Fevralın 15-də Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Tədris-metodiki mərkəzin direktoru Eldar Azadov, Maliyyə və təminat departamentinin direktoru Nəsimi İsmayılov Radio UNEC-in qonağı olacaq.
Qonaqlar saat 16:00-dan 17:00-dək canlı efirdə tələbələrin təqaüdlərlə bağlı yeni qaydaları haqqında suallarını cavablandıracaqlar.
Canlı efirə zəng etmək üçün: 012 505 57 82
Radio UNEC-i dinləmək üçün: http://radio.unec.edu.az/
Veriliş həmçinin universitetin rəsmi “Youtube” kanalı ilə də canlı yayımlanacaq.