“Qonaq Elmi İşçilərin Mübadiləsi Proqramı”

23 FEVRAL 2018 | VIEWS:
2912

Fevralın 23-də Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyi (AİDA) “Qonaq Elmi İşçilərin Mübadiləsi Proqramı” çərçivəsində UNEC-də görüş keçirib.

UNEC-in Elm şöbəsinin müdiri, professor Zahid Məmmədov professor-müəllim heyətinə görüş haqqında məlumat verib. Bildirib ki, son dövrlər hazırlanan iqtisadçı kadrların, milli və beynəlxalq əmək bazarının sürətlə dəyişən tələblərinə uyğunluğunun artırılması, dünyanın qabaqcıl universitetləri ilə ortaq tədris proqramlarının reallaşdırılması UNEC-in əsas prioritetləridir.

Xarici İşlər Nazirliyinin Beynəlxalq İnkişafa Yardım Agentliyinin direktor müavini Leyla Abdullayeva və agentliyin üçüncü katibi Əli Əlabbasov “Qonaq Elmi İşçilərin Mübadiləsi Proqramı (Visiting Reserch Fellowship Program)” barədə ətraflı məlumat veriblər. Görüşdə Azərbaycan üçün müasir potensial iqtisadi imkanlar, ölkənin beynəlxalq iqtisadi qurumlarla əməkdaşlığı, turizm xidmətləri ixracı – yeni strategiya və potensial imkanlar istiqmətində fikir mübadiləsi aparılıb. İqtisadi inkişafın multikultural aspektləri, Azərbaycanın investisiya potensialı və posneft inkişaf strategiyası müzakirə edilib.

UNEC-in müəllimləri – professor Kamil Şahbazov, professor Müslüm İbrahimov, dosent Aida Quliyeva, Anar Eyyubov, Altay İsmayılov və Beynəlxalq əməkdaşlıq departamentinin direktoru Sənnur Əliyevin səsləndirdiyi təkliflər auditoriyanın xüsusi marağına səbəb olub.

2913 2