Görüşdə iştirak edən şirkət əməkdaşları arasında ISE-nin məzunları – Mirələm Əkbərli, Samir Məmmədov və Əsəd Qaralov da olub. Təcrübəli məzunlar tələbələrlə McKinsey & Company-dəki iş və karyera imkanları və iş müsahibələrinə hazırlıq mövzularında təcrübələrini bölüşüblər.
Görüş zamanı tələbələr qonaqlara iş mühiti, karyera inkişafı, fərdi bacarıqların inkişaf etdirilməsi və konsaltinq sahəsindəki perspektivlər barədə suallar ünvanlayıblar. Şirkət nümayəndələri tələbələrin suallarını ətraflı cavablandıraraq onlara real iş mühitində qarşılaşa biləcəkləri fürsətlər barədə ətraflı məlumat veriblər.
Qeyd edək ki, Beynəlxalq İqtisadiyyat Məktəbi McKinsey & Company ilə bir neçə ildir ki, uğurlu əməkdaşlıq çərçivəsində müxtəlif formatlı tədbirlər təşkil edir.