YAŞAMA İCAZƏSİ

HÖRMƏTLİ NAMİZƏDLƏR, NƏZƏRİNİZƏ ÇATDIRIRIQ Kİ, BÜTÜN TƏLƏBƏ VƏ YA NAMİZƏDLƏR (AZƏRBAYCAN DÖVLƏT İQTİSAD UNİVERSİTETİNDƏ TƏHSİL ALMAQ ÜÇÜN MÜRACİƏT EDƏN) TƏHSİL VİZASI İLƏ ÖLKƏYƏ GƏLMƏLİDİRLƏR, ƏKS TƏQDİRDƏ ÇƏTİNLİKLƏRLƏ ÜZLƏŞƏ BİLƏRLƏR.

Azərbaycan Respublikasında müvəqqəti yaşayan əcnəbi və ya vətəndaşlığı olmayan şəxslər 10 gündən çox müddət ərzində ölkə ərazisində qaldıqda yaşama icazəsi üçün qeydiyyatdan keçməlidirlər.  Bu məqsədlə, əcnəbi və ya vətəndaşlığı olmayan şəxsin qalacağı yerin rəhbərliyi və ya yaşadığı yerin sahibi tərəfindən yaşama icazəsi üçün qeydiyyatla bağlı müraciət və  əcnəbi şəxsin pasportunun surəti (sərhədi keçməklə bağlı digər sənəd) ölkəyə gəldikdən sonra 10 gün ərzində Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinin rəsmi veb-saytı (www.migration.gov.az), e-mail ([email protected]) vasitəsilə təqdim edilməlidir.

Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər bilavasitə özləri qalmalı olduğu yer üzrə qeydiyyat üçün yuxarıda qeyd edilən  qaydada müraciət edə bilərlər.

Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin qaldığı yer üzrə qeydiyyat üçün dövlət rüsumu tələb olunmur.

*

Xarici tələbələr üçün Azərbaycan Respublikası ərazisində müvəqqəti yaşamaq üçün icazənin verilməsi (uzadılması) üçün tələb olunan sənədlər:

  • Pasportun surəti (pasportun etibarlılıq müddəti müvəqqəti yaşamaq icazəsinin bitmə tarixindən 6 ay çox olmalıdır);
  • Müvəqqəti yaşamaq icazəsi verən halların mövcudluğunu təsdiq edən notariallaşdırılmış və ya eyni qüvvəyə malik sənəd;
  • Şəxsin qeydiyyata düşəcəyi yaşayış ünvanının sənədi (əmlakın dövlət reyestrindən çıxarışı, yaşayış icazəsi, icarə və ya kirayə müqaviləsi, Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş digər sənəd);
  • Əcnəbi tələbəni yaşayış yeri ilə təmin edən şəxsin ərizəsi notarial təsdiq (əcnəbinin yaşayış yerinə sahib olduğu hal istisna olmaqla);
  • Nigah haqqında şəhadətnamənin notarial qaydada təsdiqlənmiş forması;
  • Əcnəbi tələbəni yaşayış yeri ilə təmin edən şəxsin şəxsiyyət vəsiqəsinin surəti notarial təsdiq NOTARIAT TESDIQ(əcnəbinin yaşayış yerinə sahib olduğu hal istisna olmaqla);
  • Azərbaycan Respublikası ərazisində qalmağa və ya müvəqqəti yaşama icazə verən sənədin surəti;
  • 3×4 sm ölçülü dörd ədəd fotoşəkil;
  • Müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiqlənmiş təhlükəli yoluxucu xəstəliklər (İnsanda İmmunçatışmazlığı Virusu, Hepatit B və Hepatit C) siyahısına daxil edilmiş hər hansı bir xəstəliyin daşıyıcısı olmadığını təsdiq edən arayı;
  • Dekanlıq tərəfindən təqdim olunan qəbul əmrinin sürəti;
  • Hərbi və xüsusi şöbədən TN və DMX-nə təhsil alma haqqında arayışlar;
  • Dövlət haqqının ödənilməsini təsdiq edən qəbz.

 

Azərbaycan Respublikası ərazisində müvəqqəti yaşamaq üçün icazə sənədi təqdim edildikdə dövlət rüsumunun ödənilməsini təsdiq edən qəbz əcnəbilər tərəfindən təqdim olunur. Tələbələr yaşadıqları ünvanı dəqiq və düzgün qeyd etməlidirlər əks halda DMX keçirdiyi yoxlamalar zamanı tələbə qeyd etdiyi ünvanda yaşamasa onu ölkədən deportasiya edirlər.

 

Daha ətraflı məlumat üçün:

Beynəlxalq əməkdaşlıq departamenti (115 otaq) müraciət edə bilərsiniz.

Əlaqə telefonu: +994 12 492 60 45

Mersin eskort - buy tiktok followers - takipcimx - twitch viewer bot - deneme bonusu veren siteler - instagram story viewer - postegro - buy instagram followers - buy instagram followers - antalya airport transfer - deneme bonusu - sahabet - onwin - Aviator oyna - Cinsel sohbet - instagram takipçi satın al -

anlaşmalı boşanma

-

loodgieter den haag

- toscanello satın al - Postegro - Yeraltı kablo döşeme ürünleri - instagram gizli hesap görme - Twitch view bot - Betnano - tipobet - matadorbet - casino - Venusbet - likit - Betmarko - Fixbet - Starzbet - eta saat - Hipercasino - Twitch viewer bot - sweet bonanza oyna - vozol