ilyas11İsayev Veysəl İlyas oğlu 

1933-cü ildə anadan olmuşdur. 1948-ci ildə orta məktəbi bitirmişdir. 1949-cu ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutuna daxil olmuş və 1953-cü ildə həmin institutu fərqlənmə diplomu ilə bitirmişdir. 1954-cü ildə Moskva Kənd Təsərrüfatı Akademiyasının aspiranturasına daxil olmuş, 1958-ci ildə həmin akademiyada “Azərbaycan SSR-in pambıqçılıq kolxozlarında gəlirlərin artırılması ehtiyatları” mövzusunda dissertasiya müdafiə edərək iqtisad elmləri namizədi alimlik dərəcəsi almışdır. 1958-1962-ci illərdə AzXTİ-nin Mühasibat uçotu və təsərrüfat fəaliyyətinin təhlili  kafedrasında baş müəllim işləmişdir. 1962-ci ildən Azərbaycan Kənd Təsərrüfatının İqtisadiyyatı Elmi-Tədqiqat İnstitutunda Uçot və maliyyə təsərrüfatı şöbəsinə rəhbərlik etmişdir. 1958-1965-ci illərdə göstərilən mövzu  üzrə görkəmli iqtisadçı tərəfindən 3 monoqrafiya buraxılmış, 30-dan artıq məqalə ilə elmi nəşrlərdə çıxışlar etmişdir. Bütün bunların yekunu kimi kollektiv təsərrüfatlarda mühasibat uçotunun vahid sistemi hazırlanmış və tətbiq olunmuşdur. Eyni zamanda təsərrüfat hesabının tətbiqi üzrə tövsiyyələr və əmək ödənişlərinin fəaliyyətinin  son  nəticələri ilə əlaqəsinin metodikası işlənib hazırlanmışdır. Bu tövsiyələrin həyata keçirilməsi və məhsulun uçotunun yalnız miqdar ifadəsində deyil, həm də keyfiyyət əlamətləri üzrə aparılması barədə təklifin tətbiqi istehsalın səmərəliliyinin artırılmasında mühum rol oynamışdır. 1972-ci ildə AzXTİ-da “Gəlirlərin təhlili və yeni şəraitdə onların səmərəli istifadəsinin iqtisadi əsasları” mövzusunda doktorluq  dissertasiyasını müdafiə edərək iqtisad elmləri doktoru alimlik dərəcəsini almışdır. 1977-ci ildə Moskvada onun “Kolxozlarda gəlirlərin bərabərləşdirilməsi və səmərəli istifadəsi” adlı böyük həcmli monoqrafiyası  çap edilmişdir. Bu, uçot üzrə Moskvada çap edilmiş ilk azərbaycanlı iqtisadçı alimin monoqrafiyası olmşdur. 1975-ci ildən ömrünün sonuna qədər Azərbaycan Kooperasiya İnstitutunda müxtəlif vəzifələrdə çalışmış və həmçinin ADİU-nun  “Mühasibat uçotu və audit” kafedrasının professoru olmuşdur. V.İsayev 1998-ci ildə vəfat etmişdir.

