UNEC-in İnnovativ Biznes-İnkubatorunun açıq havada təşkil etdiyi təlim-əyləncə layihəsinin ilk görüşü keçirilib.
UNEC-in Əsaslı Kitabxana kollektivinin təşəbbüsü ilə reallaşan təlimdə müxtəliftipli – həm akademik, həm də kütləvi kitabxanaların əməkdaşları, həmçinin BDU “Kitabxanaçılıq” fakültəsinin tələbələri iştirak ediblər. Təlimin birinci hissəsində UNEC Əsaslı Kitabxananın baş biblioqrafı Arzu Məmmədovanın “Möhtəşəm Yaxşı Məkan…Kitabxana” adlı təqdimatı, sonra isə “ADA” Universiteti Elmi Kitabxanasının “Tədqiqat və Təlim” şöbəsinin rəhbəri Müşviq İmamverdiyevin “Universitet kitabxanalarının əhəmiyyətini müəyyən edən 3 tendensiya” mövzusunda seminarı dinlənib.
İkinci hissə təlim iştirakçılarının komandalara bölünərək, peşəkarlar arasında keçirilən maraqlı məşğələ ilə davam edib. Mütəxəssislər üçün təşkil edilən təlim universitet kitabxanalarında müasir xidmət növləri haqqında yeniliklər və diskussiyalarla yadda qalıb. Sonda Arzu Məmmədova ilə Müşviq İmamverdiyevə təşəkkürnamə, iştirakçılara isə sertifikatlar təqdim edilib.