Nizami S__leymanov (1)t.e.d., prof. Süleymanov Nizami Məmməd oğlu

1958-ci ildə Gürcüstan Respublikasında anadan olub.

1974-cü ildə  Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) tarix fakültəsinin əyani şöbəsinə  daxil olub,  1979-cu ildə həmin Universitetinin tarix fakültəsini bitirib.

1979-1984-cü illərdə  təyinatla Ağdaş rayonunda müəllim vəzifəsində işləyib.

1984-1995-ci illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin «Azər­baycan tarixi» kafedrasında  laborant, baş laborant, müəllim vəzifələrində çalışıb.

1990-cı ildə dissertasiya işini müdafiə edib, tarix elmləri namizədidir.

1995-ci ildən Azərbaycan Dövlət İqtisad Universitetinin «Azərbaycan tarix» kafedrasında baş müəllim, dosent vəzifələrində işləyib.

2000-2003-cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin doktorantı olub. 2013-cü ilin dekabr ayında Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Kommisiyası tərəfindən tarix üzrə elmlər doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi “Azərbaycan Səfəvlər dövlətinin iqtisadi həyatı” adlı dissertasiya işini  müdafiə edərək tarix elmləri doktoru elmi dərəcəsinə layiq görülüb.

 

 

*

06 oktyabr 2017-ci ildə uzun müddətli səmərəli elmi-pedaqoji fəaliyyətinə görə UNEC-in “Fəxri Fərmanı” ilə təltif edilib.

Hazırda UNEC-in “Humanitar fənlər” kafedrasının professorudur.

Ailəlidir, iki övladı var.

prof. N.Süleymanov UNEC NEWS-da

nizamid4cc8e1DSC_3909