*

soltanSalmanov Soltan Adışirin oglu

Soltan Salmanov uzun müddət respublikamızda əmtəəşünaslıq elminin inkisafında, habelə yüksək ixtisaslı əmtəəşünas kadrların hazırlanmasında xüsusi xidməti olan əmtəəşünas alimlərdən biridir. Hazırda bu elmin aparıcı alim və təcrübəli mütəxəssisləri S.A.Salmanovun yetişdirmələridir. O, Böyük Vətən Müharibəsindən əvvəl əyani şöbə üzrə aspiranturaya daxil olmuş, lakin 1941-ci ildə Böyük Vətən Müharibəsinin başlanması ilə əlaqədar cəbhəyə çağrıldığından aspiranturada təhsilini yarımçıq qoyaraq vətənin müdafiəsində iştirak etmişdir. S.Salmanov cəbhədən qayıtdıqdan sonra aspiranturada təhsilini davam etdirərək “Azərbaycanda istehsal olunan ipək parçaların əmtəəşünaslıq xarakteristikası” mövzusunda Moskvada namizədlik dissertasiyasını müdafiə edərək, texnika elmləri namizədi alimlik dərəcəsinə layiq görülmüşdür. 1952-1959-cu illərdə K.Marks adına Xalq Təsərrüfatı İnstitutunda Ticarət-iqtisad fakültəsinin dekanı olmuşdur. 1959-cu ildə Xalq Təsərrüfatı İnstitutunun bir sıra ixtisasları S.M.Kirov adına ADU-nun tərkibinə birləşdirildi və həmin ixtisaslar  əsasında Ümumiqtisad fakültəsi yaradıldı. Bununla da 1962-ci ildən S.M.Kirov adına ADU-da müstəqil Əmtəəşünaslıq fakültəsi fəaliyyət göstərməyə başladı. S.A.Salmanov 1966-ci ilin fevral ayından D.Bünyadzadə adına Əmtəəşünaslıq fakültəsində dekan vəzifəsində işləyib. S.A.Salmanovun rəhbərliyi altında 1964-1974-cü illərdə Azərbaycanda əmtəəşünaslıq sahəsində müasir dövrün aparıcı alimləri sayılan 5 nəfər Moskvada müdafiə edərək alimlik dərəcəsi adını almışlar. S.A.Salmanov müxtəlif vaxtlarda fakültə dekanı (1966-1972) və Qeyri-ərzaq malları əmtəəşünaslıgı kafedrasının müdiri (1967-1976) olmaqla əmtəəşünaslıq elminin Azərbaycanda inkişaf etdirilməsində böyük xidmətləri olmuşdur. Onun rəhbərliyi altında Qeyri-ərzaq malları əmtəəşünaslığı kafedrasının əməkdaşları tərəfindən əmtəəşünaslığın müasir problemləri ilə bağlı bir sıra elmi məqalələr, dərs vəsaitləri, proqram və metodik işlər yazılmışdır.

*

farid11Fәrәcov Fәrid Әliqulu oğlu  

1927-ci il iyunun  23-dә Bakı şәһәrindә dünyaya göz açıb. O, 1949-cu ildә Azәrbaycan Dövlәt Xalq Tәsәrrüfatı İnstitutunu bitirdikdən sonra Moskvada keçmiş SSRİ Elmlәr Akademiyasının İqtisadiyyat İnstitutunun aspiranturasına qәbul olunmuş vә 1953-cü ildә “SSRİ kәnd tәsәrrüfatı maşınqayırma sәnayesindә әmәk mәһsuldarlığı mövzusunda namizədlik dissertasiyası müdafiә edәrәk iqtisad elmlәri namizәdi, alimlik dәrәcәsi almışdır. Elə һәmin ildәn Azәrbaycan Elmlәr Akademiyasının iqtisadiyyat böl­mәsindә kiçik, sonralar baş elmi işçi vәzifәsindә çalışan gәnc alim 1957-ci ildә Bakı Ali Partiya Mәktәbinə İqtisadi fәnlәr kafedrasına rәһbәrlik etmәyə dәvәt olunur. 1972-ci ildә respublikanın “Әmәkdar iqtisadcısı” fәxri adına layiq görülən Fәrid Fәrәcov müәllimlik fәaliyyәtini elmi işdәn ayırmırdı. Onun ilk kitabı 1956-cı ildә Müdafiә Şurasının mәslәһәti ilә Moskvada çap olunmuş namizәdlik dissertasiyası idi. Respublika materialları әsasında Azərbaycan dilindә iqtisadi dәrsliklәrә daha çox eһtiyac olduğunu nəzərə alan F.Fәrәcovun tәşəbbüsü vә rәһbәrliyi ilә 1963-cü ildә müәlliflәr kollektivi ilk dәfә “Sәnaye iqtisadiyyatı mәsәlәlәri” adlı dәrslik çap etdirmişdi. F.Fərəcov 1974-cü ildə “Azərbaycan sənayesinin sahə strukturu və onun təkmilləşdirilməsi problemləri” mövzusunda doktorluq dissertasiyasını müvəffəqiyyətlə müdafiə etmiş və Ali Attestasiya Komissiyası tərəfindən İqtisad elmləri doktoru elmi dərəcəsi və professor elmi adı təsdiq edilmişdir. Res­publika rәһbәrliyi bu saһәdә aparılan işlәri küclәndirmәk mәqsәdilә 1976-cı ildә F.Fәrәcovu ETİİ direktoru vә Dövlәt Plan Komitəsi Kollegiyasının üzvü tәyin etmişdir. Fərid Fərəcov 2000-ci ildə vəfat etmişdir.

