sevinc_standart44547119955_nAbdullayeva Sevinc Müseyib qızı

1983-cü il aprel ayının 12-də Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdur.  1989-1999-cu illər ərzində 61 saylı orta məktəbdə təhsil almış və qızıl medala layiq görülmüşdür.

1999-cü ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Texnologiya fakültəsinə daxil olmuş, 2003-cü ildə “Standartlaşdırma və sertifikasiya” ixtisası üzrə bakalavr təhsil pilləsini fərqlənmə diplomu ilə bitirmişdir.

2006-cı ildə İqtisad Universitetinin “İqtisadiyyat və idarəetmə” istiqamətinin “Marketinq” ixtisası üzrə MBA magistr təhsil pilləsini fərqlənmə diplomu ilə bitirmişdir.

2010-cu ildən İqtisad Universitetinin (UNEC) “Standartlaşdırma və sertifikasiya” kafedrasında müəllim işləyib. 2016-cı ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin SABAH qruplarında tədris aparmaq üçün təşkil olunmuş müsabiqədən keçmiş və  tədris aparmaqdadır. Hzırda UNEC-in “Mühəndislik və tətbiqi elmlər” kafedrasının müəllimidir.

2012-ci ilin dekabrında Keyfiyyət Assosasiyası tərəfindən təşkil olunmuş “İSO 9001-2008. Keyfiyyəti idarəetmə sistemi. Daxili audit” təlimi üzrə kursu uğurla bitirərək TÜV Avstriya Türk şirkətinin İstanbul qeydiyyatlı sertifikatına layiq görülmüşdür.

2013-cü ilin dekabr ayında UNEC-də fəlsəfə doktoru proqramı üzrə dissertanturaya qəbul olmuş, minimum imtahanlarını uğurla vermiş və tədqiqat işi üzərində çalışmaqdadır.

2014-cü ilin “Sənaye ili” elan edilməsi ilə əlaqədar keçirilmiş məqalə müsabiqəsində iştirak etmiş və ikinci yeri qazanmışdır.

2015-ci ildə Texnologiya Transfer Mərkəzi tərəfindən təşkil olunmuş “İxtiraçılığın əsasları və patentləşdirmə” mövzusunda keçirilən kursda iştirak etmişdir.

2016-cı ildə  “Gənclərin Elmi Araşdırmalarına Dəstək”  ictimai birliyinin təşkil etdiyi  təlimlərə qatılaraq tələbələrdə öyrənmə marağının formalaşdırılması və inkişafı istiqamətində biliklərə yiyələnmişdir.

*

Həmin ilin sentyabr ayında AR Təhsil Nazirliyinin Sabah Qrupları müəllimləri üçün təşkil olunmuş “Müsir müəllimin fərdi işçi planının (syllabus) tərtibi” təlimində uğurla iştirak etmişdir.

2017-ci ildən Tələbə Elmi Cəmiyyətinin “SS (Standartlaşdırma və Sertifikasiya) club” Tələbə Elmi Klubunun rəhbəridir.

2017-ci ildə yaranmış Gənc Müəllimlər Şurasının üzvüdür.

2018-ci ildə Keyfiyyət Assosiasiyası tərəfindən keçirilmiş “Global G.A.P. və Orqanik Kənd təsərrüfatı” üzrə seminarda iştirak etmişdir.

2019-cu ildə məqalələrindən biri SCOPUS platformasına daxil olan jurnalda dərc edilmişdir. Digər bir əsərinin dərc edildiyi toplu  isə Web of Science (Clarivate Analytics) bazasında indeksləşdirilmişdir.

2022-ci ilin sentyabr ayından “Mühəndislik” fakültəsində dekan müavini vəzifəsində çalışır.

Özünüinkişaf istiqamətində çox sayda təlim, seminar, treninq və kurslara qatılaraq 40-dan çox sertifikat, diplom, fəxri fərman və təşəkkürnaməyə layiq görülmüşdür.

50-dən çox çap olunmuş elmi və metodiki əsərin, o cümlədən 1 metodik göstəriş, 4 tədris proqramı, 14-ü xaricdə, 7-si yerli jurnallarda olmaqla 21 məqalənin, həmçinin 21-i beynəlxalq, 8-i respublika konfransına təqdim edilməklə 29 tezisin müəllifidir.

Ailəlidir, iki oğlu var.

ELMİ ƏSƏRLƏRİN SİYAHISI

sevinc_1355sevinc_abdulla188153529_nsevinc_standart44547119911_nsevinc_standart445471199_n

UNEC müəllimlərinə beynəlxalq sertifikatlar təqdim olundu (09.03.2022)