mazahir_foto

“Texnoloji maşınlar və sahə avadanlıqları” kafedrasının müdiri tex.e.d., prof. Fərzəliyev Məzahir Həmzə oğlu

e-mail: m.farzaliyev@unec.edu.az

1945-ci ildə Quba rayonunda anadan olub.

1962-1967-ci illərdə Azərbaycan Politexnik İnstitutunda (indiki Azərbaycan Texniki Universiteti) təhsil alaraq mühəndis-mexanik ixtisasına yiyələnib. İnstitutu bitirdikdən sonra gənc mütəxəssis kimi “Maşınqayırmanın texnologiyası” kafedrasında işə başlayıb. 1969-1971-ci illərdə ATU-nin “Toxuculuq və yeyinti sənaye maşınları” kafedrasında assistent vəzifəsində işləyib.

1970-1973-cü illərdə Moskva Yüngül Sənayesinin Texnologiyası İnstitutunun məqsədli aspiranturasında oxuyub.
1973-cü ildə Moskva şəhərində vaxtından əvvəl namizədlik dissertasiyası müdafiə edib.

1973-1979-cu illərdə ATU-nin “Toxuculuq və yeyinti sənayesi maşınları” kafedrasının assistenti və baş müəllimi işləyib.
1979-cu ildən Azərbaycan Texnologiya İnstitutunda kafedra müdiri, 1984-cü ildən isə eyni zamanda prorektor vəzifəsində çalışıb.

1990-cı ildə Sankt-Peterburq Dövlət “Dizayn və Texnologiya” Universitetində doktorluq dissertasiyası müdafiə edərək, texnika elmləri doktoru elmi adını alıb. 1991-2000-ci ildən İqtisad Universitetinin “Texnoloji maşınlar və sahə avadanlıqları” kafedrasının müdiri vəzifəsində işləyir.

1984-1991 SSRİ Xalq Təhsili Nazirliyinin tədris metodiki şurasının üzvü olub.
1993-2008-ci illərdə AR Prezidenti nəzdində AAK-nın texniki elmlər üzrə ekspert şurasının üzvü və “Yüngül və sənaye” bölməsinin sədri olub.

Respublikada və xaricdə nəşr edilən 150-dən artıq elmi-metodiki məqalənin, o cümlədən 8 dərsliyin, 4 dərs vəsaitinin, 3 metodiki göstərişin, 20 fənn proqramının, 8 patentin müəllifidir.

Ailəlidir, bir qızı, iki oğlu və üç nəvəsi var.

DSC_0457vekiltttDSC_00302-1024x687Turkiyeqida09158uludag

UNEC müəllimlərinin Türkiyə universitetlərinə səfəri səmərəli oldu (16.02.2017)
UNEC xarici universitetlərlə təcrübə mübadiləsi edir
 (13.02.2017)

*

*

*

 

1208 2