emek_tofiq_foto

i.e.d., prof. Quliyev Tofiq Əvəz oğlu

e-mail: [email protected] 

1935-ci ildə Ağdam rayonunda anadan olub.

1953-cü ildə Ağdam rayonu Xındırıstan orta məktəbi bitirib, həmin ili K.Marks adına Azərbaycan Dövlət Xalq Təsərrüfatı İnstitutuna daxil olub.
1957-ci ildə həmin institutu Sənayenin iqtisadiyyatı ixtisası üzrə fərqlənmə diplomu ilə bitirib.

1957-ci ildə Azərbaycan Dövlət Sənaye Layihə İnstitutunda mühəndis-iqtisadçı, 1958-ci ildə Azərbaycan Kənd Təsərrüfatı Nazirliyində Sənaye-təmir idarəsində baş iqtisadçı, 1964-cü ildə Azərbaycan SSRİ ali və orta ixtisas Təhsil Komitəsi ali məktəblər idarəsinin baş inspektoru, 1965-ci ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetində baş müəllim və dosent, sonrakı illərdə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunda dosent, professor, kafedra müdiri (1970-ci ildən) vəzifələrində çalışıb.

500-dən artıq elmi-metodiki əsərin, monoqrafiyanın, məqalənin müəllifidir. 1972-ci ildə “Əməyin iqtisadiyyatı”, 1974-cü ildə “Əməyin elmi təşkili”, 1993-cü ildə “İdarəetmənin əsasları”, 2001-2006-cı illərdə (ikinci nəşr) “Menecmentin əsasları”, 1998-ci ildə “Əməyin sosiologiyası” kitabları nəşr edilib. 1967-ci ildə Moskvanın ən nüfuzlu nəşriyyatı sayılan “Мысль” nəşriyyatında mənafelər problemi, 1974-cü ildə isə əməyin reduksiyasına həsr edilmiş monoqrafiyaları çap edilib.

1960-1963-cü illərdə Plexanov adına Moskva Xalq Təsərrüfatı İnstitutunun “Əməyin iqtisadiyyatı” kafedrasının əyani aspirantı olub.
1963-cü ildə orada namizədlik dissertasiyasını, 1968-ci ildə doktorluq dissertasiyasını  müdafiə edib.

1992-ci ildə əməkdar elm xadimi adına layir görülüb. “Şöhrət” ordeni ilə təltif edilib.

Ali Attestasiya Komissiyasının iqtisadiyyat üzrə ekspert şurasının üzvüdür.  1990-1998-ci illərdə Beynəlxalq iqtisadçılar ittifaqının rəyasət heyətinin üzvü olub.
2010-cu ildə “Qızıl qələm” mükafatına layiq görülüb. Dünyanın 30-dan çox ölkəsində, o cümlədən Harvard Universitetinin kitabxanasında 3 kitabı oxuculara təqdim edilib.

23.02.2019-cu il tarixində vəfat edib.

DSC_3300DSC_0007DSC_0006DSC_8641obl-1

prof. T.Quliyev UNEC NEWS-da

AccessBank-dan UNEC tələbələrinin elmi-tədqiqatına dəstək (15.03.2018)
UNEC-də konfrans: “Hüseyn Cavid irsi və müasir dövr”
 (01.03.2018)
UNEC-də elmi seminar: “İqtisad elmi və iqtisadiyyat”
 (29.12.2017)
Şeirlərini “Tofiq Fərid” təxəllüsü ilə yazan alim
 (04.07.2017)
UNEC professorunun kitabları dünya arenasında
 (04.07.2017)

UNEC-də “Strateji Yol Xəritəsi” öyrənilir
 (19.01.2017)
UNEC-də ilk nümunəvi dərslər keçilib
 (15.01.2016)

6591 1