*

ahmed11Qaravəliyev Əhməd Mustafa oğlu

1910-cu ildə anadan olmuşdur. O, 1953-cü ildə namizədlik, 1969-cu ildə isə doktorluq dissertasiyasını müdafiə etmişdir. 100-dən artıq elmi əsərin müəllifi olan Ə.Qaravəliyev İstehlak kooperasiyası problemlərinin tədqiqi sahəsində tanınmış alimlərdən biri olmuşdur. Onun 1966-cı ildə nəşr olunan “Azərbaycanın istehlak kooperasiyasının tarixi” monoqrafiyası Azərbaycan iqtisadi tarixinin bu sahəsini öyrənmək üçün zəngin mənbədir. O, 1947-1956-cı illərdə və 1966-1982-ci illərdə AzXTİ-də müəllim, baş müəllim, kafedra müdiri, dekan vəzifələrində işləmişdir.
*
*
Ə.Qaravəliyev 1991-ci illərdə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunda “Siyasi iqtisad” kafedrasının professoru olmuşdur. Görkəmli alim 1991-ci ildə vəfat etmişdir.

*

alesgerQasımov Ələsgər Ramazan oğlu

1948-ci ildə Moskvada “Sosializm  yarışı və onun əmək məhsuldarlığının yüksəldilməsində əqli əməklə fiziki əmək arasındakı əksliyin aradan qaldırılmasında rolu” mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. Məhsuldar  elmi-tədqiqat fəaliyyətinə, iqtisadçı kadrların hazırlanmasındakı xidmətlərinə görə Ələsgər Qasımov 1963-cü ildə doktorluq dissertasiyasını müdafiə etmədən professor elmi adına layiq görülmüşdür.

Hərbçi, komsomol və partiya işçisi, ali məktəb müəllimi kimi zəngin həyat məktəbi keçməsi onun dünyagörüşündə, insanlara, qarşılaşdığı problemlərə prinsipial münasibətində özünü büruzə verirdi. Onun rəhbərliyi və müəllifliyi ilə iki cildlik “Siyasi iqtisad ” dərsliyi hazırlanmış və nəşr olunmuşdur.

1963-cu ildə Azərbaycan Dövlət İqtisad Universitetinin İqtisad fakültəsinin dekanı olmuş, 1966-cı ildən təqaüdə çıxanadək Azərbaycan Xalq Təsərrüfatı İnstitutunda “Siyasi iqtisad” kafedrasına rəhbərlik etmişdir.

*

adil11Qasımov Adil Abbas oğlu 

1932-ci ildə anadan olmuşdur. 1959-cu ildə “Azərbaycan kənd təsərrüfatında əmək məhsuldarlığının yüksəldilməsi amilləri” mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. 1989-cu ildə elmi monoqrafiyalarına, kitabçalarına ali məktəblər üçün dərslik və dərs vəsaitlərinə, rəhbərliyi ilə müdafiə edilən namizədlik dissertasiyası işlərinə görə ona professor elmi adı verilmişdir. Professor A.Qasımov 1992-1998-ci illərdə BDU-nun İqtisadi nəzəriyyə, 1998-ci ildən ömrünün sonuna kimi isə Beynəlxalq iqtisadi münasibətlər kafedrasına rəhbərlik etmişdir. Adil Qasımov 2009-cu ildə vəfat etmişdir.

