informasiya texnologiyaları sahəsində korporativ vəzifə haqqında düşünmək daha yaxşı olardı.Əgər siz elmlə məşğul olaraq eyni zamanda idman avtomobili sürmək, Meyferdə yaşamaq (Londonun dəbdəbəli bölgəsi), istirahət vaxtı isə ən gözəl mehmanxanalarda qalmaq istəyirsinizsə o zaman alim maaşı sizin planlarınızı pozacaqdır. Özünüzlə mümkün olduğu qədər dürüst davranın.

Vəzifənin aşağı salınması qərarı

Yeni işə keçmək haqqında mənasız düşüncələr ona əsaslanır ki, biz perspektivli, çətin, və yüksək maaşlı iş istəyirik. Lakin bu heç də hər zaman belə deyil.

Ola bilər ki, son on ildə çox işləmiş, yorulmuş, ailə bayramlarını ötürmüş və gec saatlara qədər ofisdə ləngimisiniz.Bu sizin xoşunuza gəlir? Hələ ki, hesablarınızı ödəmək iqtidarında olduğunuz üçün ətraf mühitin ümidlərini doğrultmaq məqsədi ilə karyera yüksəlişinə getməyə ehtiyac yoxdur. Sizə hər gün saatlarla şəhərə getmək əvəzinə daha dinamik kollektivlə, evdən yarım saatıq məsafədə işə getmək daha komfortlu olmazmı? Ola bilər ki, sizin gənc ailəniz var və sizə yarım iş günü sərf edir və ya karyeranızı sizə daha çox sərbəstlik verən bir neçə işdə işləməklə qurmağınız da mümkündür. Bütün bunlar işinizi dəyişməyə və daha çox qazanmaq üçün cəhd etməyə və ya öz mühitinizdə sayılıb-seçilən insan olmaq arzusu üçün əsasdır.

Özünə inanma gücü

Əgər bir iş haqqında arzunuzun həyata keçməsi mümkün deyilsə o zaman özünüzü aldatmağın mənası yoxdur. Siz kosmonavt olmaq istəyirsiniz lakin klaustrafobiyadan əziyyət çəkirisiniz və ya ölkəni uzunmüddətli tərk etmək istəmirsinizsə arzularınızı daha münasib fəaliyyət sahələri ilə əlaqələndirməniz yaxşı olardı.

Digər tərəfdən sizin arzularınız çox kiçik ehtimalla və ya çox çətinliklə həyata keçə bilər. Arzularınızın həyata keçməsini nə dərəcədə istəyirsiniz? Onun həyata keçməsi üçün nə qədər qüvvə sərf etməyə hazırsınız?

Əgər siz yüz faiz nə istədiyinizdən əminsinizsə və heç bir qanunu və insanlıq əxlaqını pozmamaq üçün əlinizdən gələni etməyə hazırsınızsa, o zaman iradənizin və xarakterinizin gücü ilə bu hədəfinizə asanlıqla çatacaqsınız.

Lakin yadda saxlayın, sizin qədər qərarlı, nikbin, özünə inamlı və məqsədyönlü olmayan insanlar sizə istehza ilə yanaşa bilərlər. Öz arzularınızı etibar edə biləcəyiniz insanların seçimində diqqətli olmanız lazımdır. Sirlərinizi uğursuzluqlarınızdan həzz alanlarla deyil, sizi dəstəkləyən və fikirlərinə etibar etdiyiniz insanlarla bölüşün.

Məsləhət

Potensial işə götürəni cəlb etmək üçün əsas amil sizin sübut olunmuş bacarıqlarınızdır və ya başqa sözlə əvvəl etdiklərinizdir. Beləliklə sizin köhnə işinizə daha yaxın iş təklifi almaq şansınız daha çox olacaqdır.

Dünya arzularına çatmış insanlarla doludur, lakin dünya arzuları olan, ancaq onu həyata keçirmək üçün özünə əziyyət verməyən insanlardan da xali deyil. Siz bu qruplardan hansına aidsiniz?

Nəticələr

  • Uğurlu karyeranın qurulması sizdən özünüzü və arzularınızı müfəssəl şəkildə tanımağı tələb edir.
  • Özünüzü müxtəlif tipli karyera üzərində fikirləşməyə vadar edin.
  • Güclü və zəif tərəflərinizi dəyərləndirməklə prosesə reallıq qatın.
  • Əvvəlki işlərinizin nə dərəcədə sizə uyğun olması barədə düşünün.
  • Özünü təhlili, sizin karyera cəhdlərinizə konkret məqsədlərin əlavə edilməsi ilə yekunlaşdırın. Başqa bir işə keçidi planlaşdırarkən yeni işə götürənin tələblərini yadda saxlayın.
  • Şəxsi dəyərlərinizin karyera məqsədləri ilə uyğun olduğundan əmin olun.
  • Zənn etməyin ki, karyerada inkişaf – böyük gərginlik və yüksək vəzifələridir. Əgər sizin tələblərinizə cavab verirsə vəzifənizin aşağı salınması da mümkündür.
  • Özünüzə inanın: güclü iradə – işinizlə əlaqədar həyata keçirdiyiniz bütün səylərdə əsas qüvvə olacaqdır.

 

Mersin eskort - buy tiktok followers - takipcimx - twitch viewer bot - deneme bonusu veren siteler - instagram story viewer - postegro - buy instagram followers - buy instagram followers - antalya airport transfer - deneme bonusu - sahabet - onwin - Aviator oyna - Cinsel sohbet - onwin güncel giriş -

anlaşmalı boşanma

-

loodgieter den haag

- toscanello satın al - instagram takipçi satın al - Yeraltı kablo döşeme ürünleri - Twitch view bot - tipobet - matadorbet - casino - Venusbet - likit - Vbet - Fixbet - Starzbet - eta saat - onwin - Betosfer -

starzbet

- aviator oyna - ton sniper bot - omegle -

Venusbet

-

Loodgieter Den Haag

-

sahabet

- onwin güncel giriş - tiktok takipçi satın al - SOL sniper bot -

onwin

-

onwin

-

gizli hesap görme

- pump fun sniper bot - marsbahis