ELNUR HuseynzadeHüseynzadə Elnur Məqsəd oğlu

e-mail: [email protected]

22.07.1989-cu ildə Bakı şəhərində anadan olub.

2006-cı ildə orta məktəbi, 2010-cu ildə Azərbaycan Texniki Universitetinin “Texnoloji maşınlar” fakültəsini bitirib.

2010-2011-ci illərdə ordu sıralarında hərbi xidmətdə olub.

2010-cu ildə Azərbaycan Texniki Universitetinin “Texnoloji maşınlar” fakültəsini bitirib.

2013-cü ildə Azərbaycan Texniki Universitetinin “Texnoloji maşınlar” fakültəsinin magistraturasını bitirib.

2013-2017-ci illərdə Azərbaycan Texniki Universitetinin  3313.02-Maşınlar, avadanlıqlar və proseslər ixtisasında doktorant olub.

2013-2017-ci illərdə Azərbaycan Texniki Universitetinin “Maşın və mexanizmlər nəzəriyyəsi” kafedrasında böyük laborant və 2015-2017-ci illərdə “Robot və manipulyatorlar” ETL-sında böyük elmi işçi işləmişdir.

15 elmi əsərin, o cümlədən 11 məqalənin, 4 konfrans materiallarının müəllifidir.

28 sentyabr 2017-ci il tarixindən Azərbaycan Dövlət İqtisad Universitetinin “Texnoloji maşınlar və sahə avadanlıqları” kafedrasına müəllim vəzifəsinə təyin edilmişdir. Hazırda UNEC-in “Mühəndislik və tətbiqi elmlər” kafedrasının müəllimidir.

17.03.2022-ci ildə 3313.02 -“Maşınlar, avadanlıqlarvə proseslər”ixtisasında Texnika üzrə fəlsəfə doktoru elmi dərəcəsini müdafiə etmişdir.

BMDM-nin Texniki və Texnoloji ixtisaslar üzrə proqram rəhbəridir.

Ailəlidir, iki övladı var.