latif11Əhmədov Lətif Məhəmməd oğlu  

8 noyabr 1925-ci ildə anadan olmuşdur. 1943-cü ildə Şəki Pedaqoji texnikumunu bitirdikdən sonra hərbi xidmətə çağrılmışdır. L.Əhmədov 1943-cü ilin sentyabr ayında Smolensk ətrafındakı vuruşlarda ağır yaralandıqdan sonra hərbi müalicəxanada müalicə kursu keçmişdir. 1944-cü ildə II qrup müharibə əlili kimi Ordu sıralarından tərxis olunmuş L.Əhmədov 1949-cü ildə K. Marks adına Azərbaycan Dövlət Xalq Təsərrüfatı İnstitutuna daxil olmuş, 1953-cü ildə orada maliyyə ixtisası üzrə tam kursu, fərqlənmə diplomu ilə bitirmişdir. 8 yanvar 1959-cu ildə L.Əhmədova Moskva Dövlət İqtisad İnstitutunun Sovetinin qərarı ilə İqtisad Elmləri namizədi dərəcəsi verilmişdir. Ona Ali Attestasiya Komissiyasının 28 yanvar 1962-ci il qərarı ilə Maliyyə və kredit kafedrasının dosenti, 2002-ci ildə Azərbaycan Respublikasının Əməkdar müəllimi adı verilmişdir. 1941-1945-ci illərin Böyük Vətən Müharibəsindəki iştirakına görə orden və medallarla da təltif edilmişdir. 2010-cu ildə vəfat etmişdir.

*

agasalim11Ələsgərov Ağasəlim Kərim oğlu

1928-ci il may ayının 22-də Bakı şəhərində anadan olub. 1946-50-ci illərdə K.Marks adına Azərbaycan Dövlət Xalq Təsərrüfatı İnstitutunda (indiki Azərbaycan Dövlət İqtisad Universitetində) təhsil alıb. 1950-53-cü illərdə Bakı şəhəri Xalq Deputatları Sovetinin Plan Komissiyasında iqtisadçı vəzifəsindən baş iqtisadçı, mənzil-kommunal, əsaslı tikinti şöbələrinin müdiri və Bakı şəhəri uçot-inventarizasiya idarəsinin rəhbəri vəzifələrinə yüksəlib. 1958-ci ildə ilk dəfə SSRİ-də “Pambığın maya dəyəri və onun aşağı salınması yolları” mövzusunda namizədlik, 1968-ci ildə “Kənd təsərrüfatının ixtisaslaşması və onun iqtisadi effektliyi” mövzusunda doktorluq dissertasiyasını müdafiə edib, 1969-cu ildə professor adına layiq görülüb. 1974-1978-ci illərdə D.Bünyadzadə adına Xalq Təsərrüfatı İnstitutunda elmi işlər üzrə prorektor və “Siyasi iqtisad” kafedrasının müdiri, 1989-1998-ci illərdə AMEA İqtisadiyyat İnstitutunun direktoru vəzifələrində çalışıb. 1989-cu ildə AMEA-nın müxbir üzvü seçilib. A.Ələsgərovun elmi rəhbərliyi və opponentliyi ilə 78 nəfər elmlər doktoru və elmlər namizədi hazırlanıb. İqtisadiyyatın müxtəlif sahələrində – iqtisadi nəzəriyyə, makro-iqtisadi siyasət, maya dəyəri, əmək məhsuldarlığı, təsərrüfat hesabı və digər istiqamətlərə aid 221 elmi əsərin müəllifidir. Məhsuldar elmi fəaliyyətinə görə 1982-ci ildə “Əməkdar mədəniyyət işçisi”, 1986-cı ildə “Əmək veteranı” medalı, 2014-cü ildə isə Rusiya EA-nın xüsusi medalı ilə təltif edilib. A.Ələsgərov 2015-ci ildə vəfat edib.

