e-mail: [email protected]
1953-cü il aprel ayının 18-də Ağcabədi şəhərində anadan olub.
1961-ci ildə Ağcabədi səhərində məktəbə getmiş, Oğuz şəhərində təhsilini davam etdirmiş, 1970-ci ildə Zaqatala şəhərində 3 №-li orta məktəbi bitirmişdir.
1971-ci ildə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutuna daxil olub. 1976-cı ildə həmin institutu bitirərək, siyasi iqtisad müəllimi ixtisasına yiyələnib. 1977-ci ilin fevral ayında təyinatla gənc mütəxəssis kimi Respublika Ali və Orta İxtisas Təhsili Nazirliyinin İqtisadi Təhsil üzrə Elmi-metodik Şurasında baş metodist vəzifəsində işə başlayıb.
*
1977-ci ilin aprel ayından 1978-ci ilin dekabr ayına kimi ordu sıralarında həqiqi hərbi xidmətdə olub. 1982-ci ilin aprel ayında həmin nazirliyin Orta İxtisas Təhsili üzrə tədris-metodik kabinetində metodist vəzifəsinə keçirilib. 1988-ci ilin mart ayından Respublika Xalq Təhsili Nazirliyinin tədris-metodik mərkəzində xüsusi fənlər kabinetinin baş metodisti və kabinet müdiri vəzifəsində çalışıb. 1990-cı ilin aprel ayından 1991-ci ilin dekabr ayınadək Nazirliyin ictimai elmlərin tədrisi şöbəsinə inspektor vəzifəsinə keçirilib. 1991-ci ilin dekabırından 1992-ci ilin iyununadək tərbiyə işinin təşkili idarəsində, 1993-cü ilin fevral ayınadək isə tərbiyə işi və məktəbəqədər müəssisələr şöbəsində inspektor vəzifəsində çalışıb. Təhsil Nazirinin əmri ilə 1993-cü ilin fevral ayından İqtisad Universitetinin kadrlar şöbəsinin rəisi vəzifəsinə keçirilib. 2000-ci ilin iyun ayından İqtisad Universitetinin kadrlar şöbəsinin (hazırda İnsan resursları şöbəsi) müdiri vəzifəsində çalışır.
Azərbaycan Respublikası Prezidentinin 24 sentyabr 2020-ci il tarixli Sərəncamı ilə Azərbaycan Dövlət İqtisad Universitetinin 90 illiyi münasibətilə və Azərbaycanda təhsilin inkişafındakı xidmətlərinə görə “Tərəqqi” medalı ilə təltif edilib.