1977-ci il avqustun 22-də Bakı şəhərində anadan olmuşdur.
1994-cü ildə Azərbaycan Dövlət İqtisad İnstitutunun (indiki Azərbaycan Dövlət İqtisad Universiteti) Hesablama mərkəzində operator vəzifəsində işə başlamışdır.
1995-ci ildə Azərbaycan Dövlət İqtisad İnstitutuna (indiki Azərbaycan Dövlət İqtisad Universitetinə) daxil olmuş və 2000-ci ildə həmirn universiteti bitirmişdir.
*
2000-ci ildə ildə magistraturaya daxil olmuş və 2002-ci ildə fərqlənmə diplomu ilə bitirmişdir.
2002-ci ildən Azərbaycan Dövlət İqtisad Universitetinin “Mühasibat uçotu” kafedrasında müəllimə vəzifəsində çalışır.
*
2012-ci ildə dissertasiya işini müdafiə edərək iqtisad üzrə fəlsəfə doktoru elmi adını almışdır.
2014-cü ildən kafedranın baş müəllimidir.
2010-cu ildə Beynəlxalq Mühasibat Uçotu kurslarının sertifikatını alıb.
Ailəlidir, iki övladı var.