statistika_aliyev_alii.e.n., dos. Əliyev Əli İmaş oğlu

1968-ci ildə Biləsuvar rayonunda anadan olmuşdur.

1986-cı ildə Biləsuvar rayonu Çaylı kənd orta məktəbini bitirib.

1987-1989-cu illərdə hərbi xidmətdə olub.

1989-cu ildə N. Voznesenski adına Lenin­qrad-Maliyyə İqtisad İnstutunun Bakı filialına daxil olmuşdur.

1994-cü ildə Azərbaycan Dövlət İqtisad İnstitutunu Statistika ixtisası üzrə bitirmişdir. 1994-cü ildə Azərbaycan Dövlət İqtisad İnstitunun aspiranturasına (qiyabi təhsil üzrə) daxil olmuş, oranı müvəffəqiyyətlə bitirmiş və 2005-ci ildə «Azərbaycan Respublikasının xarici iqti­sadi əlaqələrinin statistik tədqiqi» mövzusunda  dissertasiya işini müdafiə edərək iqtisad elmləri nami­zədi elmi dərəcəsini almışdır. Azərbaycan Dövlət İqtisad Universitetinin doktaranturasında təhsilini davam etdirib.

 

*

1994-1997-ci illərdə «AEROSMİS» firmasında mühasib vəzifəsində çalışmışdır.

1997-2000-ci illərdə Bakı Ali Birləşmiş Komandanlıq Məktəbinin «İdarəetmə» kafedr­asın­da müəllim vəzifəsində çalışmışdır.

2000-ci ilin sentyabrından «Statistka» kafedrasında baş müəllim, 2008-ci ildən dosent vəzi­fə­sində çalışıb. Hazırda UNEC-in “Riyaziyyat və statistika ” kafedrasının dosentidir.

60 ç.v. həcmdə 50-dən çox elmi və metodiki əsərin, o cümlədən, 1 monoqrafiyanın və 6 dərs vəsaitinin müəl­lifidir: «1990-2000-ci illərdə Azərbayjan iqtisadiyaatı: inkişaf meyli, strategiyası və problemləri», (monoqrafiya), (birgə müəlliflər), «Əhali statistikası», dərs vəsaiti, (birgə müəlliflər) «Sosial-iqtisadi statistia», dərs vəsaiti, (birgə müəlliflər), «Sosial-iqti­sadi statistiadan məsələlər külüyyatı», dərs vəsaiti, (birgə müəlliflər),  «Maliyyə və bank sta­tistikası» dərs vəsaiti, (birgə müəlliflər), “Statistikanın nəzəriyyəsi”, dərs vəsaiti, “Statistika ”, dərs vəsaiti və s.

ELMİ ƏSƏRLƏRİN SİYAHISI