aynura44i.f.d. Hacıyeva Aynurə Sabir qızı 

10 iyun 1980-ci ildə Tovuz rayonunda anadan olmuşdur.

1997-ci ildə Bakı şəhəri M.Rahim adına 7 saylı orta məktəbi bitirmişdir. 2001-ci ildə Azərbaycan Dövlət  İqtisad Universitinin Uçot-iqtisad fakultəsinin “Mühasibat uçotu və audit” ixtisası üzrə bakalavr, 2005-ci ildə isə həmin universitetin magistratura pilləsini “Mühasibat uçotu və audit” ixtisası üzrə fərqlənmə diplomu ilə bitirmişdir.

2002-ci ildən 2016-cı ilə kimi “İqtisadi təhlil və audit” kafedrasında laborant vəzifəsində, 2016-cı ildən 2019-cu ilə kimi “Mühasibat uçotu və audit” kafedrasında baş laborant vəzifəsində işləyib. Həmin illər ərzində “Maliyyə təhlili” və “Audit” fənlərini saathesabı müəllim kimi tədris etmişdir. 2019-cu ildən 2022-ci ilə kimi “Mühasibat uçotu və audit” kafedrasında müəllim vəzifəsində işləyib. Hazırda “Maliyyə və audit” kafedrasında müəllim vəzifəsində çalışır.

*

2013-cü ildə 5303.01 “Mühasibat uçotu” ixtisası üzrə dissertanturaya qəbul olunmuş və iqtisadiyyat elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün “Auditdə iqtisadi təhlil prosedurları və onların təkmilləşdirilməsi istiqamətləri” mövzusunda dissertasiya işini yerinə yetirilmişdir. Azərbaycan Respublikası Ali Attestasiya Komissiyasının 14.12.2021-ci il tarixli qərarı ilə 5303.01 – Mühasibat uçotu ixtisasında iqtisad elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilmişdir. Dissertasiya işinin əsas elmi müddəaları və əldə edilmiş nəticələri AAK-nın siyahısına daxil olan elmi jurnallarda, UNEC-də keçirilmiş beynəlxalq elmi-praktiki konfransların  materiallarında və digər jurnallarda dərc edilmiş 20 adda elmi məqalələrdə öz əksini tapmışdır.

Ailəlidir, iki övladı var.