SEKIL HICRAN PDF-1i.f.d., dos. Muradova Hicran Rafiq qızı

1977-ci ildə Bakı şəhərində anadan olmuşdur.

1999-cu ildə Ali İctimai Siyasi Kollecin Beynəlxalq İqtisadi münasibətlər” fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir.

Həmin ildə magistraturaya daxil olmuş;
2001-ci ildə  magistraturanı fərqlənmə diplomu ilə bitirmişdir.

2001-ci ildən İqtisad Universitetinin “İstehsal vasitələri marketinqi” kafedrasına laborant, sonra baş laborant işləmişdir.
2002-ci ildən Azərbaycan Dövlət İqtisad Universitetinin “Marketinq” kafedrasında müəllim vəzifəsində çalışıb.

2017-ci ildə namizədlik dissertasiya işini müdafiə edərək iqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsinə layiq görülmüşdür.

UNEC-in “Biznesin idarə edilməsi” kafedrasının baş müəllimi olub.

20.04.2022-ci il tarixdən həmin kafedranın dosenti vəzifəsinə keçirilib.

Ailəlidir, iki övladı var.
*

Tədris etdiyi fənnlər:

Bakalavr pilləsində:  “Marketinq”, “Logistika”