Radio UNEC təqdim edir: Kimlər təqaüd ala biləcək

14 FEVRAL 2016 | VIEWS:
2792

radio111Fevralın 15-də Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Tədris-metodiki mərkəzin direktoru Eldar Azadov, Maliyyə və təminat departamentinin direktoru Nəsimi İsmayılov  Radio UNEC-in qonağı olacaq.

Qonaqlar saat 16:00-dan 17:00-dək canlı efirdə tələbələrin təqaüdlərlə bağlı yeni qaydaları haqqında suallarını cavablandıracaqlar.

Canlı efirə zəng etmək üçün: 012 505 57 82

Radio UNEC-i dinləmək üçün: http://radio.unec.edu.az/

Veriliş həmçinin universitetin rəsmi “Youtube” kanalı ilə də canlı yayımlanacaq.

2793 1