osmanov_aliProf. Həsənov Əli Pənah oğlu

e-mail: [email protected]

 

1937-ci il dekabr ayının 31-də Beyləqan rayonunda anadan olub.

1957-ci ildə orta məktəbi qızıl medalla bitirərək K.Marks adına Xalq Təsərrüfatı İnstitutuna daxil olmuşdur. 1962-ci ildə həmin institutu fərqlənmə diplomu ilə bitirib və kafedrada müəllim kimi fəaliyyətə başlayıb. 1962-1966-cı illərdə Universitetin Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin sədr müavini seçilmişdir.
1962-1964-cü illərdə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) «Sənaye malları əmtəəşünaslığı» kafedrasının assistenti olmuşdur.

1966-1988-ci illərdə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun «Sənaye malları əmtəəşünaslığı» kafedrasının dosenti;
1993-2000-ci illərdə Bakı Əmtəəşünaslıq-Kommersiya İnstitutunun rektoru;
2000-2004-cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin prorektoru;
2004-2011-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin Əmtəəşünaslıq fakultəsinin dekanı vəzifələrində işləyib.

2011-ci ildən “Qeyri-ərzaq malları əmtəəşünaslığı” kafedrasının, 2020-ci ilə kimi UNEC-in “İstehlak mallarının ekspertizası” kafedrasının müdiri olub.

22.10.2020-ci il tarixdən UNEC-in “Mühəndislik və tətbiqi elmlər” kafedrasının məsləhətçi-professorudu olub.

150-dən çox elmi əsərin, o cümlədən 27 dərsliyin, dərs vəsaitinin və monoqrafiyanın müəllifidir.

Müxtəlif illərdə fəxri fərmanlar, mükafatlarla qiymətləndirilib. 2010-cu ildə AR Prezidentinin sərəncamına əsasən “Tərəqqi” medalı ilə də təltif olunub.

Azərbaycan Respublikası Prezidentinin 24 sentyabr 2020-ci il tarixli sərəncamı ilə  Azərbaycan Dövlət İqtisad Universitetinin 90 illiyi münasibətilə və Azərbaycanda təhsilin inkişafındakı xidmətlərinə görə Əli Pənah oğlu Həsənov Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülmüşdür.

13 mart 2024-cü ildə vəfat edib.

11DSC_5016DSC_5037DSC_5049DSC_5192DSC_5245DSC_5372

prof.Ə.Həsənov UNEC NEWS-da

UNEC-də konfrans: “Hüseyn Cavid irsi və müasir dövr” (01.03.2018)
Əmtəəşünaslıq məktəbinin banisi Əli Həsənovun 80 illik yubileyi (28.12.2017)
UNEC: Təhsilin innovativ modeli (15.04.2016)

21osman_ali_0034qida-20171026-WA0005

 

9307 1