ABŞ universitetləri ilə UNEC arasında əməkdaşlıq genişləndirilir

03 MART 2017 | VIEWS:
1539

ABŞ-da təhsil üzrə regional təhsil koordinatoru Ketrin Skodova (Katherine Scodova) beynəlxalq əməkdaşlıq çərçivəsində UNEC də olub.

Görüşdə ABŞ universitetləri ilə UNEC arasında beynəlxalq əməkdaşlığın qurulması müzakirə edilib. Birgə lahiyə və proqramların işlənib hazırlanması təklif olunub. Beynəlxalq İqtisadiyyat Məktəbi, SABAH qrupları, UNEC Biznes Məktəbi və Tədrisin keyfiyyətinin qiymətləndirilməsi və idarəedilməsi mərkəzi ilə tanış olan qonaq UNEC-in infrastrukturundan və tədris prosesinin təşkilindən məmnunluğunu bildirib.

Birgə əməkdaşlıq üçün yüksək inkişaf perspektivlərinin olmasını qeyd edib.

1540 1