10.10.1972-ci il Rusiya Federasiyası, Sankt-Peterburq şəhərində anadan olub.
1989-cü ildə Bakı şəhəri, Nəsimi rayonu 174 saylı orta məktəbi bitirib.
1989-1994-cü illərdə N.Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universitetin “Bədii qrafika” fakültəsini bitirib.
1994-1999-cu illərdə H.Aslanov adına 175 saylı orta məktəbdə “Təsviri sənət” fənni üzrə müəllim vəzifəsində çalışıb.
1999-2000-ci illərdə Bakı Əmtəəşünaslıq-Kommersiya İnstitutunun “Dizayn” kafedrasında assistent, 2000-2014-cü illərdə Azərbaycan Dövlət İqtisad Universiteti “Dizayn” kafedrasında baş müəllim vəzifəsində çalışıb.
15.09.2014-cü ildən həmin kafedrada müdir əvəzi, 21.04.2016-cı ildən müdir vəzifəsində çalışıb.
UNEC-in Elmi Şurasının 31 may 2020-ci il tarixli online iclasının EŞ 172 №-li və 14 sentyabr 2020-ci il tarixli online iclasının EŞ 173 №-li qərarlarının icrasını təmin etmək məqsədilə 19.10.2020-ci il tarixindən ləğv edilmiş “Dizayn” kafedrasının bazasında yaradılmış UNEC Dizayn məktəbinin direktoru vəzifəsində çalışır.
2013-cü ildə “Orta əsr Azərbaycan miniatür rəssamlarının yaradıcılığında rəsm” mövzusunda sənətşünaslıq üzrə fəlsəfə doktoru dissertasiyası müdafiə etmişdir və 03.03.2014-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti Yanında Ali Attestasiya Komissiyası tərəfindən sənətşünaslıq üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilmişdir. (diplom FD№08684, 03 mart 2014-cü il, protokol №06-k).
22 iyul 2019-cu il tarixdə Azərbaycan Respublikasının Prezidenti Yanında Ali Attestasiya Komissiyası (protokol № 14 – k) Dizayn kafedrası üzrə Dosent elmi adı verilmişdir. Diplom – DS №06888, (050321) – Dizayn
2017-ci ildə Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təhsilin inkişafındakı xidmətlərinə və yüksək kadrların hazırlanması sahəsində nailiyyətlər əldə etdiyinə görə “Fəxri Fərmanla” təltif olunub.
2020-ci ildə Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən Azərbaycan Dövlət İqtisad Universitetinin 90 illiyi münasibətilə və Azərbaycanda təhsilin inkişafındakı xidmətlərinə görə “Qabaqcıl Təhsil İşçisi Döş Nişanı” ilə təltif olunub.
Elmi-pedaqoji stajı 25 ildir, 90-dan artıq elmi əsərin, o cümlədən 2 dərslik, 11 tədris proqramın müəllifidir.
Azərbaycan Rəssamlar İttifaqının üzvüdür.*
UNEC müəllimlərinin Türkiyə universitetlərinə səfəri səmərəli oldu (16.02.2017)
UNEC xarici universitetlərlə təcrübə mübadiləsi edir (13.02.2017)
TƏDQİQAT SAHƏLƏRİ
Dizayn (sahələr üzrə)
Moda industriyası
Təsviri sənət
Dekorativ-tədbiqi sənət
DİL BİLİKLƏRİ
Azərbaycan/ Rus
AKADEMİK PROFİLLƏR