Mayın 5-də Azərbaycan Dövlət İqtisad Universitetinin (ADİU) Beynəlxalq İqtisadi Münasibətlər fakültəsində Birləşmiş Millətlər Təşkilatı İnkişaf Proqramı və İdman və Gənclər Nazirliyinin birgə lahiyəsi olan Birləşmiş Millətlər Təşkilatı Simulyasiya modelinin təqdimatı keçirilib.
Beynəlxalq İqtisadi Münasibətlər fakültəsinin dekanı Mənsur Bərxudarov ADİU-nun beynəlxalq əlaqələrinin daima genişləndiyini bildirərək, MUN (Model United Nation) lahiyəsi çərçivəsində də ali təhsil müəssisinin fəal olacağına əminliyini ifadə vurğulayıb.
Tədbirdə bildirilib ki, MUN modeli gənclərə BMT-nin işləmə mexanizmini, problem və üstünlüklərini daha dərindən dərk etməyə, yerli və beynəlxalq səviyyədə simulasiya oyunlarında öz diplomat, natiq, səfir, mediator vərdişlərini inkişaf etdirməyə, eyni zamanda Azərbaycan həqiqətlərini ən nüfuzlu meydançalardan səsləndirmək imkanı verir.
Tədbirdə iştirak edən Beynəlxalq münasibətlər kafedrasını müdiri, professor Bəhruz Abdullayev kafedra əməkdaşları tərəfindən dərslərdə simulyasiya oyunundan seminar metodlarından biri kimi istifadə etdiklərini açıqlayaraq, bu sahədə əməkdaşlığın faydalı olacağını qeyd etdi.
MUN-un tarixi, Azərbaycanda inkişaf tarixçəsindən bəhs edən qonaqlar ADİU-da də tezliklə MUN özəyinin yaradılması əzmində olduqlarını bildirdilər. Tədbirin sonunda tələbələri maraqlandıran suallar cavablandırılıb.