Rus_dilip.e.d., prof. Mirzəyev Seyran Salam oğlu

20 iyun 1943-cü ildə Zaqatala şəhərində anadan olub.

1950-1960-ci illərdə Zaqatala şəhər 2 saylı məktəbdə təhsil alıb.

1960-ci ildə M.F.Axundov adına Azərbaycan Pedaqoji Dillər  İnstitutuna (indiki Azərbaycan Slavyan Universiteti) daxil olub.

1965-ci ildə həmin institutu bitirdikdən sonra Azərbaycanın Kəlbəcər və Zaqatala kənd orta məktəblərində rus dilini tədris edib.

1970-1974-cü illərdə Moskva şəhərində Pedaqoji Elmlər Akademiyasının Milli məktəblərdə rus dilinin tədrisi elmi-tədqiqat institutunun aspiranturasına qəbul olunub və paralel olaraq M.F.Axundov adına Azərbaycan Dövlət Dillər İnstitutunda pedaqoji fəaliyyətə başlayıb. 1975-ci ilin yanvar ayında Moskva şəhərində namizədlik dissertasiyasını müdafiə edib, dosent adı alıb.

1975-1979-cu illərdə Banqladeşin Daqqa, Əfqanıstanın Kabul və Məzahi Şərif şəhərlərinin tədris ocaqlarında rus dilinin tədrisi üzrə professor vəzifəsində çalışıb, səmərəli əmək fəaliyyətinə görə Əfqanıstanın Təhsil Departamenti tərəfindən fəxri fərmanla təltif olunub.

 

*

1989-cu ildən Azərbaycan Dövlət İqtisad İnstitutunda (idiki UNEC) işləyir. 1989-1991-ci illərdə “Rus dili” kafedrasının dosenti, 1992-ci ilin fevral ayından 2001-ci ilin dekabr ayına kimi həmin kafedranın müdiri vəzifəsində çalışıb. 1996-2004-cü illərdə paralel olaraq Odlar Yurdu Universitetində “Dillər” kafedrasının müdiri və Tərcümə fakültəsinin dekanı vəzifəsində çalışıb.

1996-ci ildə “Qeyri-rus auditoriyası üçün rus dilinə aid məktəb dərsliyinin nəzəriyyəsi” adlı doktorluq dissertasiyasını müdafiə edib.

Rus dilinin tədrisinə dair proqramların, dəfələrlə nəşr olunmuş 5-ci, 7-ci və 10-cu siniflər üçün yazılmış “Rus dili” dərsliklərinin müəllifi olub.  130-а yaxın elmi əsəri, o cümlədən 2 monoqrafiya, 10 ali və orta məktəblər üçün dərslik və dərs vəsaitləri, bir sıra metodik göstərişlər və elmi məqalələri nəşr olunub. 40-a yaxın dissertantın namizədlik və doktorluq dissertasiyalarının rəsmi opponenti və rəyçisi olub.

2011-ci ildə Azərbaycan Respublikası “Təhsil əlaçısı” (AR Təhsil Nazirliyinin 2011-ci il 27 sentyabr tarixli 11/927 nömrəli əmri ilə) döş nişanı ilə təltif olunub.

UNEC-in “Rus dili” kafedrasının  məsləhətçi-professoru olub.

Hazırda UNEC-in “Xarici dillər” kafedrasının məsləhətçi-professorudur.

WordPress SEO - eskort - buy tiktok followers - youtube izlenme satın al - twitch viewer bot - betrupi - deneme bonusu veren siteler - takipçi - instagram story viewer - postegro - buy instagram followers - buy instagram followers - antalya airport transfer - istanbul escort - mecidiyeköy escort - bakırköy escort - ip stresser - istanbul escort - Baywin - deneme bonusu veren siteler - deneme bonusu veren siteler - deneme bonusu - sahabet - onwin - ip stresser