 

nazim11Mustafayev Nazim Seyfi oğlu

5 aprel 1934-cü ildə anadan olmuşdur. 1951-ci ildə K.Marks ad. AzXTİ-nin  Ticarət-iqtisad fakültəsinə daxil olmuş və 1955-ci ildə Ərzaq malları əmtəəşünaslığı və ticarətin təşkili ixtisasını fərqlənmə diplomu ilə bitirmişdir. 1955-1964-cü illərdə Bakı Kooperativ Texnikumunda müəllimi işləmiş, eyni zamanda 1961-1965-ci illərdə S.M.Kirov adına ADU-nun aspirantı olmuşdur. 1965-ci ilin mart ayında ADU-nun Əmtəəşünaslıq kafedrasında müəllim, 1966-cı ilin sentyabrında D.Bünyadzadə adına AzXTİ-nin Əmtəəşünaslıq Universitetində “Azərbaycanın milli unlu qənnadı məmulatı və onların əmtəəşünaslıq xarakteristikası” mövzusunda namizədlik dissertasiyasını müdafiə etmiş və texniki elmlər namizədi alimlik dərəcəsi almışdır. 1967-ci ilin setyabrında D.Bünyadzadə adına AzXTİ-nin Əmtəəşünaslıq kafedrası iki ixtisas kafedralarınaa ayrıldıqda Ərzaq malları əmtəəşünaslığı kafedrasının müdirü vəzifəsinə, 1970-ci ildə isə dosent vəzifəsinə seçilmişdir. O, 1973-cü ilin iyulna qədər kafedraya rəhbərlik etdiyi müddətdə kafedrada professor-müəllim heyəti və ixtisas laboratoriyaları formalaşmış, ərzaq malları əmtəəşünaslığı ixtisası üzrə 4 nəfər namizədlik dissertasiyası müdafiə etmişdir. 1973-cü ildən ömrünün son gününə qədər kafedranın aparıcı dosenti olmuş, 60-dan çox elmi əsər, o cümlədən 3 dərs vəsaiti, bir kitab və 20-dən çox metodik vəsait yazıb nəşr etdirmişdir. Əmək fəaliyyəti dövründə bir çox içtimai vəzifələrdə çalışmış, Azərbaycan Kooperativ İnstitutuna, Bakı Kooperativ Texnikumuna və Bakı Kommersiya Texnikumuna tədris-metodiki işlərdə məsləhətçi kimi kömək etmişdir. N.Mustafayev 28 mart 1993-cü ildə vəfat etmişdir.

 

bahman111Axundov Bəhmən Yusif oğlu

1934-cü ildə Daşkənd Orta Asiya Dövlət Plan  İnstitutunu başa vurduqdan sonra Azərbaycan Dövlət Universitetində çalışmış, Moskvada Krjijanovski adına Moskva Plan İnstitutunun aspiranturasına daxil olmuş, 1939-cu ildə məşhur alim Stanislav Qustavoviç Strumilinin elmi rəhbərliyi altında namizədlik dissertasiyını müdafiə etmişdir. İkinci Dünya müharibəsi dövründə ön cəbhədə olmuş və “Moskva müdafiəsinə görə” medalı ilə təltif edilmişdir. 1942-ci ildə Bakıya qayıtmış, Azərbaycan Dövlət Universitetində müəllim, Azərbaycan KP MK Partiyası Tarixi İnstitutunda baş elmi işçi kimi fəaliyyətini davam etdirmişdir. 1951-ci ildə “İnqilaba qədərki Bakı neft sənayesində inhisarçı kapital” mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir. Gərgin əməyin məhsulu olan bu əsərin Moskvada monoqrafiya şəklində nəşr edilməsi qısa müddət ərzində alimi ümumittifaq miqyasında tanıtmışdır.  İqtisad elmi sahəsində respublikada ilk elmlər doktoru olan B.Axundov 1950-1956-ci illərdə Azərbaycan Dövlət Universitetində Siyasi iqtisad kafedrasının professoru, 1966-1974-cü illərdə isə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun elmi işlər üzrə prorektoru, 1974-cü ildən ömrünün sonuna kimi həmin institutun Siyasi iqtisad kafedrasının professoru kimi fəaliyyət göstərmişdir. 1961-ci ildə “M.F.Axundov və H.B.Zərdabinin ictimai-iqtisadi dünyagörüşləri” kitabı rus dilində nəşr olunmuşdur. Üç cildlik “Azərbaycan tarixi” kitabının iqtisadiyyat hissəsinin yazılmasında da alimin xidməti böyükdür. 1967-ci ildə Azərbaycanın əməkdar iqtisadçısı adına layiq görülmüşdür. 1968-ci ildə AMEA-nın müxbir üzvü seçilmişdir.

