Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) “Lider müəllim–Lider universitet” layihəsinə start verilib.
Layihənin məqsədi UNEC-in pedaqoji heyətinin peşəkarlıq qabiliyyətinin yüksəldilməsi, elmi tədqiqatın təbliği, şəxsi inkişafın artırılması, sosial fəaliyyət və ümumilikdə tədris prosesinə müsbət stimul verməkdir. Müsabiqədə tədris ili ərzindəki fəaliyyətinə görə 7 nominasiya üzrə “Lider müəllim” seçiləcək.
Layihə Radio UNEC-in canlı efirində müzakirə edilib. “Vizyon+” verilişinin aparıcısı Marketinq və Kommunikasiya Departamentinin direktoru Rasim Şərifovun qonağı Distant, qiyabi və əlavə təhsil mərkəzinin direktoru, layihənin müəllifi Səbuhi Tanrıverdiyevdir: