ceferova_sevda11f.-r.e.n., dos. Cəfərova Sevda Ziyad qızı

14 fevral 1967-ci ildə Bakı şəhərində anadan olmuşdur.

1985- ci ildə Bakı şəhəri 240 saylı orta məktəbi bitirmiş və Bakı Dövlət Universitetinin fizika fakültəsinə daxil olmuşdur.

1989 -cu ildə Bakı Dövlət Universitetini fizikşünas, fizika müəllimi ixtisası üzrə bitirmişdir və həmin ildən AMEA  Fizika İnstitutunun yarımkeçiricilər və dielektriklər fizikası ixtisası üzrə  əyani aspiranturada təhsil almışdır.

1992-ci ildə «Nadir elementlərin ionları ilə aktivləşdirilmiş laylı kristallarda eksitonlar» mövzusunda  dissertasiya işini müdafiə edərək fizika-riyaziyyat elmlər namizədi alimlik dərəcəsi almışdır. Həmin ildən Fizika İnstitutunda böyük elmi işçi vəzifəsində çalışmışdır.

 

 

 

*

2002-ci ildən Azərbaycan Dövlət İqtisad Universitetinin «Fizika» kafedrasında baş müəllim işləyib.

2006-cı ilin dekabr ayından müsabiqə yolu ilə dosent vəzifəsinə seçilmişdir.

Hazırda UNEC-in “Mühəndislik və tətbiqi elmlər” kafedrasının dosentidir.

39 elmi məqalənin, 1 elmi ixtiranın və 1 patentin müəllifi və həmmüəllifidir.

Ailəlidir, iki övladı var.

*

ELMİ ƏSƏRLƏRİNİN SİYAHISI