Rəqəmsal iqtisadiyyata həsr olunan II beynəlxalq konfrans başa çatdı

29 APREL 2022 | VIEWS:
298

Aprelin 28-də başlayan “Rəqəmsal İqtisadiyyat: Müasir Çağırışlar və Real İmkanlar” adlı II Beynəlxalq konfrans plenar məruzələrlə davam edib.

Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin icraçı direktoru Tamerlan Tağıyevin moderatorluğu ilə keçirilən plenar iclaslarda aktual mövzularla çıxış ediblər.

“Human-computer interaction” laboratoriyasının təsisçisi, ODTU-nin professoru Dr. Kürşat Çağıltay “Rəqəmsal iqtisadiyyatda insan-kompüter qarşılıqlı əlaqəsi”, Birləşmiş Krallıq Kral Beynəlxalq Münasibətlər İnstitutu Rəqəmsal Cəmiyyət Təşəbbüsünün İcraçı direktoru Marjorie Buchser “Rəqəmsal Suverenlik və milli infrastrukturlar”, European Digital & Sourcing Consultancy (LT) şirkətinin təsisçisi və idarəedici partnyoru, Şərq Tərəfdaşlığı ölkələrində eLogistics & DTC İşçi Qrupunun sədri və Dünya Bankı layihələrinin eTrade eksperti Dr. Valeri Virkovski “Beynəlxalq təchizat zəncirlərinin rəqəmsallaşdırılması: tendensiyalar və müasir yanaşmalar”, AMEA-nın İdarəetmə Sistemləri institutunun baş direktoru, UNEC-in Rəqəmsal texnologiyalar və tətbiqi informatika kafedrasının müdiri akademik Əli Abbasov isə “Süni intellektin Azərbaycan iqtisadiyyatının rəqəmsal transformasiyasında rolu və inkişaf perspektivləri” adlı mövzuda məruzələrlə çıxış ediblər.

Aprelin 29-da isə “Rəqəmsal İqtisadiyyat: Müasir Çağırışlar və Real İmkanlar” adlı II beynəlxalq konfrans öz işini 8 bölmədə davam etdirib. Bölmə iclaslarında qlobal iqtisadi artımın qarşısında duran əsas problemlər, yüksək texnologiyalar yönümlü istehsal ekosistemi, iqtisadiyyatın rəqəmsal transformasiyası, yaşıl iqtisadiyyat və davamlı inkişaf, postpandemiya dövrünün iqtisadi çağırışları, pandemiya sonrası biznes transformasiyası və Azərbaycan iqtisadiyyatının keçmişinə və gələcəyinə baxış, Qarabağ iqtisadiyyatının bərpası və inkişafı prosesində rəqəmsal texnologiyalardan istifadə imkanları və prioritetləri kimi əsas mövzular müzakirə olunub.

Beynəlxalq konfrans işini uğurla yekunlaşdırıb.

https://news.unec.edu.az/xeber/100-elm/8760-regemsal-igtisadiyyata-hesr-olunan-ii-beynelxalg-konfrans-basha-chatdi

299 1
WordPress SEO - eskort - buy tiktok followers - youtube izlenme satın al - twitch viewer bot - betrupi - deneme bonusu veren siteler - takipçi - instagram story viewer - postegro - buy instagram followers - buy instagram followers - antalya airport transfer - istanbul escort - mecidiyeköy escort - bakırköy escort - ip stresser - istanbul escort - Baywin - deneme bonusu - sahabet - onwin - ip stresser - Aviator oyna