*

abulfaz11Qasımov Əbülfəz Cəbrayıl oğlu 

İqtisad elmləri doktoru, professor, əməkdar elm xadimi Ə.Qasımov 1931-ci ildə anadan olmuşdur. 1950-ci ildə namizədlik, 1970-ci ildə Azərbaycan SSR EA-nın İqtisadiyyat İnstitutunun Elmi Şurasında doktorluq dissertasiyasını müdafiə etmişdir. Aqrar iqtisadiyyat üzrə üç cildlik dərsliyin müəllifidir. 1991-ci ildə Azərbaycan SSR-in Əməkdar elm xadimi fəxri adına layiq görülmüşdür. 1959-1992-ci illərdə Bakı Ali Partiya Məktəbində dosent, professor, kafedra müdiri, 1992-ci ildən ömrünün sonuna kimi Azərbaycan Dövlət İqtisad Universitetində professor, kafedra müdiri işləmişdir. Ə.Qasımov 2008-ci ildə vəfat etmişdir.

*

hasan11Qasımov Həsən Allahyar oğlu 

1940-cı ildə anadan olmuşdur. 1968-ci ildə namizədlik, 1985-ci ldə doktorluq dissertasiyasını müdafiə etmişdir. 1987-ci ildə professor adına layiq görülmüşdür. Professor H.Qasımovun tədqiqat obyekti Azərbaycanda aqrar-sənaye kompeksinin maddi texniki bazasının formalaşması və inkişafı məsələləridir. Bir neçə monoqrafiyanın, 200-dən çox elmi məqalənin müəllifidir.

1961-1986-cı illərdə Azərbaycan SSR EA İqtisadiyyat İnstitutunda laborant, elmi işçi, şöbə müdiri, 1987-1992-ci illərdə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Elmi Tədqiqat Kənd Təsərrüfatının İqtisadiyyatı və Təşkili İnstitutunun direktoru, 1992-1994-cü illərdə Azərbaycan Dövlət İqtisad İnstitutunun rektoru vəzifələrində çalışmışdır.

*

talib22Nəsirov Talıbxan Hətəmxan oğlu

1934-cü ildə doğulmuşdur. 1953-cü ildə orta məktəbi bitirmişdir. 1953-cü ildə K.Marks adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun Əmtəəşünaslıq fakültəsinə daxil olmuşdur. 1957-ci ildə təhsilini başa çatdırdıqdan sonra Azərittifaqda təlimat-əmtəəşünas vəzifəsində işləmişdir.  1962-ci ildə Q.V.Plexanov adına Moskva Xalq Təsərrüfatı İnstitutunun aspiranturasına daxil olub. Yüksək ixtisaslı alimlərin rəhbərliyi altında 1968-ci ildə “Astarlıq parçaların istismar xassələrinə kimyəvi liftlərin təsirinin tədqiqi” mövzusunda dissertasiya işini müdafiə edərək alimlik adına layiq görülüb. 1966-cı ildən Azərbaycan Xalq Təsərrüfatı İnstitutunda pedaqoji fəaliyyətə başlamışdır. Sənaye malları əmtəəşünaslığı kafedrasında assistent, baş müəllim, dosent, Ticarət-əmtəəşünaslıq fakültəsinin dekanı vəzifəsində çalışmışdır. O, pedaqoji fəaliyyəti ilə bərabər daim elmi axtarışlarda olmuşdur. Toxuculuq mallarının istehlak xassələrini tədqiq edən bir sıra cihazları ixtira etmişdir. Həmin cihazlara görə Almaniyanın Leypisiq şəhərində keçirilən Beynəlxalq sərgidə institutumuzun adına iki qızıl medal verilmişdir. SSRİ Xalq Təsərrüfatı Nailiyyətləri sərgisində Azərbaycan günlərini müvəffəqiyyətlə keçirilməsindəki fəal iştirakına görə ona sərginin I dərəcəli diplomu və medalı verilmişdir. T.Nəsirov 1974-cü ildə vəfat etmişdir.