“Made in Azerbaijan 2017” biznes ideya müsabiqəsinin qalibləri müəyyən edilib

25 MAY 2017 | VIEWS:

Azərbaycan Respublikası Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, “Kapital Bank” ASC və UNEC-in birgə təşkilatçılığı ilə tələbələr arasında keçirilən Made in Azerbaijan 2017 biznes ideya müsabiqəsinin qalibi müəyyən edilib.

Müsabiqənin təşkilində məqsəd Prezident İlham Əliyevin 18 yanvar 2016-cı ildə “Qeyri-neft məhsullarının ixracının stimullaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” imzaladığı Sərəncamın tətbiqinə ali təhsil müəssisələri səviyyəsində dəstək vermək, tələbələr arasında sahibkarlıq fəaliyyətinə marağı təbliğ etməkdir.

Biznes ideyalar hazırlanarkən onların sərəncama və müsabiqənin missiyasına uyğunluğu, layihənin daxili bazarda tətbiqinin reallığı, sadələşdirilmiş və biznes ideya səviyyəsində maliyyə planı, aktuallığı və kreativliyi nəzərə alınıb.

Müsabiqəyə qatılmaq istəyən tələbələr biznes ideyalarını elektron formatda https://unec.edu.az/biznesideya2017/ səhifəsi vasitəsilə, yaxud [email protected] email ünvanına göndəriblər. Müsabiqədə 6 universitetin 34 tələbəsi iştirak edib. Ekspert Şurası təqdim edilən 34 biznes ideyanı dəyərləndirərək 6 finalçı müəyyənləşdirib.

“Made in Azerbaijan 2017” müsabiqəsinin final mərhələsində 6 finalçı biznes ideyalarını münsiflər heyəti qarşısında nümayiş etdirib.

UNEC-in IV kurs tələbəsi Fəqan Çələbizadə ilə Milli Aviasiya Akademiyasının II kurs tələbəsi Emil Hacıyevin birgə hazırladığı “Bavel ilə dil baryerini yox et!” layihəsi müsabiqənin qalibi olub. II yerə Bakı Dövlət Universitetinin IV kurs tələbəsi Günay Abdullayevanın “TechSOS” layihəsi, III yerə isə UNEC-in II kurs magistri Aytac Şeyixovanın “Sənayedə yosun bitkisinin tətbiqi, biznesi və perspektivi” layihəsi layiq görülüb.

“Made in Azerbaijan 2017” biznes ideya müsabiqəsinin qalibinə 2000, II yerə 1500, III yerin sahibinə isə 1000 AZN məbləğində mükafat təqdim edilib.

Finalçılar – UNEC-in Beynəlxalq İqtisadiyyat Məktəbinin II kurs tələbəsi Eşqin Cəfərov “Bron Stadium”, İqtisadiyyat fakültəsinin I kurs tələbəsi Fatimə Məsimli “Kənd-Yaşıl Turizmin İnkişafı”, Maliyyə və mühasibat fakültəsinin III kurs tələbəsi Aqil Həsənova isə “CleanS” biznes ideyalarına görə “Kapital Bank”ın xüsusi hədiyyələri verilib.

Mersin eskort - buy tiktok followers - takipcimx - twitch viewer bot - deneme bonusu veren siteler - instagram story viewer - postegro - buy instagram followers - buy instagram followers - antalya airport transfer - deneme bonusu - sahabet - onwin - Aviator oyna - Cinsel sohbet - instagram takipçi satın al -

anlaşmalı boşanma

-

loodgieter den haag

- toscanello satın al - Postegro - Yeraltı kablo döşeme ürünleri - instagram gizli hesap görme - Twitch view bot - Betnano - tipobet - matadorbet - casino - Venusbet - likit - Betmarko - Fixbet - Starzbet - eta saat - Hipercasino - Twitch viewer bot - sweet bonanza oyna