1940-cı ildə Qazax rayonunda anadan olub.
1961-ci ildə Azərbaycan Dövlət Universitetinin “İqtisadiyyat” fakültəsini bitirib. 1963-1966-cı illərdə Moskvada SSRİ EA-nın İqtisadiyyat İnstitutunun aspirantı olmuş və 1966-cı ildə vaxtından əvvəl həmin İnstitutda namizədlik dissertasiyasını müdafiə edib. 1983-cü ildə doktorluq dissertasiyası müdafiə edib və 1985-ci ildə professor adı alıb.
Uzun müddət Azərbaycan EA İqtisadiyyat və Azərbaycan Dövlət Plan Komitəsi nəzdində Elmi-Tədqiqat İnstitutunda müxtəlif vəzifələrdə işləyib. 1987-1992-ci illərdə Azərbaycan Dövlət Dillər İnstitutunda “Siyasi iqtisad” kafedrasının müdiri olub. 1992-1994-cü illərdə Azərbaycan Dövlət İqtisad İnstitutunda birinci prorektor vəzifəsinə təyin olunub və yanvar 1994-cü ildən may 2000-ci ilədək həmin institutun rektoru vəzifəsini icra edib.
300 çap vərəqdən yuxarı elmi əsərləri, o cümlədən, monoqrafiyaları, dərslikləri, dərs vəsaitləri və elmi məqalələri çapdan çıxıb.
2015-ci ilin oktyabrına kimi UNEC-in “Aqrar-sənaye müəssisələrinin iqtisadiyyatı və idarə edilməsi” kafedrasına rəhbərlik edib.
2015-ci ilin oktyabrında Bakı şəhərində vəfat edib.