Maliyyə Laboratoriyasında ilk seminar məşğələsi keçirilib

25 NOYABR 2015 | VIEWS:

23 noyabr 2015-ci il tarixində “Bakı Fond Birjası” QSC tərəfindən Azərbaycan Dövlət İqtisad Universitetində fəaliyyət göstərən Maliyyə Laboratoriyasında universitetin tədris planına uyğun olaraq beynəlxalq valyuta-kredit münasibətləri fənni üzrə “Beynəlxalq maliyyə bazarları” mövzusunda ilk seminar məşğələsi keçirilmişdir.

Məşğələ zamanı müxtəlif multimedia vasitələri ilə tələblərə maliyyə bazarları, onların iştirakçıları və bu bazarlara ticarət olunan alətlər barədə məlumat verilmişdir.

Seminar məşğələsi ərzində tələbələr “Elektron Birja Simulyatoru” vasitəsi ilə fond birjalarının fəaliyyəti, birjalarda qiymətlərin formalaşması prinsipləri ilə əyani şəkildə tanış olmuş, simulyasiya qaydasında təşkil edilmiş ticarət əməliyyatlarında iştirak etmişlər.

Qeyd edək ki, BFB tərəfindən hazırlanmış açıq rejimdə fond birjasında ticarət əməliyyatlarını simulyasiya edən avtonom, çox-istifadəçili real bazar prinsipləri əsaslı, Azərbaycanda ilk elektron biznes-oyun – “Elektron Birja Simulyatoru” Laboratoriyada  22 sentyabr 2015-ci il tarixdə quraşdırılmışdır. Bu platforma təhsil sistemində innovativ və interaktiv tədris vasitəsi olmaqla, tələbələrə qiymətli kağızların kütləvi yerləşdirilməsi (IPO) və təkrar bazarının işləmə prinsiplərini öyrənmək, real maliyyə barlarında ticarət əməliyyatlarında iştirak etmək, analitik qərar qəbul etmə vərdişlərini öyrənməyə imkan verir.

Bildiririk ki, qeyd edilmiş işlər Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi və Azərbaycan Dövlət İqtisad Universiteti arasında imzalanmış “Təhsil, elm və təlim-tədris sahəsində birgə inkişaf fəaliyyətinə dair” Anlaşma Memorandumunu, eyni zamanda “Bakı Fond Birjası” tərəfindən reallaşdırılan “BFB Bilik Mübadiləsi” layihəsi çərçivəsində həyata keçirilir.

Görülmüş işlərin əsas məqsədi Azərbaycan iqtisadiyyatının yüksək templə davam edən inkişafına töhfə vermək, qiymətli kağızlar bazarı üzrə yüksək ixtisaslı kadrların hazırlanması istiqamətində əməkdaşlıq etməkdir.

Mənbə: Bakı Fond Birjası

eskort - buy tiktok followers - takipcimx - twitch viewer bot - deneme bonusu veren siteler - instagram story viewer - postegro - buy instagram followers - buy instagram followers - antalya airport transfer - deneme bonusu - sahabet - onwin - Aviator oyna - Cinsel sohbet - instagram takipçi satın al -

anlaşmalı boşanma

-

niwo opleiding

-

loodgieter den haag

- toscanello satın al - Postegro - Yeraltı kablo döşeme ürünleri - instagram gizli hesap görme - Türk sohbet - Omegle - Twitch view bot - Betnano - buy gopro