1990-cı ildə N. Voznesenski adına Leninqrad Maliyyə – İqtisad İnstitutunun Bakı filialını “Mühasibat uçotu” ixtisası üzrə bitirib.
1998-2016-cı illər ərzində Azərbaycan Dövlət İqtisad Universitetinin “İqtisadi təhlil” kafedrasında böyük laborant vəzifəsində çalışıb.
Fəaliyyət göstərdiyi həmin illər (2004-2014) ərzində “İqtisadi təhlil nəzəriyyəsi”, “İqtisadi təhlil” və “İdarəetmə təhlili” fənləri üzrə saat hesabı qaydada (hər il dərs yükünün 250 saatdan az olmamaq şərtilə) dərs aparıb.
2011-ci ildə “Пути совершенствования учета затрат и анализ себестоимости СМР” mövzusunda “Mühasibat uçotu və statistika” ixtisası üzrə dissertasiyasını müdafiə edib və 2013-ci ildə iqtisad üzrə fəlsəfə doktoru alimlik dərəcəsi diplomunu alıb.
2017-ci ilin oktyabr ayından Rus İqtisad Məktəbinin nəzdində “İqtisadiyyat” kafedrasında 0,5 şt böyük laborant vəzifəsində çalışıb.
2018-ci ilin sentyabr ayından “İqtisadiyyat” (rus dilində) kafedrasında tam ştat müəllim vəzifəsində çalışıb.
20.04.2022-ci il tarixdən həmin kafedranın baş müəllimi vəzifəsinə keçirilib.
14 elmi əsərin müəllifidir.
Ailəlidir. İki övladı var.