“Novruz mühazirələri” UNEC-də davam edib

06 MART 2017 | VIEWS:
1844

Martın 6-da UNEC-də növbəti “Novruz mühazirəsi” keçirilib.

Bu dəfə UNEC-in “İqtisadiyyatın tənzimlənməsi” kafedrasının müdiri, professor Məhiş Əhmədovun “Milli iqtisadiyyat üzrə strateji yol xəritəsi davamlı inkişafa keçid konsepsiyası kimi” mövzusunda mühazirəsi dinlənilib.

Mühazirədə UNEC-in rektoru, professor Ədalət Muradov, universitetin professor-müəllim heyəti, təhsil ekspertləri və tələbələr iştirak ediblər.

UNEC professoru mühazirəsində milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsinin qısa, orta və uzunmüddətli dövrləri əhatə etməklə, 2020-ci ilədək iqtisadi inkişaf strategiyası və tədbirlər planı, 2025-ci ilədək olan dövr üçün uzunmüddətli baxış və 2025-ci ildən sonrakı dövr üçün hədəf baxışdan ibarət olduğunu bildirib. Sənədin təkcə inkişaf məqsədləri və prinsiplərini deyil, həm də hər bir istiqamət üzrə qlobal meylləri, iqtisadiyyatın 360 dərəcəli diaqnostikasını və mövcud vəziyyətin GZİT təhlilini, görüləcək tədbirləri, tələb olunan investisiya və nəticə indikatorlarını əhatə etdiyini vurğulayıb.

Məhiş Əhmədov mühüm sənədin strateji hədəflərini açıqlayıb. Mövzuya Azərbaycan üçün qlobal və regional kontekstdən baxaraq, onilliklər ərzində qlobal iqtisadiyyata təsirlərin ilk əlamətlərinin artıq indidən görünməkdə olduğunu diqqətə çatdırıb.

Tədbirdə iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

1845 1