qurbanov_elcinQurbanov Elçin Çərkəz oğlu

Qurbanov Elçin Çərkəz oğlu 6 avqust 1968-ci ildə anadan olub.

1985-ci ildə 160 saylı orta məktəbi bitirərək, Bakı Dövlət Universitetinin Fizika fakültəsinə qəbul olunub. 1987-ci ildə hərbi xidmətə gedib. 1989-cu ildə Macarıstanda hərbi xidmətini başa vurub, Vətənə qayıdan Elçin ixtisasını dəyişmək qərarına gəlib. Elə həmin il birinci ali təhsilini yarımçıq qoyaraq, Dadaş Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüaftı İnstitutuna (indiki UNEC) daxil olub. “Maliyyə və kredit” fakültəsinin axşam şöbəsində təhsil almaqla yanaşı, bank sahəsində əmək fəaliyyətinə başlayıb. Xüsusi savad və bacarıqlarına görə yaşıdlarından fərqlənən Elçin qısa müdddətdə kommersiya banklarından birində sədr müavini vəzifəsinə qədər yüksəlib.

1993-cü ildə, V kursda oxuyarkən, təhsilini və karyerasını yarımçıq qoyaraq, könüllü cəbhəyə yollanıb. Ağdam istiqamətində gedən döyüşlərdə iştirak edib.

7 yanvar 1994-cü ildə Füzuli rayonunun Bəytəpə kəndi uğrunda gedən döyüşlərdə şəhid olub.

Bakıda Şəhidlər Xiyabanında dəfn edilib.

 

*

Attestat 1 Attestat 2 Elave vereqe 1  Shexsi kart Tibbi arayish 1Tibbi arayish 2