farzaliyev_mazahirtex.e.d., prof. Fərzəliyev Məzahir Həmzə oğlu

e-mail: m.farzaliyev@unec.edu.az

1945-ci ildə Quba rayonunda anadan olub.

1962-1967-ci illərdə Azərbaycan Politexnik İnstitutunda (indiki Azərbaycan Texniki Universiteti) təhsil alaraq mühəndis-mexanik ixtisasına yiyələnib. İnstitutu bitirdikdən sonra gənc mütəxəssis kimi “Maşınqayırmanın texnologiyası” kafedrasında işə başlayıb. 1969-1971-ci illərdə ATU-nin “Toxuculuq və yeyinti sənaye maşınları” kafedrasında assistent vəzifəsində işləyib.

1970-1973-cü illərdə Moskva Yüngül Sənayesinin Texnologiyası İnstitutunun məqsədli aspiranturasında oxuyub.
1973-cü ildə Moskva şəhərində vaxtından əvvəl namizədlik dissertasiyası müdafiə edib.

1973-1979-cu illərdə ATU-nin “Toxuculuq və yeyinti sənayesi maşınları” kafedrasının assistenti və baş müəllimi işləyib.
1979-cu ildən Azərbaycan Texnologiya İnstitutunda kafedra müdiri, 1984-cü ildən isə eyni zamanda prorektor vəzifəsində çalışıb.

1990-cı ildə Sankt-Peterburq Dövlət “Dizayn və Texnologiya” Universitetində doktorluq dissertasiyası müdafiə edərək, texnika elmləri doktoru elmi adını alıb. 2000-ci ildən 2020-ci ilə kimi İqtisad Universitetinin “Texnoloji maşınlar və sahə avadanlıqları” kafedrasının müdiri vəzifəsində işləyib.

1984-1991 SSRİ Xalq Təhsili Nazirliyinin tədris metodiki şurasının üzvü olub.
1993-2008-ci illərdə AR Prezidenti nəzdində AAK-nın texniki elmlər üzrə ekspert şurasının üzvü və “Yüngül və sənaye” bölməsinin sədri olub.

Azərbaycan Respublikası Prezidentinin 24 sentyabr 2020-ci il Sərəncamına əsasən Azərbaycan Dövlət İqtisad Universitetinin 90 illiyi münasibətilə və Azərbaycanda təhsilin inkişafındakı xidmətlərinə görə “Əməkdar müəllim”  fəxri adına layiq görülmüşdür.

Respublikada və xaricdə nəşr edilən 150-dən artıq elmi-metodiki məqalənin, o cümlədən 8 dərsliyin, 4 dərs vəsaitinin, 3 metodiki göstərişin, 20 fənn proqramının, 8 patentin müəllifidir.

Hazırda UNEC-in “Mühəndislik və tətbiqi elmlər” kafedrasının professorudur.

Ailəlidir, bir qızı, iki oğlu və üç nəvəsi var.

*
ELMİ ƏSƏRLƏRİNİN SİYAHISI

mazahir0d32e399af3c7e8ef87204vekiltttDSC_00302-1024x687Turkiyeqida09158uludag

prof. M.Fərzəliyev UNEC NEWS-da 

UNEC müəllimlərinin Türkiyə universitetlərinə səfəri səmərəli oldu (16.02.2017)
UNEC xarici universitetlərlə təcrübə mübadiləsi edir
 (13.02.2017)

*

*

*

 

4857 3
WordPress SEO - eskort - buy tiktok followers - youtube izlenme satın al - twitch viewer bot - betrupi - deneme bonusu veren siteler - takipçi - instagram story viewer - postegro - buy instagram followers - buy instagram followers - antalya airport transfer - istanbul escort - mecidiyeköy escort - bakırköy escort - ip stresser - istanbul escort - Baywin - deneme bonusu veren siteler - deneme bonusu veren siteler - deneme bonusu - sahabet - onwin - ip stresser