1931-ci il mart ayının 19-da Fizuli rayonunda anadan olmuşdur.
1940-1950-ci illərdə ildə Fizuli şəhər 2 №-li orta məktəbdə təhsil almışdır.
1950-ci ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun Maliyyə-kredit fakultəsinə daxil olmuşdur.
1954-cü ildə həmin institutu fərqlənmə diplomu ilə bitirmişdir.
1954-1957-ci illərdə Moskva Maliyyə İnstitutunu əyani aspiranturasında oxumuşdur.
1957-ci ildə SSRİ Təhsil nazirliyinin təyinatı ilə K.Marks adına Azərbaycan Dövlət Xalq Təsərrüfatı İnstitutunun «Maliyyə və kredit» kafedrasına müəllim təyin olunmuşdur. 1959-cu ildə həmin institutun Azərbaycan Dövlət Universitetinin tərkibinə daxil olması ilə əlaqədar olaraq Universitetin iqtisad fakultəsinin «Maliyyə-kredit» kafedrasında işləmişdir.
1961-ci ildə Moskva İqtisad-Statistika institutunda namizədlik dissertasiyasını müdafiə etmişdir.
1966-cı ildə institutun yenidən bərpası ilə əlaqədar olaraq Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun «Maliyyə-kredit» kafedrasında dosent vəzifəsində işləmişdir.
23.I.1968 – 26.IV.1969-cı illərdə Maliyyə-kredit fakültəsinin dekan müavini vəzifəsində işləmişdir.
26.IV.1969 – 1.XII.1974-cü illərdə Az.XTİ-nun birləşmiş axşam fakültəsinin dekanı vəzifəsində fəaliyyət göstərmişdir.
1983-cü ildə «Maliyyə-kredit» kafedrası iki yerə bölünmüş, «Maliyyə» kafedrasının müdiri seçilmişdir.
2006-cı ilədək bu vəzifəni aparmış, 2007-2008-ci illərdə «Maliyyə» kafedrasının müdir əvəzi vəzifəsini icra etmişdir.
AR Prezidentinin 26 sentyabr 2011-ci il Sərəncamına əsasən Azərbaycanda təhsilin inkişafındakı xidmətlərinə görə “Əməkdar Müəllim” fəxri adı verilib.
Maliyyə elminin nəzəri və praktiki məsələlərinə dair 100-dən çox elmi əsərlərin müəllifidir.
UNEC-in Fəxri professoru olub.
2017-ci ildə təqaüdə yola salınıb.
*
“Doğma universitetimin bu günü ilə qürur duyuram!” (10.07.2017)
Universitetlə yaşıd professor: Asif Kərimov (17.03.2016)